Çərşənbə, Noyabr 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Qaz və işıq limitləri ilə bağlı YENİ TƏKLİF: Xüsusi kartlar verilə bilər

07/10/2026 20:50
CƏMİYYƏT, Manşet
812 25
Qaz və işıq limitləri ilə bağlı YENİ TƏKLİF: Xüsusi kartlar verilə bilər
693
Paylaşım sayı
962
Baxış sayı

Havaların soyuması ilə əlaqədar olaraq qış aylarında əhalinin qaz və elektrik enerjisinə olan tələbatı sürətlə artır. Soyuq havalarda evlərin qızdırılması, işıqlandırma və məişət cihazlarından daha intensiv istifadə olunması enerji istehlakının yüksəlməsinə birbaşa səbəb olur.

Bu vəziyyət isə bəzi abonentlərin daha yüksək tarif pilləsinə keçməsi ilə nəticələnərək vətəndaşların büdcəsinə əlavə yük yarada bilər. Qış mövsümündə istehlakın artması fonunda qaz və elektrik enerjisi üzrə tətbiq olunan limitlərin artırılması və ya dəyişdirilməsi məsələsini aktuallaşdırır.

İstehlakın artması vətəndaşların daha yüksək tarif üzrə ödəniş etməsinə səbəb olarsa, xüsusilə aztəminatlı ailələrin əlavə maliyyə yükünün qarşısının alınması üçün yeni mexanizmlər tələb olunur.

Azərbaycan enerji ölkəsi olmasına baxmayaraq, bu sahədə mövcud diferensial tarifləndirmə və limitlərin müəyyənləşdirilməsi yanaşması təkmilləşdirilməlidir.

Xammalın ölkəmizə məxsus olması nəzərə alınaraq resursların ədalətli şəkildə bölüşdürülməsi və əhalinin rifah göstəricilərinin yaxşılaşdırılması məqsədilə əlverişli şərtlər formalaşdırılmalıdır. Mövcud diferensial yanaşmanın özü saxlanılsa belə, onun müxtəlif istiqamətlərdə inkişaf etdirilməsinə və dəyişdirilməsinə böyük ehtiyac vardır.

“Yeni Sabah” xəbər verir ki, məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən iqtisadçı Rəşad Həsənov mövzuya aydınlıq gətirib. Ekspert qış mövsümündə yaranan çətinliklərin aradan qaldırılması üçün vacib təkliflər irəli sürüb.

İqtisadçı bildirib ki, Azərbaycan enerji ölkəsidir və həm elektrik enerjisi, həm də qaz təminatı mövcuddur:

“Xüsusilə nəzərə almaq lazımdır ki, elektrik enerjisinin də əhəmiyyətli hissəsi məhz qazdan istehsal olunur. Xammalın Azərbaycana məxsus olması səbəbindən resursların ədalətli şəkildə bölüşdürülməsi, daha əlverişli qiymətlərlə enerji təminatının formalaşdırılması, ailə büdcələrinin düzgün idarə edilməsi və əhalinin rifah göstəricilərinin müsbət istiqamətdə dəyişdirilməsi üçün əla imkanlar mövcuddur”.

Ekspert qeyd edib ki, hazırda tətbiq edilən diferensial yanaşmanın özü saxlanılsa belə, onun bir sıra aspektdən və müxtəlif istiqamətlərdə təkmilləşdirilməsinə ehtiyac var. Həmin istiqamətlər və təkliflər bunlardır:

– İki enerji növü və bir enerji növü üzrə limit fərqləndirilməsi: Bir çox ailələr hər iki enerji növündən istifadə edir və müvafiq limitlər çərçivəsində optimal qiymətlərlə qaz və elektrik enerjisi alırlar. Lakin elə yaşayış məskənləri, qəsəbələr və ya yeni tikilən binalar var ki, orada qazlaşma aparılmayıb, onlar yalnız elektrik enerjisindən istifadə edə bilirlər. Elektrik enerjisi ilə istiliyin təmin edilməsi isə kifayət qədər bahalı proses olduğundan həmin ailələrin enerji xərcləri əhəmiyyətli dərəcədə fərqlənir və ədalətsiz yanaşma ortaya çıxır. Buna görə də bir enerji növü ilə təchiz edilən ailələrə münasibətdə fərqli limitlər müəyyən edilməlidir.

– İqlim və coğrafi şəraitin nəzərə alınması: Ucqar və dağlıq rayonlarda qış mövsümü daha uzun müddətli dövrü əhatə edir. Bəzi hallarda 6 aydan artıq müddətdə insanlar istilik enerjisinə ehtiyac duyurlar və bu da onların xərclərini əhəmiyyətli dərəcədə artırır. Həmin ərazilərdə yaşayan əhali əsasən aqrar sahədə fəaliyyət göstərdiyi və gəlirləri aşağı olduqları üçün daha çox enerji xərci ilə üzləşirlər. Buna görə də müəyyən yüksəklikdən yuxarı ərazilərdə enerji təchizatı sahəsində limitlərin ciddi şəkildə artırılmasına və aydınlaşdırılmasına ehtiyac vardır.

