ABŞ açıqlayıb ki, Kanada və Danimarka ilə birlikdə Alyaska və Qrenlandiyada hərbi təlimlər keçirəcək. Təlimlər 23 fevraldan 13 martadək davam edəcək və üç ölkə şimal bölgəsində güc nümayişini birgə həyata keçirəcək. Bu addım strateji əməkdaşlığı gücləndirmək və Arktika bölgəsində hərbi hazırlığı artırmaq məqsədini daşıyır.
Gündəm24.az xəbər verir ki, ABŞ Şimal Komandanlığının (USNORTHCOM) rəsmi açıqlamasına əsasən, ABŞ, Kanada və Danimarka 23 fevral – 13 mart 2026 tarixlərində Alyaska və Qrenlandiyada birgə təlimlər keçirəcək. Təlim ARCTIC EDGE 2026 (AE26) çərçivəsində həyata keçiriləcək və Danimarka, Kanada, Alyaska Milli Qvardiyası, FTB və ABŞ Sahil Mühafizəsi kimi qurumlararası tərəfdaşlar iştirak edəcək. Məqsəd Arktikadakı tərəfdaşlar arasında hazırlığı artırmaq, imkanları nümayiş etdirmək və qarşılıqlı fəaliyyət qabiliyyətini gücləndirməkdir; əsas fokus kruiz raketlərinə müdafiə, pilotsuz uçuş sistemlərinə qarşı mübarizə və Arktikada sağ qalma və hərəkətlilik təlimləridir.
Sədaqət Həsənova













