Dmitri Peskov bildirib ki, bu təşəbbüslə bağlı hələlik çoxlu sual var.
Gündəm24.az xəbər verir ki, Rusiya hələ Qəzza ilə bağlı Sülh Şurası təşəbbüsü barədə bütün detalları bilmir. Kremlin sözçüsü Dmitri Peskov çərşənbə axşamı açıqlayıb ki, Moskva və Minsk ABŞ-dan quruma qoşulmaq üçün dəvət alıblar, amma indiyə qədər çoxlu suallar açıq qalır. ABŞ, Misir, Qətər və Türkiyənin vasitəçiliyi ilə İsrail və Fələstin HƏMAS-ının razılaşdırdığı sülh planının ikinci mərhələsi çərçivəsində şuranın işə başlaması gözlənilir, Peskov ümid edir ki, yaxın görüşlərdə bütün suallar aydınlaşacaq.
Sədaqət Həsənova
© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.