Bazar ertəsi, Sentyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Qərbi Azərbaycan İcmasında Xorvatiyadan gələn beynəlxalq institutun prezidenti ilə görüş keçirildi

04/12/2025 14:53
Manşet, Qərbi Azərbaycan
825 26
Qərbi Azərbaycan İcmasında Xorvatiyadan gələn beynəlxalq institutun prezidenti ilə görüş keçirildi
704
Paylaşım sayı
978
Baxış sayı

Qərbi Azərbaycan İcması tərəfindən “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda təşkil olunan III Beynəlxalq Konfrans çərçivəsində İcmada ikitərəfli görüş baş tutub.

4 dekabr 2025-ci il tarixində Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli Xorvatiyadan ölkəmizə səfər edən Beynəlxalq İqlim Fəaliyyəti İnstitutunun (IICA) prezidenti xanım Mariya Puyo-Tadiçini qəbul edib.

Görüş zamanı Əziz Ələkbərli konfrans barədə ətraflı məlumat verərək, dəvəti qəbul etdiyinə görə qonağa təşəkkürünü bildirib. Qeyd edib ki, Qərbi Azərbaycanla bağlı beynəlxalq arenada mütəmadi tədbirlər keçirilir və Brüssel, Almaniya və İspaniyada təşkil olunan tədbirlər geniş rezonans doğurub.

İcmanın yaranma tarixindən bəhs edən sədr vurğulayıb ki, Qarabağ münaqişəsi başlayarkən – 37 il əvvəl heç bir günahı olmayan 300 min nəfərə yaxın azərbaycanlı Ermənistandan zorla çıxarılıb. Onun sözlərinə görə, ermənilərin bu ərazilərə köçürülməsi əsasən son 200 ildə çar Rusiyası tərəfindən həyata keçirilib və sonuncu dəfə 1946-1947-cı illərdə müxtəlif ölkələrdən ermənilər gətirilərək həmin ərazilərdə məskunlaşdırılıb.

Sədr bildirib ki, müharibə başa çatıb və proses sülh sazişinə doğru irəliləyir. O qeyd edib ki, Qərbi azərbaycanlıların tələbi sadə və haqq işidir: öz doğma yurdlarına qayıtmaq. Lakin Ermənistan rəhbərliyi uzun müddətdir bu məsələni diqqətdən kənarda saxlayır.

Ə.Ələkbərli vurğulayıb ki, Ermənistanda demoqrafik vəziyyət ağırdır, yaşayış məntəqələri boşalıb, əhali sayı azalıb, buna baxmayaraq, azərbaycanlıların qayıdışına şərait yaradılmır.

Ə.Ələkbərli Ermənistanda azərbaycanlılara məxsus mədəni irsin sistemli şəkildə məhv edilməsi barədə də məlumat verdi. O, qonağa Ermənistanda dağıdılmış azərbaycanlı qəbiristanlıqlarının monitorinqini əks etdirən nəşri təqdim edərək, onun üzərində öz doğulduğu kəndi, ata-baba evlərini və vandalizmə məruz qalmış məzarlığı göstərib. O bildirib ki, davamlı sülh yalnız xalqların dinc yanaşı yaşaması şəraitində mümkündür.

Xanım Mariya Puyo-Tadiçi beynəlxalq dəstək mexanizmlərinin bu istiqamətdə işə salınıb-salınmadığı ilə maraqlanıb. Cavab olaraq Ə.Ələkbərli bildirib ki, son iki il ərzində Qərbi Azərbaycan İcmasının 11 sənədi BMT tərəfindən rəsmi sənəd statusu alıb.

Qonaq bildirib ki, mübarizənin beynəlxalq hüquq müstəvisində aparılması son dərəcə vacibdir. O qeyd edib ki, Xorvatiya da vaxtilə işğala məruz qalıb və bu ağrılı prosesi yaşamış ölkə kimi bəzi halları daha dərindən anlayır. Xanım Puyo-Tadiçi Xorvatiyada Azərbaycanın hər zaman dost və tərəfdaş ölkə kimi qəbul edildiyini vurğulayıb.

O, həmçinin COP29 çərçivəsində Azərbaycan haqqında daha ətraflı məlumat əldə etdiyini və Qarabağda aparılan genişmiqyaslı bərpa və dirçəliş işlərinə heyran qaldığını bildirib.

İcma sədri Xorvatiyanı Azərbaycanın dostu adlandıraraq, səsləndirilən müsbət fikirlərə görə təşəkkür edib. O qeyd edib ki, hazırkı Ermənistan ərazisinin Azərbaycanın tarixi torpaqları olduğunu çoxsaylı tarixi mənbələr və çar Rusiyası dövrünə aid xəritələr də təsdiqləyir. Bununla belə, Qərbi azərbaycanlıların məqsədi qarşıdurma deyil, Ermənistan vətəndaşı qismində öz evlərinə qayıtmaqdır. Sədr vurğulayıb ki, qarşılıqlı gediş-gəliş təmin olunmasa, davamlı sülhdən danışmaq mümkün olmayacaq.

Görüşün sonunda xanım Mariya Puyo-Tadiçi Qərbi Azərbaycan Televiziyasına müsahibə verərək səfər və konfransla bağlı təəssüratlarını bölüşüb.

.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>

Oxşarxəbərlər

Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”
Manşet

Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”

21/09/2026 00:31
956
İndicə Trampla danışdım: çox vacib söhbət oldu – Zelenski
Manşet

İndicə Trampla danışdım: çox vacib söhbət oldu – Zelenski

21/09/2026 00:29
955
Cahangir Əsgərovun qızları Londonda 6 milyona mənzil aldı-FOTO
Manşet

Cahangir Əsgərovun qızları Londonda 6 milyona mənzil aldı-FOTO

21/09/2026 00:27
956
“Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Manşet

“Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi

20/09/2026 23:02
957
Ərbil hava limanı PUA hücumu
Manşet

Ərbil hava limanı PUA hücumu

20/09/2026 21:33
959
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi
Manşet

Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi

20/09/2026 20:24
958

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”

Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”

21/09/2026 00:31
956
İndicə Trampla danışdım: çox vacib söhbət oldu – Zelenski

İndicə Trampla danışdım: çox vacib söhbət oldu – Zelenski

21/09/2026 00:29
955
Cahangir Əsgərovun qızları Londonda 6 milyona mənzil aldı-FOTO

Cahangir Əsgərovun qızları Londonda 6 milyona mənzil aldı-FOTO

21/09/2026 00:27
956
“Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi

“Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi

20/09/2026 23:02
957

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
960

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
962

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

16/09/2026 07:29
963

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In