Bazar ertəsi, İyun 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Prezidentin Əbu-Dabiyə səfəri dünya mətbuatında – FOTOLAR

06/02/2026 09:30
Manşet, Siyasət
56 2
Prezidentin Əbu-Dabiyə səfəri dünya mətbuatında – FOTOLAR
73
Baxış sayı

Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə səfəri çərçivəsində dövlət başçısının “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində iştirakı, həmçinin burada keçirdiyi görüşlər dünya mediasının diqqət mərkəzindədir.

Gündəm24.az AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyənin rəsmi Anadolu agentliyinin materialında “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində dövlət və hökumət başçıları Rəcəb Tayyib Ərdoğan, Kasım-Jomart Tokayev, Şavkat Mirziyoyev, Sadır Japarov, Kral II Abdulla, Şahbaz Şərifin Azərbaycan Prezidentinin müdrik və düşünülmüş rəhbərliyi sayəsində regionda sülhün və təhlükəsizliyin bərqərar olması barədə fikirləri yer alıb.

Agentlik bildirib ki, Prezident İlham Əliyev mərasimdəki çıxışında Azərbaycan ilə Ermənistan arasında sülhün təkcə iki ölkə üçün deyil, bütün geniş region üçün əhəmiyyətini vurğulayıb.

Materialda diqqətə çatdırılıb: “Zayed İnsan Qardaşlığı Mükafatı”na görə təşəkkürünü bildirən Azərbaycan Prezidenti qeyd edib ki, Vaşinqtonda imzalanan Birgə Bəyannamədən ötən altı ay Azərbaycan-Ermənistan münasibətlərinin inkişafı baxımından çox mühüm olub. Yazıda Prezident İlham Əliyevin aşağıdakı sözləri sitat gətirilib: “Biz təkcə Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətləri aradan qaldırmadıq, eyni zamanda, Ermənistana neft məhsullarının ixracına da başladıq. Yəni bu altı ay ərzində biz əməkdaşlığa başlamışıq. Hazırda ticarət əlaqələrimizi genişləndiririk. Bu səhər ermənistanlı həmkarımla görüşdüm və gələcək addımlarımızı müzakirə etdik”.

2026 02 05 69849ceebb4ec

Türkiyənin “Hürriyet” qəzetinin dərc etdiyi “Əbu-Dabidə kritik təmas: Əliyev Paşinyan ilə görüşdü” sərlövhəli məqalədə bildirilib ki, tərəflər hər iki cəmiyyətin sülhün faydalarına real həyatda şahid olduqlarını qeyd ediblər. Onlar ikitərəfli ticarətin başlamasından və Azərbaycandan Ermənistana neft məhsullarının ixracının davam etməsindən, həmçinin üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların Azərbaycan ərazisindən tranzitinin həyata keçirilməsindən məmnun olduqlarını bildiriblər. Bakı və İrəvan ikitərəfli ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanları araşdırmağı davam etmək barədə razılığa gəliblər.

 

2(735)

Qardaş ölkənin “İhlas” xəbər agentliyinin və “Haber Global” telekanalının saytında, həmçinin “Akşam”, “Yeni Akit”, “Birgün” qəzetlərində, “Haber365”, “Haberlerim”, “Son dakikam”, “Haber sitesi” və geniş auditoriyaya malik digər portallarda Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması, həmçinin onun Ermənistanın Baş naziri ilə keçirdiyi görüş barədə materiallar dərc olunub.

4(379)

Rusiyanın TASS agentliyinin saytında dərc olunmuş “Əliyev Azərbaycan ilə Ermənistan arasında praktik əməkdaşlığın başladığını bəyan edib” sərlövhəli yazıda qeyd olunur ki, “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülən Azərbaycan Prezidenti son altı ay ərzində Bakı ilə İrəvan arasında münasibətlərin konfrontasiyadan qarşılıqlı fəaliyyət mərhələsinə keçdiyini bildirib. Rusiyanın rəsmi agentliyi dövlətimizin başçısının sözlərini sitat gətirib: “Biz təkcə Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətləri aradan qaldırmadıq, eyni zamanda, Ermənistana neft məhsullarının ixracına da başladıq. Yəni bu altı ay ərzində biz əməkdaşlığa başlamışıq. Hazırda ticarət əlaqələrimizi genişləndiririk. Bu səhər ermənistanlı həmkarımla görüşdüm və gələcək addımlarımızı müzakirə etdik”.

