Mariya Zaxarova qeyd edib ki, sənədin əsas müddəası “müəyyən ‘çoxmillətli qüvvələrin’ Ukrayna ərazisinə yerləşdirilməsidir”.
Gündəm24.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Qərbin Kiyevlə birlikdə hazırladığı “təhlükəsizlik zəmanətləri” haqqında sənəd dinc nizamlama planından uzaqdır və davamlı militarizasiyaya yönəlib.
Zaxarova şərhində bildirib ki, “6 yanvarda Parisdə Böyük Britaniya və Fransanın rəhbərlik etdiyi sözdə “könüllülər koalisiyası”nın iştirakçıları Kiyev rejimi ilə “Möhkəm və Davamlı Sülh üçün Güclü Təhlükəsizlik Zəmanətləri” adlı bəyannamə imzalayıblar. Bu sənəd dinc həll planından çox uzaqdır. O, davamlı sülhə və təhlükəsizliyə nail olmağa deyil, davamlı hərbiləşməyə, eskalasiyaya və münaqişənin genişlənməsinə yönəlib”.
Onun sözlərinə görə, sənədin əsas müddəası “müəyyən ‘çoxmillətli qüvvələrin’ Ukrayna ərazisində yerləşdirilməsidir”. O bildirib ki, koalisiya üzvləri Ukrayna ordusunun “bərpasına” kömək etmək və hərbi əməliyyatlar bitdikdən sonra Rusiyanın “sakinləşdirilməsini” təmin etmək üçün bu qüvvələri yaratmaq niyyətindədirlər.
Sədaqət Həsənova














