Gündəm24.az xəbər verir ki, Türkiyədə məkanlardan birində təşkil olunan doğum günü məclisinə ailənin yaxınları qatılıb. Səfurə gecədən fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Sənətçi paylaşımına “Ad günümüzü qeyd etməyə davam edirik. Aişənin 9 yaşını bizimlə birlikdə qeyd edən və onun gününü xüsusi edən hər kəsə təşəkkür edirəm. Həmçinin qızımıza gözəl arzularını, mesajlarını və şərhlərini göndərən hər kəsə minnətdarıq. Bütün bu sevgini həqiqətən yüksək qiymətləndiririk” sözlərini yazıb.
Qeyd edək ki, Safurə mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. Cütlüyün üç övladı var və hazırda İstanbulda yaşayır.//axşam.az


























