Nazirlər Kabineti 26 fevral 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Kosmik Agentliyin (“Azərkosmos”) Nizamnaməsi”ndə dəyişiklik edib.
Gündəm24.az Bakupsot.az-a istinadən xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, “Azərkosmos”un nizamnamə kapitalı 94 000 000 manat və yaxud 19,85% artırılaraq 473 605 880 manatdan 567 605 880 manata çatdırılıb.














