Cümə, Aprel 17, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Ramiz Mehdiyevin xüsusi əməliyyatı – Moskvaya zəngin pərdəarxası

19/11/2025 06:00
Manşet, Siyasət
52 3
Ramiz Mehdiyevin xüsusi əməliyyatı – Moskvaya zəngin pərdəarxası
69
Baxış sayı

Prezidentin sabiq köməkçisi Eldar Namazov Yeni Azərbaycan TV-yə verdiyi müsahibədə 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində baş verən siyasi proseslərə dair diqqətçəkən iddialar irəli sürüb. O, həmin dövrdə Prezident Administrasiyasına rəhbərlik edən Ramiz Mehdiyevin ölkə daxilində hakimiyyət uğrunda gərgin mübarizə apardığını və Heydər Əliyevin səhhətinin kritikləşdiyi anlarda Moskva ilə xüsusi əlaqələr qurduğunu bildirib.

E.Namazovun sözlərinə görə, 1998-ci ildə də, 2003-cü ildə də vəziyyət kəskinləşən kimi Rusiyanın təhlükəsizlik dairələri ilə təmaslar yaranıb və bu əlaqələr daxili siyasi balansı təsirləndirə biləcək addımların müzakirəsinə səbəb olub. Onun açıqlamaları həmin dövrün siyasi kulisində hansı proseslərin getdiyi, qərarların hansı gərgin fon üzərində formalaşdığı barədə yeni müzakirələrə yol açır və ölkənin siyasi yaddaşında qaranlıq qalan məqamları yenidən gündəmə gətirir.

Gündəm24.az-ın Globalinfo.az-a istinadən xəbərinə görə, sabiq maliyyə naziri Fikrət Yusifov bildirib ki, Ramiz Mehdiyevin hakimiyyətə sahiblənmək istəyi hələ 90-cı illərin ortalarından başlayıb.

“Ölkənin Maliyyə Nazirliyinə rəhbərlik etdiyim dövrdə bir neçə dəfə məni də öz “komandasına” cəlb etmək üçün həmlələr etdi. Lakin hər dəfə sərt reaksiyaya rast gəldikdən sonra mənə qarşı gizli düşmənçilik mövqeyinə keçdi. Bu adam Azərbaycanın idarəçilik sistemində bir qara yara idi. Onun danışığı da, baxışları da normal olan hər bir kəsdə ancaq nifrət hissləri yarada bilirdi”.

Ramiz Mehdiyevin xüsusi əməliyyatı – Moskvaya zəngin pərdəarxası

Fikrət Yusifov qeyd edib ki, o zamanlar Prezident Adminstrasiyasında Ulu Öndər tərəfindən ən çox tənbeh edilən məhz Ramiz Mehdiyev olub:

“Çünki adamın yolu və əməlləri sağlam deyildi. Onun təşəbbüsü ilə vəzifələrə təyin olunmuş bir sağlam kadr tapmaq mümkün olmurdu. Bu sırada xüsusilə yerli icra hakimiyyəti başçıları dayanırlar. Çox təəssüf ki, bu gün də mərkəzi idarəetmə sistemində və yerlərdə Ramiz Mehdiyevin çoxsaylı kadrları fəaliyyət göstərirlər. Bu adamların ölkənin idarəçilik sistemindən mümkün qədər tez təmizlənməsi və dövlətdən müxtəlif əyri yollarla oğurladıqlarının əllərindən alınması dövlətin qarşısında dayanan mühüm vəzifələrdən biridir. Böyük kapitala sahib olan bu adamlar dövlətçiliyimiz üçün ciddi təhlükədirlər”.