Rəşad Həsənovun sözlərinə görə, ümumiyyətlə götürdükdə, həyət evlərinin qızdırılmasına sərf olunan xərclər binalarla müqayisədə daha böyükdür:

“Binalarda “ümumi qızdırma effekti” mövcuddur ki, bu da bir mənzilin qızdırılmasını digər mənzil üçün daha asan hala gətirir və xərcləri nisbətən optimallaşdırır. Lakin həyət evlərində bu mexanizm tamamilə fərqlidir və bu mənzillərin qızdırılması daha böyük xərclər tələb edir. Buna görə də həyət evləri ilə binalar arasında fərqləndirmənin aparılması daha ədalətli tarifləndirmənin tətbiqinə gətirib çıxara bilər”.

O vurğulayıb ki, iqtisadiyyatın əhəmiyyətli hissəsinin qeyri-formal olması metodologiyanın dəqiq tətbiqi imkanlarını məhdudlaşdırsa da, müəyyən yanaşmalar mövcuddur. Adambaşına düşən gəlirləri və yaşayış minimumu aşağı olan ailə təsərrüfatlarına münasibətdə qış mövsümlərində xüsusi kartlar paylana bilər:

“Həmin kartlara aylıq əsaslarla xüsusi vəsaitlər yerləşdirilə bilər ki, ailələr öz enerji xərclərinin bir hissəsini bu vasitə ilə ödəsinlər. Bu, ailə büdcəsinin üzərinə düşən yükü optimallaşdırmağa və ümumi rifah göstəricilərini müsbətə doğru dəyişməyə imkan verə bilər”.

Sonda iqtisadçı vurğulayıb ki, müvafiq yanaşmalar tətbiq edilməklə hazırda mövcud olan diferensial tarifləndirmə siyasətinin və metodologiyasının təkmilləşdirilməsinə ciddi şəkildə ehtiyac vardır./yenisabah/

Oxşarxəbərlər

Nazirlər Kabineti bu şəxslərin maaşları ilə bağlı QƏRAR VERİB
CƏMİYYƏT

Nazirlər Kabineti bu şəxslərin maaşları ilə bağlı QƏRAR VERİB

18/11/2026 16:21
957
Milli Məclis qəbul etdi: 20 manat müəyyən edildi
CƏMİYYƏT

Milli Məclis qəbul etdi: 20 manat müəyyən edildi

18/11/2026 15:22
954
Fərhad Bədəlbəylinin ailə qalası – Həyat yoldaşı, qızı, nəvəsi… – FOTOLAR
Manşet

Fərhad Bədəlbəylinin ailə qalası – Həyat yoldaşı, qızı, nəvəsi… – FOTOLAR

18/11/2026 15:17
955
Məktəblərdə kart sistemi necə tətbiq olunacaq? — DETALLAR AÇIQLANDI
Elm və təhsil

Məktəblərdə kart sistemi necə tətbiq olunacaq? — DETALLAR AÇIQLANDI

18/11/2026 15:05
958
Prezident FƏRMAN imzaladı
Manşet

Prezident FƏRMAN imzaladı

18/11/2026 14:30
956
Sumqayıtda 20 yaşlı gənc dənizdə batdı – VİDEO
Hadisə

Sumqayıtda 20 yaşlı gənc dənizdə batdı – VİDEO

18/11/2026 14:25
957

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Nazirlər Kabineti bu şəxslərin maaşları ilə bağlı QƏRAR VERİB

Nazirlər Kabineti bu şəxslərin maaşları ilə bağlı QƏRAR VERİB

18/11/2026 16:21
957
Milli Məclis qəbul etdi: 20 manat müəyyən edildi

Milli Məclis qəbul etdi: 20 manat müəyyən edildi

18/11/2026 15:22
954
Fərhad Bədəlbəylinin ailə qalası – Həyat yoldaşı, qızı, nəvəsi… – FOTOLAR

Fərhad Bədəlbəylinin ailə qalası – Həyat yoldaşı, qızı, nəvəsi… – FOTOLAR

18/11/2026 15:17
955
Məktəblərdə kart sistemi necə tətbiq olunacaq? — DETALLAR AÇIQLANDI

Məktəblərdə kart sistemi necə tətbiq olunacaq? — DETALLAR AÇIQLANDI

18/11/2026 15:05
958

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın Ayrum kəndi – qədim türk tayfasının adını yaşadan yurd

Qərbi Azərbaycanın Ayrum kəndi – qədim türk tayfasının adını yaşadan yurd

18/11/2026 08:05
956

Qərbi Azərbaycanın Şalbulaq kəndi – Araz çayının sahilindəki qədim Azərbaycan yurdu

Qərbi Azərbaycanın Şalbulaq kəndi – Araz çayının sahilindəki qədim Azərbaycan yurdu

17/11/2026 09:12
954

Qərbi Azərbaycanın Kərkibaş kəndi – Göyçə mahalının qədim türk yurdu

Qərbi Azərbaycanın Kərkibaş kəndi – Göyçə mahalının qədim türk yurdu

16/11/2026 08:59
961

Elm və təhsil yolunda – Əhməd Vəliyevin ömür salnaməsi

Elm və təhsil yolunda – Əhməd Vəliyevin ömür salnaməsi

15/11/2026 18:48
1k

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.