Cümə, Avqust 14, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Prezident BU QANUNU TƏSDİQLƏDİ – Mühüm qərar!

13/08/2026 16:30
Manşet, Siyasət
46 1
Prezident BU QANUNU TƏSDİQLƏDİ – Mühüm qərar!
60
Baxış sayı

Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi “Toxumçuluq haqqında” qanunu təsdiqləyib.

Gündəm24.az xəbər verir ki, sənəd müasir dövrün tələbləri, yeni iqtisadi, nəzarət və dəstək mexanizmlərinin tətbiqi, habelə kənd təsərrüfatı sahəsində aparılan islahatların dərinləşdirilməsi zərurəti nəzərə alınmaqla sahə üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsini hədəfləyir.

Qanuna toxumçuluq fəaliyyəti ilə bağlı bir sıra yeni anlayışlar daxil edilib, mövcud anlayışlar mahiyyətinə uyğun olaraq dəqiqləşdirilir.

Toxumçuluğun məqsəd və prinsipləri ətraflı şəkildə müəyyən edilib, sahənin obyektlərinin və subyektlərinin dairəsi dəqiqləşdirilib. Eyni zamanda, qanunda toxumun keyfiyyətinə nəzarət və sertifikatlaşdırmanın beynəlxalq təcrübəyə uyğunlaşdırılması nəzərdə tutulur, toxum müfəttişlərinin səlahiyyət və vəzifələri, toxumların emalı, utilizasiyası, məhv edilməsi, qablaşdırılması və etiketləşdirilməsi prosesləri dəqiq müəyyən edilir.

Qanunda nəzərdə tutulan yeniliklərdən biri də məhz elektronlaşma ilə bağlıdır. Belə ki, toxumçuluq sahəsində fəaliyyət göstərən subyektlərin (toxum əməliyyatçılarının) qeydiyyatının elektron şəkildə aparılması prosesin operativliyini təmin etmək baxımından mühüm amildir. Elektronlaşma nəticəsində aidiyyəti şəxslərin sortluq və səpin keyfiyyətini təsdiq edən sertifikatı olan toxumlar, habelə onların bioloji və iqtisadi göstəriciləri barədə ətraflı məlumat almalarına şərait yaradacaq.

Qanun həm də toxumçuluq sahəsinin iqtisadi əsaslarını yeniləyir. Belə ki, qüvvədə olan qanuna əsasən yüksək nəsilli toxumlar kvota əsasında istehsal edilirdi ki, bu da bazar iqtisadiyyatı şəraitində rəqabəti əngəlləyirdi. Yüksək nəsilli orijinal və elit toxumların istehsalına özəl sektorun cəlb edilməsi bu sahədə rəqabət mühiti yaratmaqla, özəl seleksiya və özəl ilkin toxumçuluğun inkişafına şərait yaradacaq.

Keyfiyyət və beynəlxalq uyğunluq baxımından kənd təsərrüfatı bitki sortlarının toxumlarının kateqoriyaları beynəlxalq standartlara uyğunlaşdırılaraq artırılma mərhələsindən asılı olaraq orijinal, elit və sertifikatlı toxum (C1, C2 və birinci nəslin hibrid toxumları) kimi müəyyən edilir, sertifikatlaşdırılmış toxumların etiketində toxuma aid tam və detallı məlumatların əks olunması tələbi isə toxum marketinqi sahəsinin inkişafına təkan verir.

Eyni zamanda hüquqi və fiziki şəxslərə yalnız öz əkinlərində təsərrüfat sınağı məqsədilə Dövlət Reyestrinə daxil edilməmiş bitki sortlarının toxumlarını idxal etmək imkanı verilməsi yeni sortların təsərrüfat şəraitində sınaqdan keçirilməsi və yararlılığının qiymətləndirilməsi üçün əlavə şərait yaradır.

Qanun toxumçuluq sektorunda köklü islahat hesab edilməklə aqrar sektorun dayanıqlı inkişafına əhəmiyyətli təsir edəcək.