5(264)

Prezident İlham Əliyevin Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi və dövlətimizin başçısının çıxışından sitatlar Rusiyanın “Kommersant” qəzeti, “RİA Novosti” agentliyi, “News.ru” portalının materiallarında da yer alıb. Rusiya mətbuatı qeyd edib ki, mərasimdə İlham Əliyev 30 ildən çox müharibə aparan ölkələrin artıq altı aydır ki, sülh şəraitində yaşadıqlarını bildirib (8 avqust 2025-ci ildə ABŞ-da sülh müqaviləsinin paraflanmasına istinad edir). “Dəfələrlə qeyd etdiyim kimi, biz sülh şəraitində yaşamağı öyrənirik. Sizə deyə bilərəm ki, bu, xüsusi bir hissdir. Biz müstəqillik əldə edəndən bəri heç vaxt sülh şəraitində yaşamamışıq və indi bunu sürətlə öyrənirik. ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda ev sahibliyi etdiyi tarixi Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları olmuşdur”, – deyə Azərbaycanın lideri vurğulayıb.

2026 02 05 69849d66403c6

Azərbaycan Prezidentinin Əbu-Dabi səfəri İtaliyanın nüfuzlu media orqanlarında da işıqlandırılıb. Bu ölkənin “Notizie da Est”, “Latestata”, “Farodiroma”, “Parroççia” qəzetləri, həmçinin “Agenzie Nova” agentliyi Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması, həmçinin dövlətimizin başçısının Ermənistanın Baş naziri ilə keçirdiyi görüş barədə materiallar dərc ediblər. Yazılarda qeyd olunub ki, Azərbaycan Prezidenti Ermənistanla 30 ildən artıq davam edən münaqişəyə son qoyub, bununla da Cənubi Qafqaz regionunun inkişafına töhfə verir. Vurğulanıb ki, məhz sülh istiqamətində səylərinə görə Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan bu nüfuzlu mükafata layiq görülüblər.

6(208)

Vatikanın rəsmi “Vatican News” nəşri də Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması, həmçinin dövlətimizin başçısının Ermənistanın Baş naziri ilə keçirdiyi görüş barədə material dərc edib.

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri BƏƏ mediasında da geniş işıqlandırılıb. Bu ölkənin rəsmi WAM agentliyi dövlətimizin başçısının fevralın 2-də Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü barədə xəbər dərc edib və videomaterial yayımlayıb. Agentliyin daha bir materialında isə Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması barədə geniş məlumat verilib. BƏƏ-nin rəsmi agentliyi qeyd edib: “Azərbaycan Prezidenti bu mükafata görə münsiflər heyətinə dərin minnətdarlığımı bildirib, Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülməsini özü üçün böyük şərəf adlandırıb. O vurğulayıb ki, bu böyük liderin uzaqgörənliyi və fəaliyyəti BƏƏ-ni dünyanın ən firavan və uğurlu ölkələrindən birinə çevirib”.

Materialda Prezident İlham Əliyevin aşağıdakı sözləri sitat gətirilib: “Əziz qardaşım Şeyx Məhəmməd atasının inkişaf, tərəqqi və davamlı müasirləşmə siyasətini davam etdirir. Bu gün Birləşmiş Ərəb Əmirlikləri tarixi köklərinə möhkəm bağlı qalmaqla yanaşı, gələcəyə də inamla baxan, sülh və ahəngdar şəraitdə yaşayan bir cəmiyyətin necə qurulması baxımından həqiqətən də bir çox ölkələr üçün nümunədir”.

