Bazar ertəsi, İyul 6, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Prezident qərar verdi: 3 aydan sonra işə düşəcək – Mühüm məqamlar

26/11/2025 21:00
İqtisadiyyat, Manşet
46 4
Prezident qərar verdi: 3 aydan sonra işə düşəcək – Mühüm məqamlar
63
Baxış sayı

Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, ölkədə “Ərzaq təminatı xəritəsi” adlı informasiya sistemi yaradılır. Qeyd edək ki, informasiya sisteminin sahibi və operatoru İqtisadiyyat Nazirliyi olacaq, Nazirlər Kabineti isə üç ay müddətində əsasnaməni təsdiqləyəcək və fərmandan irəli gələn vəzifələri icra edəcək.

Sözügedən informasiya sisteminin hansı konkret təsirləri olacaq? 

Gündəm24.az  Globalinfo.az-a istinadən xbər verir ki, iqtisadçı Asif İbrahimov deyib ki, ərzaq təhlükəsizliyinin gücləndirilməsi bütün ölkələr üçün strateji əhəmiyyət kəsb edir:

“Bu, qida təhlükəsizliyi proqramlarının əsas hədəflərindən biridir. Azərbaycanda da qida təhlükəsizliyi ilə bağlı müvafiq proqram mövcuddur. Lakin qeyd edilən məsələlər üzrə praktiki həllər hələ ki, tam şəkildə görünmür. Vaxtilə bu sahədə “Tədarük.az” adlı platforma yaradılmışdı. Səhv etmirəmsə, Kənd Təsərrüfatı Nazirliyinin balansında idi. Amma həmin portal praktiki baxımdan gözlənilən nəticəni vermədi və bütün istiqamətləri əhatə edə bilmədi. Bu kontekstdə “Ərzaq təminatı xəritəsi”nin yaradılması bir sıra vacib məsələlərdə – dövlət, sahibkar və istehlakçı arasında balansın formalaşması, münasibətlərin tənzimlənməsi və çevik qərarların qəbulu baxımından əhəmiyyətli ola bilər. Bununla belə, bu sahədə real irəliləyiş üçün köklü islahatlar aparılmalıdır”.

Prezident qərar verdi: 3 aydan sonra işə düşəcək – Mühüm məqamlar

Asif İbrahimov

İqtisadçı vurğulayıb ki, Azərbaycan iqtisadiyyatı bir çox istiqamətlərdə idxaldan asılıdır:

“Bu da qiymət artımına səbəb olan əsas faktorlardan biridir. İstehsalçıların qiymət siyasəti, gömrük rüsumları, logistika xərcləri, daşınma və saxlanma kimi elementlər qiymətə ciddi təsir göstərir. Bu istiqamətdə müəyyən addımlar atılmalıdır. Məsələn, gömrük qiymətlərinin tənzimlənməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər tələb olunur və bu, konkret mexanizmlər çərçivəsində həyata keçirilməlidir. Gömrükdə qiymətin müəyyən olunması üçün altı üsul mövcuddur. Lakin nədənsə hər dəfə ən son olan ehtiyat üsul tətbiq edilir. Halbuki, qiymət birinci üsulla müəyyən edilə bilmirsə, növbəti ilə keçilməli, bu ardıcıllıq pozulmamalıdır. Təəssüf ki, ehtiyat üsulla qiymətləndirmə aparılması bazarda ərzaq məhsullarının bahalaşmasına səbəb olur. Məsələn, eyni növ yağ Rusiya və ya başqa ölkə üzərindən həm Azərbaycana, həm Gürcüstana daxil olur. Gürcüstanda həmin yağ 9 manata satıldığı halda, Azərbaycanda 20 manata təklif edilir. İstehsalçı qiyməti, logistika və daşınma xərcləri eyni olduğu halda, bizdə əlavə xərclər yaranır. Bu problemlərin köklü şəkildə həlli üçün qanunvericilik bazasında və idarəetmə mexanizmlərində ciddi dəyişikliklər aparılmalıdır”.

