Cümə, Fevral 27, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Ramiz Mehdiyevin komanda trayektoriyası – “Qoca qurd” ətrafını belə səfərbər edirmiş

04/12/2025 12:32
Gündəm, Manşet
45 3
Ramiz Mehdiyevin komanda trayektoriyası – “Qoca qurd” ətrafını belə səfərbər edirmiş
61
Baxış sayı

Gündəm24.az  KONKRET.az-a istinadən xəbər verir ki,  Son günlər mediada ardıcıl görünən və açıq-aşkar məddahlıq, tərif, ideallaşdırma üzərində qurulan çıxışlar bir daha göstərir ki, Ramiz Mehdiyev heç vaxt siyasi səhnəni tərk etmək barədə düşünməyib. Onun ətrafındakı şəxslərin müsahibələrində müşahidə olunan ritorika təsadüfi deyil: bu, kölgədən idarəetmə təcrübəsinə malik bir fiqurun öz trayektoriyasını formalaşdırması, komandasını səfərbər etməsi və hakimiyyət daxilində nüfuz dairəsini bərpa etmək cəhdidir. Müsahibələrin analizi onu deməyə əsas verir ki, bu çıxışlar və “təsadüfi” xatırlatmalar çox da mürəkkəb struktura malik deyil. Məqsəd aydındır: Ənvəroviç öz “xidmətlərini” qabartmaq üçün müsahiblərin dərisini “kamera qarşısında” soyur, dövlətçiliyə “sədaqəti” vurğulanmaqla çirkin məqsədlərini gizlətməyə çalışır, cəmiyyətdə siyasi xadim imicini formalaşdırır, özünü intellektual-ideoloji mərkəz kimi göstərməyə çalışır. Əslində müəyyən mənada ətrafında bu niyyətini həyata keçirə bilir. “İdeoloq” işinin peşəkarı kimi kadrlarını iki istiqamətdə səfərbər edir. Birincisi, “hər zaman hazır olun” prinsipi işə düşür, ikincisi isə Ənvəroviç haqqında “mif yaradın!” forması işlək vəziyyətə gətirilir. Hakimiyyətdə yüksəlməyə çalışan kadrlar ətrafına yenilərini, daha potensiallarını cəlb edir. Bu baxımdan müsahibələrin cəmiyyətdə ironik qarşılanması onun bu planını ifşa etdi. Onun “komanda görüntüsü” artıq hər kəsdə ikrah hissi yaradıb. Mehdiyev haqqında danışan “qəhrəman”lar isə çətin vəziyyətə düşüb, çıxılmaz durumdan uzaqlaşmağa çalışsalar da, alınmır. Kamal Abdulla kimi “ziyalı” rektorun dadına BDU-dakı həmkarı Elçin Babayev çatmağa çalışır. AMEA prezidenti gülünc silueti ilə çinli tələbələrlə görüşür, millət vəkili Azər Əmiraslanov isə “hakimiyyətdə yazılmamış qanunlar” ifadəsi ilə öz “şöhrətini” yaşayır.

