Kolumbiyanın şimalındakı Santander bölgəsində kiçik təyyarənin qəzaya uğraması nəticəsində Nümayəndələr Palatasının üzvü Diogenes Kintero Amaya da daxil olmaqla on beş nəfər həlak olub.
Gündəm24.az xəbər verir ki, Kolumbiyada kiçik təyyarənin qəzaya uğraması nəticəsində Nümayəndələr Palatasının üzvü Diogenes Kintero Amaya da daxil olmaqla 15 nəfər həlak olub. Şimali Santander Vətəndaş Təhlükəsizliyi Katibi Corc Kintero təyyarənin qalıqlarının La Playa şəhəri yaxınlığındakı Curasica kəndində fermerlər tərəfindən tapıldığını açıqlayıb. İndiyədək 7 cəsəd aşkarlanıb. Şimali Santander qubernatoru William Villamizar bildirib ki, təyyarə La Playa şəhərində qorunan ərazi üzərində tapılıb və ilkin məlumatlara görə sağ qalan yoxdur, axtarışlar davam edir. Həlak olanlar arasında Katatumbo bölgəsində məcburi köçkünlərin səsi kimi tanınan deputat Diogenes Quintero Amaya da var. Kolumbiyanın dövlətə məxsus aviaşirkətinin törəmə şirkəti Satena-ya məxsus Beech 1900D təyyarəsi Santander bölgəsinin şimalında La Playa de Belen yaxınlığında radarlardan itib.
Sədaqət Həsənova













