Bazar ertəsi, Sentyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərlinin III Beynəlxalq Konfransda açılış nitqi

05/12/2025 10:27
Manşet, Qərbi Azərbaycan
803 60
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərlinin III Beynəlxalq Konfransda açılış nitqi
714
Paylaşım sayı
992
Baxış sayı

Hörmətli qonaqlar,

Əziz konfrans iştirakçıları,

Sizi böyük məmnuniyyətlə Qərbi Azərbaycan İcmasının təşkil etdiyi “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda Beynəlxalq Konfransda salamlayıram və tədbirimizə qoşulduğunuz üçün Sizə təşəkkür edirəm.

Öncə qeyd edim ki, Qərbi Azərbaycan İcması son 200 ildə Ermənistan ərazisindən mərhələ-mərhələ qovulan milyonlarla insanı, onların varislərini birləşdirən ictimai təşkilatdır. İcmanın fəaliyyətinin ana xəttini həmin insanların, xüsusilə 1987-ci ildə başlanan Ermənistan-Azərbaycan münaqişəsinin ilk mərhələsində öz ata-baba yurdlarından qəddarcasına qovulan 300 min nəfər qaçqının öz evlərinə dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etmək təşkil edir. Bu, onların insani və beynəlxalq hüquqa söykənən haqqıdır. Buna görə də biz fəaliyyətimizdə beynəlxalq hüquqa söykənir, qayıdış hüququ ilə bağlı beynəlxalq sənədlərə istinad edirik.

İcma beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə, eləcə də sülh, barışıq və birgəyaşayış dəyərlərinə hörmət edir.

Bu məsələyə dair beynəlxalq məlumatlılığın artırılması, beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə dialoq istiqamətində fəaliyyət İcmamızın daim diqqət mərkəzindədir. Qeyd edilən məzmunu ehtiva edən çoxsaylı müraciətlərimiz BMT-nin ali orqanlarının – Baş Assambleyasının, Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi yayılmışdır.

Həmin sənədlərdə biz dünya ictimaiyyətini Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri və mahiyyəti barədə məlumatlandıraraq bildirmişik ki, ermənilərin Qərbi Azərbaycanda soydaşlarımıza qarşı fərdi və kollektiv cinayətlərinin tarixi 200 il bundan əvvələ gedib çıxsa da, son 100 ildə bütün hüdudları aşmışdır. Əvvəl 1905-ci ildə, sonra 1918-1921-ci illərdə, daha sonra 1948-1953-cü illərdə, ən sonda 1987-1991-ci illərdə xalqımıza qarşı saysız-hesabsız cinayətlər törədilmişdir.

Təkcə sonuncu deportasiya zamanı – 1987-1991-ci illərdə Ermənistanda 200 nəfərdən çox dinc azərbaycanlı sakin etnik və dini zəmində ermənilər tərəfindən qətlə yetirilmiş, 400-dən artıq soydaşımız bədən xəsarəti almışdır. 300-ə yaxın yaşayış məntəqəsindən qovulan azərbaycanlılara fərdi təsərrüfatlar və ictimai təsərrüfatlar üzrə on milyardlarla ABŞ dolları həcmində maddi ziyan vurulmuşdur. Yeraltı-yerüstü sərvətləri, tarixi-mədəni abidələrə vurulan ziyanı da bura əlavə etsək, bu rəqəm bir neçə dəfə artar. Mənəvi ziyanı isə heç bir məbləğlə əvəz etmək mümkün deyil.

Lakin təəssüf ki, Ermənistan tərəfi bütün bu cinayətlərə görə nəinki hüquqi məsuliyyət daşımaq istəmir, üstəlik, ata-baba yurdundan qovulan insanların geriyə qayıdış hüququnu inkar edir.