Beləliklə, media resursları bu müsahibələri yaymaqla Mehdiyevin siyasi reallıqdan nə qədər uzaq olduğunu bir daha üzə çıxartdı və “Mehdiyev” kolonunu psixoloji boşluğa saldı. Sosial şəbəkələrdə ara-sıra gedən siqnallarda bildirilir ki, o, nüfuzunu gücləndirmək üçün arxiv materiallarını aktivləşdirməyə çalışır. Çünki Mehdiyev uzun illər ərzində topladığı informasiya, arxiv, sənəd və digər istiqamətlərdə mövcud olan bazanın onun ən böyük siyasi kapitalı olduğunu düşünür. İnformasiya portallarında onun oğlu Teymur Mehdiyevin Rusiya prezidentinin köməkçisi Nikolay Patruşevlə görüşü isə həmin müsahibələrin siyasi yükünün nə qədər ciddi olduğunu bir daha nümayiş etdirdi. Mehdiyev məhz bu kadrlarla hakimiyyətdaxili münasibətlərdə təsir mexanizmini gücləndirməyi bacarırdı. Bax beləcə məlum olur ki, rəngi solan keçmiş “kardinal” mühafizə qalxanı kimi Rusiyada oğlunun  iştirakı ilə danışıqlar masasında oturmaqla “X gününə” səssiz hazırlaşırmış. Xalq arasında “Ramzes” kimi də ironik adlandırılan Ənvəroviçin fəaliyyətinin bu qədər sistemli olması təsadüf ola bilməz. O, siyasi proseslərin müəyyən mərhələsində “X günü” adlandırdığı kritik dövrün bütün detallarını hesablamışdı. Müsahibələr bir neçə incə məqama da aydınlıq gətirir. Bunlardan birincisi, o, ictimai rəyin yumşaq şəkildə formalaşdırılmasına nail olduğunu düşünür, özünü yenidən “ağsaqqal siyasi fiqur” kimi təqdim edir. Kadrların mövcudluğu fonunda bütün regionu əhatə edən fiqurları aktivləşdirir. Hakim strukturda loyallığı möhkəmləndirir. Birbaşa siyasi iddia deyil, həm də nüfuz dairəsini genişləndirir. Mehdiyev hakimiyyətə tədricən gəlməyi hədəfləyir, amma ilk növbədə prosesləri kölgədən yönləndirmək üçün optimal şərait yaradır.

Bu arada müsahibələrin cəmiyyətdə ironik və hiddətlə qarşılanmasının əsas səbəbi üzə çıxır. Belə ki, ifrat məddahlıq xətti dövlət anlayışına və əxlaqına ciddi zərbə vurur. Son müsahibələrdə diqqətçəkən məqam məhz bu məddahlığın tonudur. Burada başlıca təhlükə ondan ibarətdir ki, dövlət xidmətinin etikasına uyğun olmayan təriflər, konkret şəxsin kultlaşdırılması tendensiyası, real dövlət funksionerlərinin siyasi loyallıq testinə çəkilməsi prosesi cəmiyyətdə yanlış siyasi kodların formalaşmasını təmin edir. Bu tip ritorika dövlətçilik institutlarını deyil, ayrı-ayrı şəxslərin kölgə ambisiyalarını gücləndirir. Lakin bu bir həqiqətdir ki, bəzi yüksək vəzifəli şəxslərin, rektorların, millət vəkillərinin və tanınmış insanların Mehdiyevlə bağlı gülüncdoğuran çıxışları bütünlüklə mehdiyev komandasının nə qədər bəsit olduğu mesajını verir.

Bu gün cəmiyyətdə hər kəsi bir sual da düşündürür: Ramiz Mehdiyev dövlətə xəyanətdə ittiham olunur. Belə olan təqdirdə həmin kadrlar “Biz onunla qarşıdurmada deyilik” mövqeyindən çəkiləcəkmi? Onlar üçün çətin sual olmasa da, cəmiyyət bu sualın cavabını eşitməyə tələsmir. Çünki bu, siyasi nizamı poza bilər, şəxsi münasibətlər şəbəkəsini ayrı istiqamətlərə yönəldər.

Mehdiyevin strateji üslubların biri də elə budur. Millət vəkili Azər Əmiraslanovun təbirincə desək, “o, çox vicdanlıdır, məmurlara sadəliyi tövsiyə edir”. Yəni Mehdiyev sərt görünmək istəmir, yumşaq mübarizə üsulunu seçir. Amma dövlət çox sayıq tərpənir və onun bütün planları alt-üst olur. Xatırladaq ki, onun siyasi üslubu hər zaman bu olub:

Birbaşa iddia irəli sürməmək, arxa planda marionet mexanizmi qurmaq, media və elmi çevrələrdə ideoloji kontur yaratmaq, Vaxtı gələndə isə bu konturu real gücə çevirmək.

