Şənbə, Sentyabr 19, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib – FOTOLAR

19/09/2026 20:21
CƏMİYYƏT, Manşet
822 8
Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib – FOTOLAR
687
Paylaşım sayı
954
Baxış sayı
SƏSİ YOXLA - BURANI BAS

Sentyabrın 19-da Şamaxının Meysəri kəndində üzümçülük və şərabçılıq ənənələrinin, milli musiqinin və festival ab-havasının bir araya gəldiyi Üzüm və Şərab Festivalı başlayıb.

Gündəm24.az   xəbər verir ki, iki gün davam edəcək festival Şamaxı Rayon İcra Hakimiyyəti, Abqora restoranı və “Nəsimi bağları” kompleksinin təşkilatçılığı ilə Şamaxı rayonunun Meysəri kəndində keçirilir.

Festivalın qonaqları milli nəfəsli və zərb alətləri kollektivlərinin ifaları ilə qarşılanıb. Şərab istehsalçılarının təntənəli paradı isə baraban şousunun müşayiəti ilə keçirilib.

Artıq 5-ci dəfə təşkil olunan festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılması, regionun turizm imkanlarının genişlənməsinə töhfə verməkdir.

Festivalın açılışında çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bildirib ki, bu günlər Şamaxı üçün əlamətdar hadisələrlə yadda qalır. Onun sözlərinə görə, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şamaxıya səfəri çərçivəsində bir sıra mühüm turizm və mədəniyyət obyektlərinin – otellərin, istirahət mərkəzlərinin, yaradıcılıq və mədəniyyət məkanlarının açılışı keçirilib. Bu layihələr rayonun turizm və mədəni potensialının daha da genişlənməsinə xidmət edir.
İcra başçısı vurğulayıb ki, Şamaxıda həyata keçirilən inkişaf layihələrindən təkcə rayon sakinləri deyil, buraya gələn bütün qonaqlar da faydalanırlar.

Tahir Məmmədov bildirib ki, artıq ənənəyə çevrilən Üzüm və Şərab Festivalı Şamaxının zəngin üzümçülük və şərabçılıq ənənələrinin tanıdılmasına, rayonun turizm cəlbediciliyinin artırılmasına və bölgənin sosial-iqtisadi inkişafına mühüm töhfə verir.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında bildirib ki, festival Azərbaycanda üzümçülük və şərabçılığın inkişafına, şərab mədəniyyətinin formalaşmasına və yerli şərabların tanıdılmasına xidmət edir.

Nazir qeyd edib ki, Azərbaycanda üzümçülük və şərabçılıq qədim ənənələrə malik sahədir. Onun sözlərinə görə, dövlətimiz tərəfindən bu sahəyə göstərilən diqqət və qayğı nəticəsində üzümçülük və şərabçılığın inkişafında mühüm nailiyyətlər əldə olunub.
Məcnun Məmmədov üzümçülərin əməyini xüsusi vurğulayaraq bildirib ki, yüksək keyfiyyətli üzümün yetişdirilməsi, məhsulun emal müəssisələrinə çatdırılması və şərab istehsalı prosesində fermerlərin böyük zəhməti var.
Nazir, həmçinin yüksək keyfiyyətli şərabların hazırlanmasında çalışan şərabçı və texnoloqların əməyini yüksək qiymətləndirib.

Daha sonra milli rəqslərimizdən nümunələr, o cümlədən üzümçülük ənənələrini özündə əks etdirən “Üzüm” rəqsi nümayiş etdirilib.
Festival iştirakçıları Azərbaycanın qədim üzümçülük və şərabçılıq ənənələri, eləcə də ölkənin zəngin turizm potensialı ilə yaxından tanış olublar. Ziyarətçilərə müxtəlif əyləncə proqramları və şoular təqdim edilib.

Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində baş tutan festivalda müxtəlif brendlər öz üzüm məhsullarını təqdim edib.
Gün ərzində müxtəlif yaş qrupları üçün təşkil olunan əyləncəli fəaliyyətlər festival proqramına xüsusi rəng qatıb. Qonaqlar müxtəlif müsabiqə və viktorinalarda iştirak ediblər.
Festivalın balaca qonaqları üçün də maraqlı proqram hazırlanıb. Uşaq əyləncə zonasında onlar interaktiv oyunlara və müxtəlif əyləncələrə qoşulub, animatorlarla birlikdə rəqs edib əyləniblər.