Ən dəhşətlisi isə odur ki, bu münaqişədən təkcə insanlarımız yox, həm də dünya mədəni irsinin tərkib hissəsi olan mədəni irsimiz ziyan çəkir, tarixi-dini abidələr dağıdılır, qəbiristanlıqlar məhv edilir, mənəvi mühitlər yoxa çıxır. Bu, bəşəri cinayətdir və biz Ermənistanda Azərbaycan mədəni irsinə qarşı bu vandalizmin durdurulması üçün UNESCO-ya da dəfələrlə çağırışlar etmişik. Hətta bu məsələ ilə bağlı UNESCO-ya müraciətimiz BMT-nin rəsmi sənədi kimi yayılmışdır.

Bütün bunlara baxmayaraq, İcmamız bölgəyə sülhün, əmin-amanlığın gəlməsi üçün barışıq yolunu tutmuş, beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə, eləcə də sülh və birgəyaşayış dəyərlərinə hörmət edərək Ermənistan hökuməti ilə dialoq üçün dəfələrlə təkliflər göndərmişdir. İcmanın davamlı dialoq cəhdlərinə baxmayaraq, Ermənistan tərəfi hələ də çağırışlarımıza cavab vermir.

Bu il avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli görüş, Azərbaycan dövlət başçısı ilə Ermənistan baş nazirinin birgə Bəyannaməsi, Azərbaycanla Ermənistan arasında Sülh sazişinin paraflanması, nəhayət, bölgəyə sülhün gəlməsinə inamı artırmışdır. Biz, Qərbi Azərbaycan İcması olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın dialoq səylərini alqışlayır və bu danışıqlara öz doğma ocaqlarımıza qayıdış üçün açılan qapı kimi baxırıq. Çünki bağlanacaq hər hansı sazişin dayanıqlığı bu iki xalqın – erməni və azərbaycanlıların birgəyaşayışına bağlıdır, birgəyaşayışın yeganə yolu isə bizim doğulub boya-başa çatdığımız ərazilərə sülh yolu ilə qayıdış hüququmuzun tanınmasından və təmin edilməsindən keçir. Buna görə də ümid edir və inanırıq ki, Ermənistan rəhbərliyi, nəhayət, İcmamızla konstruktiv dialoqa gəlmək üçün özündə iradə tapacaq və Ermənistanla Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması istiqamətində davam edən səylər bizim evlərimizə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmağımıza da kömək edəcəkdir.

Bütün beynəlxalq gücləri və təşkilatları da bizim bu haqq işimizi dəstəkləməyə çağırırıq.

Diqqətinizə görə təşəkkür edirəm.

Oxşarxəbərlər

Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”
Manşet

Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”

21/09/2026 00:31
956
İndicə Trampla danışdım: çox vacib söhbət oldu – Zelenski
Manşet

İndicə Trampla danışdım: çox vacib söhbət oldu – Zelenski

21/09/2026 00:29
955
Cahangir Əsgərovun qızları Londonda 6 milyona mənzil aldı-FOTO
Manşet

Cahangir Əsgərovun qızları Londonda 6 milyona mənzil aldı-FOTO

21/09/2026 00:27
956
“Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Manşet

“Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi

20/09/2026 23:02
957
Ərbil hava limanı PUA hücumu
Manşet

Ərbil hava limanı PUA hücumu

20/09/2026 21:33
959
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi
Manşet

Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi

20/09/2026 20:24
958

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”

Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”

21/09/2026 00:31
956
İndicə Trampla danışdım: çox vacib söhbət oldu – Zelenski

İndicə Trampla danışdım: çox vacib söhbət oldu – Zelenski

21/09/2026 00:29
955
Cahangir Əsgərovun qızları Londonda 6 milyona mənzil aldı-FOTO

Cahangir Əsgərovun qızları Londonda 6 milyona mənzil aldı-FOTO

21/09/2026 00:27
956
“Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi

“Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi

20/09/2026 23:02
957

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
960

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
962

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

16/09/2026 07:29
963

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.