Bazar ertəsi, Oktyabr 12, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Prezidentin xüsusi nümayəndəsindən Qarabağla bağlı ÖZƏL AÇIQLAMALAR

05/10/2026 14:37
Manşet, Siyasət
827 8
Prezidentin xüsusi nümayəndəsindən Qarabağla bağlı ÖZƏL AÇIQLAMALAR
691
Paylaşım sayı
960
Baxış sayı

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Musavat.com-un Ağdama ezam olunmuş müxbirinə özəl açıqlamalar verib.

– Emin bəy, qarşıdan qış fəsli gəlir. Ağdam, Füzuli və Xocavənd rayonlarında artıq köç etmiş əhali üçün hansı şərait yaradılıb?

– Ağdam, Füzuli, Xocavənd rayonlarında dövlətimiz tərəfindən yüksək səviyyədə təchiz olunmuş yaşayış kompleksləri inşa edilib. Azərbaycanda digər ərazilərdə tikilmiş çoxmənzilli binalardan fərqli olaraq, işğaldan azad olunmuş ərazilərdə, xüsusilə Ağdamda evlərin hamısı istilik izolyasiyası ilə tikilir. Yeni standartlara əsasən, artıq bütün evlər tam istilik izolyasiyası, eyni zamanda mərkəzi istilik sistemi ilə təmin olunur. İlk dəfə olaraq məhz Ağdamda bu yaxınlarda onun tətbiqinə başlayacağıq, bu, sərfiyyat üzərindən sayğaclanan istilik sistemidir. Yəni işıq, qaz, suda olduğu kimi, istilik də məhz sayğacla ölçüləcək ki, bu, Azərbaycanda bir ilkdir və məhz işğaldan azad olunmuş ərazilərdə, cənab Prezidentin “yaşıl zona” elan etdiyi Qarabağ bölgəsində tətbiq olunur.  İlk olaraq bunu Ağdamda tətbiq edəcəyik. Digər ərazilərimizdə də bunun tətbiqi nəzərdə tutulub. Eyni zamanda kəndlərdə tikilən fərdi evlərin hər biri izolyasiya olunur. Paralel olaraq fərdi istilik sistemləri (kombi) tətbiq olunur. Bundan əlavə, hər bir evdə bərpaolunan enerji mənbəyi olaraq evlərin damlarında quraşdırılmış günəş panelləri əlavə 3 kilovat həcmində elektrik enerjisinin hasilatına imkan yaradır ki, bu da son nəticədə sakinin elektrik enerjisinə çəkdiyi xərcə təxminən 30%-ə qədər qənaət etməyə imkan verəcək. Hesab edirəm ki, Azərbaycanda heç bir yerdə olmayan şərait məhz işğaldan azad olunmuş ərazilərdə mövcuddur.

– Bu gün siz Ağdam Sənaye Parkından danışdınız, maraqlıdır, digər rayonlarda da sənaye parklarının yaradılması gündəlikdədirmi? Xarici investorların cəlbi ilə bağlı nə deyə bilərsiniz?

– Baş planı təsdiq olunmuş hər bir rayonda xüsusi işgüzar zonalar, sənaye zonaları müəyyən olunub. Füzulidə də, digər yerlərdə də var. Sadəcə olaraq investorların cəlb olunması üçün zəruri infrastruktur layihələri yekunlaşmalıdır. Proses gedir. Bu layihələr icra olunmaqdadır. Artıq Füzuli şəhərində həmin sənaye zonasına daxili yollar layihəsinin tərkib hissəsi olaraq yol da çəkilir. Bu layihələr bitdikcə investorlar da çox rahat şəkildə gəlib iştirak edə biləcəklər.

Oxşarxəbərlər

Bu ərazilərdə işıq olmayacaq
CƏMİYYƏT

Bu ərazilərdə işıq olmayacaq

12/10/2026 09:00
951
Qərbi Azərbaycanın tarixi incisi: Qurumsulu kəndinin unudulmayan keçmişi
Manşet

Qərbi Azərbaycanın tarixi incisi: Qurumsulu kəndinin unudulmayan keçmişi

12/10/2026 08:49
951
Şəhidimizin qardaşı vəfat etdi
Hadisə

Şəhidimizin qardaşı vəfat etdi

12/10/2026 08:31
951
Pensiyalar nə zaman ödəniləcək?
İqtisadiyyat

Pensiyalar nə zaman ödəniləcək?

12/10/2026 08:20
951
Bu Avtomobilləri İdarə Edənlərə ŞAD XƏBƏR: Bəxtiniz Gətirdi!
Manşet

Bu Avtomobilləri İdarə Edənlərə ŞAD XƏBƏR: Bəxtiniz Gətirdi!

11/10/2026 15:42
976
Putin Təzyiq Altındadır: Ən Güclü KOZİRİNİ İşə Saldı — Yakovina
Manşet

Putin Təzyiq Altındadır: Ən Güclü KOZİRİNİ İşə Saldı — Yakovina

11/10/2026 12:29
982

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bu ərazilərdə işıq olmayacaq

Bu ərazilərdə işıq olmayacaq

12/10/2026 09:00
951
Qərbi Azərbaycanın tarixi incisi: Qurumsulu kəndinin unudulmayan keçmişi

Qərbi Azərbaycanın tarixi incisi: Qurumsulu kəndinin unudulmayan keçmişi

12/10/2026 08:49
951
Şəhidimizin qardaşı vəfat etdi

Şəhidimizin qardaşı vəfat etdi

12/10/2026 08:31
951
Pensiyalar nə zaman ödəniləcək?

Pensiyalar nə zaman ödəniləcək?

12/10/2026 08:20
951

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın tarixi incisi: Qurumsulu kəndinin unudulmayan keçmişi

Qərbi Azərbaycanın tarixi incisi: Qurumsulu kəndinin unudulmayan keçmişi

12/10/2026 08:49
951

Cənubi Koreya Ukraynadakı səfirini geri çağırdı

Cənubi Koreya Ukraynadakı səfirini geri çağırdı

10/10/2026 08:47
988

PAŞİNYAN BAKIYA GƏLƏCƏK?-politoloqdan SON DƏQİQƏ açıqlaması

PAŞİNYAN BAKIYA GƏLƏCƏK?-politoloqdan SON DƏQİQƏ açıqlaması

09/10/2026 17:35
991

Qərbi Azərbaycan: Xoşkotan kəndi

Qərbi Azərbaycan: Xoşkotan kəndi

09/10/2026 08:25
983

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.