Axşam saatlarınadək davam edən festivalın ilk günündə sevilən müğənnilər Roza Zərgərli, Kazım Can, Joseph U.O, eləcə də DJ Kamonun çıxışları olub.

Qeyd edək ki, Üzüm və Şərab Festivalı sentyabrın 20-də davam edəcək.

6aaeaf88001486aaeaf880014917898330836aaeaf88001446aaeaf8800146 scaled6aaeaf84950b86aaeaf84950b917898330836aaeaf84950b56aaeaf84950b7 scaled6aaeaf82312e36aaeaf82312e417898330836aaeaf82312e16aaeaf82312e26aaeaf810f6336aaeaf810f63417898330836aaeaf810f6316aaeaf810f632 scaled6aaeaf85ac3bf6aaeaf85ac3c017898330836aaeaf85ac3bc6aaeaf85ac3be scaled6aaeaf7fb890e6aaeaf7fb890f17898330836aaeaf7fb890b6aaeaf7fb890c scaled6aaeaf7e94ea76aaeaf7e94ea817898330836aaeaf7e94ea56aaeaf7e94ea6 scaled6aaeaf7d756b26aaeaf7d756b317898330836aaeaf7d756b06aaeaf7d756b1 scaled6aaeaf7cda5196aaeaf7cda51a17898330836aaeaf7cda5156aaeaf7cda517 scaled6aaeaf7c41f5b6aaeaf7c41f5c17898330836aaeaf7c41f586aaeaf7c41f59 scaled6aaeaf7b24d5c6aaeaf7b24d5d17898330836aaeaf7b24d576aaeaf7b24d5a scaled

 

Oxşarxəbərlər

Tramp süni intellekt qüvvələri yaratdı
Dünya

Tramp süni intellekt qüvvələri yaratdı

19/09/2026 22:24
952
Nə qədər ki Bakı ilə sülh var, Rusiya… – Paşinyan
Dünya

Nə qədər ki Bakı ilə sülh var, Rusiya… – Paşinyan

19/09/2026 22:12
952
Üçü Bakıda, biri İrəvanda – O biri isə qəbiristanlıqda… – FOTO
CƏMİYYƏT

Üçü Bakıda, biri İrəvanda – O biri isə qəbiristanlıqda… – FOTO

19/09/2026 21:39
953
Əhaliyə MÜHARİBƏ XƏBƏRADRLIĞI – Konserv və su ehtiyatı toplayın
Dünya

Əhaliyə MÜHARİBƏ XƏBƏRADRLIĞI – Konserv və su ehtiyatı toplayın

19/09/2026 21:32
954
Bakıda 14 yaşlı uşaqla birgə marketi qarət edən HƏBS OLUNDU
Hadisə

Bakıda 14 yaşlı uşaqla birgə marketi qarət edən HƏBS OLUNDU

19/09/2026 21:21
954
Sentyabrın son günləri onlara uğur gətirəcək: 5 şanslı bürc
Manşet

Sentyabrın son günləri onlara uğur gətirəcək: 5 şanslı bürc

19/09/2026 21:15
954

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Tramp süni intellekt qüvvələri yaratdı

Tramp süni intellekt qüvvələri yaratdı

19/09/2026 22:24
952
Nə qədər ki Bakı ilə sülh var, Rusiya… – Paşinyan

Nə qədər ki Bakı ilə sülh var, Rusiya… – Paşinyan

19/09/2026 22:12
952
Üçü Bakıda, biri İrəvanda – O biri isə qəbiristanlıqda… – FOTO

Üçü Bakıda, biri İrəvanda – O biri isə qəbiristanlıqda… – FOTO

19/09/2026 21:39
953
Əhaliyə MÜHARİBƏ XƏBƏRADRLIĞI – Konserv və su ehtiyatı toplayın

Əhaliyə MÜHARİBƏ XƏBƏRADRLIĞI – Konserv və su ehtiyatı toplayın

19/09/2026 21:32
954

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
957

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
960

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
961

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

16/09/2026 07:29
962

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.