7(141)

BƏƏ-nin “Al İttihad”, “The Travel Dubai”, “UAE Barq”, “Al Vatan”, “Nabd” qəzet və portalları da Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması barədə materiallar dərc edib. Qeyd olunub ki, Azərbaycanın dövlət başçısı dinlərarası dialoqun inkişafına verdikləri töhfəyə, həmçinin sivilizasiyaların bir-birinə daha da yaxınlaşması istiqamətində göstərdikləri səylərə görə Əl-Əzhərin böyük imamı, doktor Əhməd Əl-Tayyibə və Roma Papası, Zati-müqəddəsləri Leoya dərin minnətdarlığını bildirib, həmçinin mərasimə ünvanladıqları xoş müraciətlərində bir daha Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayan bütün həmkarlarına təşəkkür edib. Dövlətimizin başçısının sözləri də sitat gətirilib: “Bu sülh təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb edir. Biz 30 ildən artıq müddətdə müharibə şəraitində olmuşuq. İndi isə artıq altı aydır ki, sülh şəraitində yaşayırıq”.

Pakistanın “Pakistan in the World” nəşri və Qazaxıstanın “İnform.kz” portallarında da Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim edilməsi barədə xəbərlər dərc olunub.

Oxşarxəbərlər

Prezidentin rəsmən açıqladığı ŞAD XƏBƏR
Manşet

Prezidentin rəsmən açıqladığı ŞAD XƏBƏR

21/06/2026 10:48
54
Azərbaycan və Belarus nümayəndələri görüşdü
Siyasət

Azərbaycan və Belarus nümayəndələri görüşdü

20/06/2026 15:02
55
Yumurta niyə 1 qəpiyə satılır? – SƏBƏB AÇIQLANDI
CƏMİYYƏT

Yumurta niyə 1 qəpiyə satılır? – SƏBƏB AÇIQLANDI

19/06/2026 19:39
65
Azərbaycanda polkovnik vəfat etdi
Hadisə

Azərbaycanda polkovnik vəfat etdi

19/06/2026 16:29
64
Prezidentdən məktəbəqədər təhsillə bağlı – Fərman
Manşet

Prezidentdən məktəbəqədər təhsillə bağlı – Fərman

19/06/2026 15:05
55
Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”
Dünya

Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

19/06/2026 14:52
55

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

SON DƏQİQƏ! DYP reydlərə başladı:Saxlanılanlar var

SON DƏQİQƏ! DYP reydlərə başladı:Saxlanılanlar var

21/06/2026 16:49
53
“Bu cür qadınlarımız yadplanetlilərə oxşayır” – Taleh Yəhyayevdən ŞOK sözlər

“Bu cür qadınlarımız yadplanetlilərə oxşayır” – Taleh Yəhyayevdən ŞOK sözlər

21/06/2026 16:31
58
Tanınmış siyasətçinin oğlu İspaniyada VƏFAT ETDİ – FOTO

Tanınmış siyasətçinin oğlu İspaniyada VƏFAT ETDİ – FOTO

21/06/2026 16:14
53
Misir Mərdanov: “Ermənilər uydurublar ki, guya ata evimin hazırkı sahibləri mənə qonaqlıq veriblər, çox razı qalmışam…”

Misir Mərdanov: “Ermənilər uydurublar ki, guya ata evimin hazırkı sahibləri mənə qonaqlıq veriblər, çox razı qalmışam…”

21/06/2026 15:50
57

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

19/06/2026 14:52
55

“Kızılcık Şerbeti”nin ulduzu Ece İrtemin ölümü ilə bağlı şok iddia ortaya çıxdı

“Kızılcık Şerbeti”nin ulduzu Ece İrtemin ölümü ilə bağlı şok iddia ortaya çıxdı

19/06/2026 14:45
59

Trampdan qalmaqallı açıqlama: “Mən olmasaydım, İsrail məhv olardı”

Trampdan qalmaqallı açıqlama: “Mən olmasaydım, İsrail məhv olardı”

19/06/2026 14:20
58

Qərbi Azərbaycanın gizli xəzinəsi – Şəmşəddil mahalı

Qərbi Azərbaycanın gizli xəzinəsi – Şəmşəddil mahalı

19/06/2026 10:14
68

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.