Danimarka Ordu Komandanlığının rəisi Peter H. Boysenin də Qrenlandiyaya gəlişi gözlənilir.
Gündəm24.az-ın əldə etdiyi məlumata görə, TASS/TV2-yə istinadən Danimarka ordusuna istinadən bildirilib ki, bazar ertəsi axşam çox sayda Danimarka hərbçisinin qərbi Qrenlandiyada Kangerlussuaka gələcəyi gözlənilir.
Danimarka Ordu Komandanlığının rəisi Peter H. Boysenin də Qrenlandiyaya gəlişi gözlənilir. Danimarka rəhbərliyinin sözlərinə görə, bu qoşunların yerləşdirilməsi Danimarkanın adada hərbi gücünün artırılmasının bir hissəsi kimi həyata keçiriləcək.
Danimarkanın Qrenlandiyadakı Birgə Arktika Komandanlığının komandiri Soren Andersen daha əvvəl bildirmişdi ki, artıq 100-ə yaxın Danimarka əsgəri Qrenlandiyanın paytaxtı Nuuk şəhərinə və təxminən eyni sayda danimarkalı əsgər Kangerlussuaqa gəlib. Onlar Arktika Dözümlülük təlimlərində iştirak edəcəklər.
Yanvarın 14-də Qrenlandiya hökuməti və Danimarka müdafiə nazirliyi Arktikadakı geosiyasi gərginlik fonunda NATO müttəfiqləri ilə sıx əməkdaşlıq çərçivəsində Danimarka hərbi təlimlərini Qrenlandiyada davam etdirmək qərarını açıqladılar. İsveç, Norveç, Almaniya, Fransa, Birləşmiş Krallıq, Finlandiya və Hollandiya adaya qoşun göndərmək niyyətində olduqlarını açıqladılar.
Sədaqət Həsənova