Siyasi şərhçi Heydər Oğuz isə xatırladıb ki, 1993-1999-cu illərdə Eldar Namazov Prezident Administrasiyasında çalışıb:

“O, Prezident Katibliyinin rəhbəri və prezidentin köməkçisi olub. Təbii ki, Ramiz Mehdiyevin həmin dövrdəki fəaliyyətini daha yaxşı bilir və canlı şahiddir. Ona görə də onun dediklərinə şübhə etməyə ixtiyarımız yoxdur. Buna baxmayaraq, hesab edirəm ki, həmin dövrlərdə Ramiz Mehdiyev Rusiyaya müəyyən məlumatları çatdırırdı. Lakin bu məlumatların Azərbaycandakı proseslərə hər hansı təsiri olacağını düşünmürəm. Çünki o vaxt Azərbaycanda beynəlxalq güc mərkəzlərinin maraqları artıq bölüşdürülmüşdü. Hər kəs müəyyən ölçüdə, razılaşdırılmış şəkildə neftimizin istismarı məsələsi ilə məşğul olurdu və bu proses 1994-cü ildə bağlanan “Əsrin müqaviləsi” ilə həll edilmişdi. Ona görə də, Rusiyanın, ABŞ-ın və ya digər dövlətlərin hansısa addım atması mümkün deyildi”.

Ramiz Mehdiyevin xüsusi əməliyyatı – Moskvaya zəngin pərdəarxası

Siyasi şərhçi onu da əlavə edib ki, dövlətlər mütləq bir araya gəlib ortaq qərar qəbul etməli idilər:

“Bu qərar qəbul olunmuşdu. 2003-cü ildə Heydər Əliyev vəfat etdikdən sonra xarici güc mərkəzləri vəziyyəti qiymətləndirdilər və ölkəni ən yaxşı idarə edə biləcək şəxsin İlham Əliyevin olacağına qərar verdilər. Bu kontekstdə Ramiz Mehdiyev heç nəyi dəyişə bilməzdi. Ramiz Mehdiyev təbii ki, Rusiyanın agenti olaraq baş verənləri Rusiyaya çatdırmalı olurdu. Lakin müşahidə etdiyimiz kimi, onun bu proseslərə heç bir təsiri olmurdu”.

Oxşarxəbərlər

Azərbaycan XİN Suriyanı təbrik etdi
Siyasət

Azərbaycan XİN Suriyanı təbrik etdi

17/04/2026 10:59
70
Əli Əsədov SƏRƏNCAM İMZALADI
Siyasət

Əli Əsədov SƏRƏNCAM İMZALADI

17/04/2026 10:42
56
ABŞ Suriyadan hərbi qüvvələrini çıxartdı
Siyasət

ABŞ Suriyadan hərbi qüvvələrini çıxartdı

17/04/2026 08:44
71
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Manşet

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

16/04/2026 18:50
56
Əli Əsədov yeni qərar imzaladı
Siyasət

Əli Əsədov yeni qərar imzaladı

16/04/2026 16:40
56
Prezident onu “Şöhrət” ordeni ilə TƏLTİF ETDİ – FOTO
Manşet

Prezident onu “Şöhrət” ordeni ilə TƏLTİF ETDİ – FOTO

16/04/2026 15:24
59

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Hərbiçilərlə bağlı yenilik – 6 aya başlayır

Hərbiçilərlə bağlı yenilik – 6 aya başlayır

17/04/2026 11:50
50
Əhaliyə SON DƏQİQƏ xəbərdarlığı – Bu gündən başlayır

Əhaliyə SON DƏQİQƏ xəbərdarlığı – Bu gündən başlayır

17/04/2026 11:06
66
Bakının bu qəsəbəsində işıq olmayacaq

Bakının bu qəsəbəsində işıq olmayacaq

17/04/2026 11:05
50
Azərbaycan XİN Suriyanı təbrik etdi

Azərbaycan XİN Suriyanı təbrik etdi

17/04/2026 10:59
70

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyində İdarə Heyətinin iclası keçirilib-FOTOLAR

Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyində İdarə Heyətinin iclası keçirilib-FOTOLAR

13/04/2026 16:21
76

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

08/04/2026 11:04
153

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00

137

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In