Qanunun qəbulu ilə gözlənilən əsas müsbət nəticələr aşağıdakılardır:

– özəl seleksiyanın və özəl ilkin toxumçuluğun inkişafı üçün rəqabət mühitinin formalaşması;

– istehsal edilən toxumların keyfiyyət göstəricilərinin yüksəlməsi, vahid toxum sisteminin formalaşması və tənzimləmə-nəzarət tədbirlərinin asanlaşdırılması;

– toxum marketinqi sahəsinin inkişafı;

– yerli toxumçuluğun inkişaf etdirilməsi və idxal olunan toxumlara sərf olunan maliyyə vəsaitinin ölkədə qalması;

– keyfiyyətli sertifikatlı toxumdan istifadə hesabına məhsuldarlığın artırılması;

– əlverişli biznes mühiti hesabına sahəyə özəl investisiyanın cəlb edilməsi və toxum ixracının təşkili üçün münbit şəraitin yaradılması.

Oxşarxəbərlər

Sentyabradək 5 BÜRCÜ BÖYÜK SÜRPRİZ GÖZLƏYİR!
Manşet

Sentyabradək 5 BÜRCÜ BÖYÜK SÜRPRİZ GÖZLƏYİR!

14/08/2026 08:56
57
Qərbi Azərbaycanın tarixi kəndi – Nəzirəvan
Manşet

Qərbi Azərbaycanın tarixi kəndi – Nəzirəvan

14/08/2026 08:27
65
Bakıda Yollar Bağlanır – Avqustun 14-dən Etibarən XƏBƏRDARLIQ
CƏMİYYƏT

Bakıda Yollar Bağlanır – Avqustun 14-dən Etibarən XƏBƏRDARLIQ

13/08/2026 21:50
58
Samuxda Qarayara Təhlükəsi: İlkin Şirinovdan Şok Xəbərdarlıq!
CƏMİYYƏT

Samuxda Qarayara Təhlükəsi: İlkin Şirinovdan Şok Xəbərdarlıq!

13/08/2026 20:17
81
Bu BÜRCLƏRİN həyatı alt-üst olacaq
Manşet

Bu BÜRCLƏRİN həyatı alt-üst olacaq

13/08/2026 19:46
56
Azərbaycanda bu kəndə giriş-çıxış bağlandı
CƏMİYYƏT

Azərbaycanda bu kəndə giriş-çıxış bağlandı

13/08/2026 16:24
58

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

620 manatdan başlayan mənzilləri KİMLƏR ALA BİLƏR?

620 manatdan başlayan mənzilləri KİMLƏR ALA BİLƏR?

14/08/2026 09:21
50
Bakıda İSTİLƏRİN SƏBƏBİ BƏLLİ OLDU – Gözümüzün önündə

Bakıda İSTİLƏRİN SƏBƏBİ BƏLLİ OLDU – Gözümüzün önündə

14/08/2026 09:06
51
Sentyabradək 5 BÜRCÜ BÖYÜK SÜRPRİZ GÖZLƏYİR!

Sentyabradək 5 BÜRCÜ BÖYÜK SÜRPRİZ GÖZLƏYİR!

14/08/2026 08:56
57
Müğənni Qumral hotel tənqidlərinə CAVAB VERDİ

Müğənni Qumral hotel tənqidlərinə CAVAB VERDİ

14/08/2026 08:39
58

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın tarixi kəndi – Nəzirəvan

Qərbi Azərbaycanın tarixi kəndi – Nəzirəvan

14/08/2026 08:27
65

Samuxda Qarayara Təhlükəsi: İlkin Şirinovdan Şok Xəbərdarlıq!

Samuxda Qarayara Təhlükəsi: İlkin Şirinovdan Şok Xəbərdarlıq!

13/08/2026 20:17
81

Qərbi Azərbaycanın meşələr qoynundakı kəndi – Qoş

Qərbi Azərbaycanın meşələr qoynundakı kəndi – Qoş

13/08/2026 09:50
64

Medvedevdən sərt danışdı: “Rusiya dərhal vuracaq”

Medvedevdən sərt danışdı: “Rusiya dərhal vuracaq”

12/08/2026 13:53
68

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.