Asif İbrahimov bildirilib ki, nazirliklərin öz fəaliyyətində də çatışmazlıqlar mövcuddur:

“Son illər əldə edilən məlumatlara görə, əkinə yararlı torpaqların təxminən 38 faizində şoranlaşma müşahidə olunur. Bu da idarəetmə boşluğundan xəbər verir. Əgər ərzaq təhlükəsizliyindən danışırıqsa, bütün bu məsələlər kompleks şəkildə həllini tapmalıdır. Ümumilikdə, “Ərzaq təminatı xəritəsi” adlı informasiya sisteminin yaradılması operativ qərarların verilməsinə, məlumatların düzgün balanslaşdırılmasına xidmət edə bilər. Lakin məsələ bütövlükdə köklü islahatlar və güclü infrastruktur tələb edir”.

Oxşarxəbərlər

AMB dörd ödəniş şirkətinə icrası məcburi göstəriş verdi
İqtisadiyyat

AMB dörd ödəniş şirkətinə icrası məcburi göstəriş verdi

04/07/2026 22:32
54
Azərbaycan – Avropa ittifaqı əlaqələrinin müasir inkişaf istiqamatləri
Manşet

Azərbaycan – Avropa ittifaqı əlaqələrinin müasir inkişaf istiqamatləri

04/07/2026 13:06
67
Azərbaycan kartofdan MİLYONLAR QAZANDI
İqtisadiyyat

Azərbaycan kartofdan MİLYONLAR QAZANDI

04/07/2026 12:21
53
“Ağ Evdəki tarixi görüş regionumuzda müsbət ab-hava və vəziyyət yaratdı” – Prezident
Manşet

“Ağ Evdəki tarixi görüş regionumuzda müsbət ab-hava və vəziyyət yaratdı” – Prezident

04/07/2026 11:01
60
Rusiyadan Azərbaycana pul göndərənlərə BƏD xəbər
İqtisadiyyat

Rusiyadan Azərbaycana pul göndərənlərə BƏD xəbər

04/07/2026 09:54
55
Leyla Əliyeva doğum günü ilə bağlı paylaşım etdi – FOTO
CƏMİYYƏT

Leyla Əliyeva doğum günü ilə bağlı paylaşım etdi – FOTO

03/07/2026 23:51
54

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

“Hər şey bir anda baş verdi”: Amalın öldüyü qəzanın şahidi danışdı – Video

“Hər şey bir anda baş verdi”: Amalın öldüyü qəzanın şahidi danışdı – Video

05/07/2026 20:23
53
Cəlilabadda sensasiyalı tapıntı: Cənubi Qafqazda analoqu yoxdur – FOTO

Cəlilabadda sensasiyalı tapıntı: Cənubi Qafqazda analoqu yoxdur – FOTO

05/07/2026 19:52
54
Ağır yol qəzası – Ölən var

Ağır yol qəzası – Ölən var

05/07/2026 19:49
53
Azərbaycanlı gənc Polşada göldə boğuldu

Azərbaycanlı gənc Polşada göldə boğuldu

05/07/2026 18:34
54

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Əsrlərin sirrini qoruyan qala – Keçi qalası

Əsrlərin sirrini qoruyan qala – Keçi qalası

03/07/2026 10:02
65

İrəvan qalası: Qərbi Azərbaycanın əfsanəvi istehkamı

İrəvan qalası: Qərbi Azərbaycanın əfsanəvi istehkamı

02/07/2026 11:07
72

Loru qalası: Tarixin daşlara yazılmış dastanı

Loru qalası: Tarixin daşlara yazılmış dastanı

01/07/2026 10:00
61

İrəvan mahalı: Azərbaycan dövlətçiliyinin qədim paytaxtı

İrəvan mahalı: Azərbaycan dövlətçiliyinin qədim paytaxtı

30/06/2026 10:12
105

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.