Mərhum Əməkdar artist Baloğlan Əşrəfovun 2007-ci ildə xəstəxanada çəkilmiş görüntüsü sosial şəbəkələrdə yayılıb.
Gündəm24.az nocomment.az-a istinadən xəbər verir ki, fotoda səhhətində ciddi problem yaşayan sənətçinin xəstəxanada olduğu görünür.
Onun yanında isə müğənni Röya Ayxan yer alıb.
Qeyd edək ki, Baloğlan Əşrəfov 2007-ci il martın 8-də ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi. Daha sonra Türkiyənin İstanbul şəhərindəki “Memorial” xəstəxanasına aparılan sənətçiyə qaraciyər transplantasiyası həyata keçirilib. Əməliyyat martın 31-də uğurla başa çatıb.
Baloğlan Əşrəfov 2021-ci il aprelin 26-da, 69 yaşında vəfat edib.
Sosial şəbəkələrdə yayılan 2007-ci ilə aid foto sənətçinin həyatının ağır günlərindən birini və həmin dövrün sənət dostluqlarından birini əks etdirir.














