Bazar ertəsi, Sentyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Prezident qanun imzaladı

15/04/2026 16:53
Manşet, Siyasət
817 25
Prezident qanun imzaladı
697
Paylaşım sayı
968
Baxış sayı

“Uşaq hüquqları haqqında” yeni qanunun layihəsindən irəli gələrək hazırlanan digər məcəllə və qanunlarda dəyişikliklər təsdiqlənib.

Gündəm24.az  xəbər verir ki, Prezident İlham ƏLiyev bununla bağlı Mülki Prosessual, Ailə, Cinayət-Prosessual məcəllələrinə, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Sosial xidmət haqqında”, “Reklam haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” və “Media haqqında” qanunlara dəyişiklikləri imzalayıb.
“Uşaq hüquqları haqqında” qanun layihəsinə əsasən uşaqlar barəsində icraat zamanı qanunla müəyyən edilmiş qaydada uşağın işlə bağlı öz fikrini ifadə etmək hüququ var. Uşağın fikrinin öyrənilməsi prosesi informativ, uşağa hörmət əsasında, təhlükəsiz və uşaq məsələləri sahəsində hazırlıqlı mütəxəssis tərəfindən istiqamətləndirilən olmalıdır.
Bu yanaşma mülki və cinayət prosessual qanunvericilikdə bir sıra dəyişikliklərin edilməsini zəruri edir. Bu məqsədlə mülki işlərdə uşaqların fikri öyrənilərkən, cinayət işlərində istintaq tədbirləri zamanı yetkinlik yaşına çatmamış şahidin və zərər çəkmişin dindirilməsi, üzləşdirilmə, ifadələrinin yerində yoxlanılması, istintaq eksperimenti, tədqiqat üçün nümunələrin götürülməsi zamanı digər şəxslərlə yanaşı psixoloqun iştirakını tələb edən normaların müvafiq qanunvericiliyə əlavə edilib.
Həmçinin, uşağa mənəvi, fiziki və maddi ziyan vurmuş şəxslərin onun qanuni nümayəndəsi qismində mülki və cinayət proseslərində iştirakı qadağan edilib.
Cinayət prosesinin iştirakçısı olan uşaqların fərdi məlumatlarının qorunması istiqamətində Cinayət Prosessual Məcəlləsində yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların açıqlanması üçün tələb olunan razılığın yalnız yazılı formada olması müəyyən edilib. Həmin maddəyə əsasən razılıq həmin uşaqların özündən və qanuni nümayəndələrindən alınır. Eyni yanaşma “Media haqqında” qanunda da olacaq.
Çətin həyat şəraitində olan uşaqların müdafiəsi istiqamətində mövcud olan qanunvericilik bazasının təkmilləşdirilməsi və aydın mexanizmlərin müəyyən edilməsi məqsədi ilə “Uşaq hüquqları haqqında” qanuna xüsusi fəsil daxil edilib. Çətin həyat şəraitində olan uşaqların yetkinlik yaşına çatmış şəxslərdən fərqli olaraq özünümüdafiə və müstəqil müraciət etmək qabiliyyətinin daha zəif olması, aşkarlanarkən onlar barəsində təcili və təxirə salınmaz tədbirlərin həyata keçirilməsini tələb edir. Bu istiqamətdə məsul qurumun üzərinə konkret vəzifələr düşür. Bundan irəli gələrək “Sosial xidmət haqqında” qanuna və “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”yə yeni normalar daxil edilib. Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar çətin həyat şəraitində olan uşaqları (valideyn himayəsindən məhrum olmuş uşaqlar istisna olmaqla) aşkarlayan qurum olaraq müəyyən edilib.
Son illərdə ailə qanunvericiliyinə edilən dəyişikliklər əsasında uşaqların hüquqlarının qorunması istiqamətində prokurorluğun səlahiyyətləri genişləndirilib. Prokurorluğun həmçinin cinayət və inzibati xətalar haqqında işlərdə uşaq hüquqlarının təmin edilməsinə prosessual nəzarət funksiyası var. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətini həyata keçirən qurum olaraq müvafiq dövlət orqanları (qurumları) ilə yanaşı prokuror da müəyyən edilib.
Həmçinin uyğunlaşdırma məqsədilə Ailə Məcəlləsində, “Sosial xidmət haqqında”, “Reklam haqqında”, “Gənclər siyasəti haqqında” və “Bədən tərbiyəsi və idman haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişikliklər edilib.

Oxşarxəbərlər

Bu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır
CƏMİYYƏT

Bu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır

21/09/2026 09:21
952
Bakının məşhur qonaqları: Şakira 6 aylıq hamilə ikən gəldi, səhnəyə çıxdı – FOTOLAR
Dünya

Bakının məşhur qonaqları: Şakira 6 aylıq hamilə ikən gəldi, səhnəyə çıxdı – FOTOLAR

21/09/2026 08:00
952
Araqçi Nyu-Yorka gedir
Manşet

Araqçi Nyu-Yorka gedir

21/09/2026 02:28
954
Fransa və Kanada enerji cəbhəsində birləşir
Manşet

Fransa və Kanada enerji cəbhəsində birləşir

21/09/2026 02:26
957
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Manşet

“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi

21/09/2026 02:24
961
Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”
Manşet

Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”

21/09/2026 00:31
957

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır

Bu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır

21/09/2026 09:21
952
Bakının məşhur qonaqları: Şakira 6 aylıq hamilə ikən gəldi, səhnəyə çıxdı – FOTOLAR

Bakının məşhur qonaqları: Şakira 6 aylıq hamilə ikən gəldi, səhnəyə çıxdı – FOTOLAR

21/09/2026 08:00
952
Araqçi Nyu-Yorka gedir

Araqçi Nyu-Yorka gedir

21/09/2026 02:28
954
Fransa və Kanada enerji cəbhəsində birləşir

Fransa və Kanada enerji cəbhəsində birləşir

21/09/2026 02:26
957

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
961

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
962

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

16/09/2026 07:29
963

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.