Ancaq etiraf edək ki, bu məddahların sayəsində Mehdiyev özünü alternativ ideoloji mərkəz kimi təqdim edə bilmişdi. Müsahibələrdə onun “dövlətçilik konsepsiyası”, “ideoloji irsi” kimi anlayışların qabardılması bu baxımdan təsadüfi deyil. Bu xətt dövlət ideologiyasından kənar paralel bir konseptsiyanın formalaşmasına, hakimiyyət çevrələrində ayırıcı xəttin çəkilməsinə, müəyyən elit qrupların yenidən bölünməsinə xidmət edə bilərdi. Bu da potensial siyasi risklər yaradan amillərdən biridir.

Azərbaycanın bəxti bir də onda gətirdi ki, 44 günlük Vətən müharibəsindən sonra Mehdiyev və onun şəbəkəsi tez ifşa olunaraq darmadağın edildi.

Oxşarxəbərlər

Saleh Məmmədovun fəaliyyəti araşdırılır: Qızılı kilo ilə alırmış – ŞOK İDDİA
Gündəm

Saleh Məmmədovun fəaliyyəti araşdırılır: Qızılı kilo ilə alırmış – ŞOK İDDİA

26/02/2026 22:16
70
İlham Əliyevin sosial şəbəkə hesablarında Xocalıya səfəri ilə bağlı videoçarx paylaşıldı
Manşet

İlham Əliyevin sosial şəbəkə hesablarında Xocalıya səfəri ilə bağlı videoçarx paylaşıldı

26/02/2026 21:18
61
“Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?”
CƏMİYYƏT

“Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?”

26/02/2026 19:52
83
Dövlət Komitəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirildi
Gündəm

Dövlət Komitəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirildi

26/02/2026 19:46
72
Leyla Əliyeva Vətən müharibəsi qazisini ziyarət etdi
CƏMİYYƏT

Leyla Əliyeva Vətən müharibəsi qazisini ziyarət etdi

26/02/2026 19:19
55
“İradəmizə qarşı çıxanın başı əziləcək” – Prezident
Manşet

“İradəmizə qarşı çıxanın başı əziləcək” – Prezident

26/02/2026 18:56
65

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Saleh Məmmədovun fəaliyyəti araşdırılır: Qızılı kilo ilə alırmış – ŞOK İDDİA

Saleh Məmmədovun fəaliyyəti araşdırılır: Qızılı kilo ilə alırmış – ŞOK İDDİA

26/02/2026 22:16
70
KMBİ tələbələrin fotolarını yayan şəxsi saxladı

KMBİ tələbələrin fotolarını yayan şəxsi saxladı

26/02/2026 21:40
68
İlham Əliyevin sosial şəbəkə hesablarında Xocalıya səfəri ilə bağlı videoçarx paylaşıldı

İlham Əliyevin sosial şəbəkə hesablarında Xocalıya səfəri ilə bağlı videoçarx paylaşıldı

26/02/2026 21:18
61
Xocalıya aid həmin FOTONUN sirri açıldı: şəkildəkilər kimlərdir?

Xocalıya aid həmin FOTONUN sirri açıldı: şəkildəkilər kimlərdir?

26/02/2026 20:48
62

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Berlin-Pekin dialoqu: Ukrayna gündəmdə

Berlin-Pekin dialoqu: Ukrayna gündəmdə

26/02/2026 14:52
62

Polşada Pegasus skandalı: Keçmiş kəşfiyyat rəhbərləri ittiham olundu

Polşada Pegasus skandalı: Keçmiş kəşfiyyat rəhbərləri ittiham olundu

26/02/2026 14:00
53

Diplomatik kanallar açıq qalır: Rubio dialoq mesajı göndərdi

Diplomatik kanallar açıq qalır: Rubio dialoq mesajı göndərdi

26/02/2026 13:57
55

Klintonlar ifadə verməyə başlayır: Epşteyn araşdırmaları yenidən diqqət mərkəzində

Klintonlar ifadə verməyə başlayır: Epşteyn araşdırmaları yenidən diqqət mərkəzində

26/02/2026 13:46
60

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.