Şənbə, Aprel 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Siyasətdə İlham Əliyev üslubu

24/12/2025 09:08
Manşet, Siyasət
59 3
Siyasətdə İlham Əliyev üslubu
79
Baxış sayı

XX əsrdə xalqımız çoxsaylı siyasi, iqtisadi və sosial təlatümlər yaşadı. Xalq Şərqdə ilk respublika quruculuğu, ilk dəfə qadınlara səs hüququnun verilməsi kimi dünya miqyaslı uğurlar əldə etməklə yanaşı həm də bolşevik işğalına və milli elitaya qarşı amansız repressiyalara məruz qaldı. İmperiya tərkibində olmasına baxmayaraq 70-ci illərdə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə sovet Azərbaycanı iqtisadi və mədəni inkişaf sahəsində milli intibah dövrünü yaşadı. 1991-ci ildə müstəqilliyimizin bərpa olunması torpaqlarımızın işğal olunması ilə nəticələndi. Yeni tariximizin ən ağır sınaq dövründə xalq yenidən ümidini Heydər Əliyevə bağladı.

Xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev günbəgün daha böyük itkilər və daha böyük sarsıntılar gətirən müharibəyə son qoymaqla ölkənin tarixi taleyində dönüş yaratdı, qısa bir zamanda ortaya qoyduğu uğurlu enerji strategiyası ilə ölkəmizi yeni bir yola – müstəqil Azərbaycanın şərəfli quruculuq yoluna çıxara bildi. Həmin dövrün hərbi – siyasi təlatümlərindən keçərək bu günün mənzərəsini yaratmaq o zaman mümkünsüz görünürdü. Müstəqil Azərbaycana 10 illik rəhbərliyi dövründə geniş miqyaslı siyasi-iqtisadi islahatları həyata keçirməklə Heydər Əliyev ölkədə iqtisadi tənəzzülə son qoydu, ölkəyə xarici sərmayələrin axını təmin edildi və Azərbaycan özünün yeni inkişaf yoluna qədəm qoydu. Bölgədə yaranmış hərbi-siyasi vəziyyəti sabitləşdirildi, ölkəmizin qlobal siyasi və iqtisadi sistemlərə uğurlu inteqrasiyası təmin edildi. Yeni Azərbaycan dövlətinin müstəqilliyini əbədi və sarsılmaz etmək uğrunda son nəfəsinədək göstərdiyi fədakarlıq Heydər Əliyevi xalqın Ümummilli liderinə çevirdi.

2003-cü ildə Azərbaycan xalqı Heydər Əliyev kimi müdrik bir siyasətçinin yolunu davam etdirə biləcək şəxsin yalnız İlham Əliyev olduğuna inanaraq, məhz onu ölkənin prezidenti seçdi. Beləcə Heydər Əliyevin uğurlu dövlət quruculuğu ilə başa çatan XX əsr yeni və müasir Azərbaycanın qurulması ilə başlayan XXI əsrə keçdi. 2003-cü ildən başlayaraq təxminən 20 il ərzində İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət Azərbaycanı bölgənin lider ölkəsinə çevirdi. O zamana qədər davam edən iqtisadi tənəzzül iqtisadi inkişafla əvəz olundu. Dünyanın 50 ən qüdrətli orduları sırasına çıxan Milli Ordu yaradıldı. Azərbaycanın haqlı mövqeyi beynəlxalq təşkilatlarda uğurla müdafiə olundu və nəhayət, 30 ilə yaxın işğal altında qalmış torpaqlarımız məhz onun rəhbərliyi altında azad olundu.

Bəlkə də bu tarixi zəfəri qeyd etməklə İlham Əliyev siyasəti haqqındakı bu yazını yekunlaşdırmaq olardı. Çünki 2020-ci ilin Vətən müharibəsində əldə olunmuş qələbəmiz son 200 il ərzində Azərbaycan xalqının tarixində qazanılmış ən böyük Qələbəmiz idi. Belə bir cahanşümul zəfərin memarı Ali Baş Komandan İlham Əliyev artıq bu qələbə ilə adını dünyanın siyasi-hərbi tarixinə qızıl hərflərlə yazdırmışdı.

Amma xalq onu hələ bu qələbədən də əvvəl sevib və ona dəfələrlə etimad göstərib. Bu isə səbəbsiz deyildi. Ümumxalq sevgisinin mənbəyini və səbəblərini anlamaq üçün İlham Əliyevin ömür yoluna dönə-dönə yenidən baxmaq və siyasətdə heç bir bənzəri olmayan İlham Əliyev üslubunu dərk etmək gərəkir.

Heydər Əliyevin ailəsində yaşanan tələbəlik və gənclik illəri, müstəqilliyimizin dramatik hadisələrlə başlayan ilk illəri və ulu öndər Heydər Əliyevin sınaqlarla dolu 10 illik hakimiyyət dövrü İlham Əliyevi siyasi müdrikliyə yaşından daha tez yetişdirmişdi. O dövlət müstəqilliyimizin təməli qoyulan həmin dövrün sadəcə şahidi deyildi, ən gənc yaşlarından Heydər Əliyev siyasətinin fəal iştirakçısı idi. Topladığı təcrübə və Vətənə xidmət niyyəti onu tarixi siyasi hadisələrin mərkəzinə gətirdi və bu gəliş Azərbaycan xalqının həyatında və dünyagörüşündə böyük dönüş yaratdı.

Son iki onillikdə ölkənin siyasi həyatını və siyasi düşüncə istiqamətini dəyişən sözləri və ifadələri ilk dəfə İlham Əliyev siaysi baxış müstəvisinə gətirdi. Sovet İttifaqının dağılmasından sonra müstəqillik əldə etmiş ölkələrə siyasi-publisistik leksikada “postsovet ölkələri” deyilirdi. Ətalət düşüncəsinin əlaməti kimi istifadə olunan bu ifadə insanları gələcəyə baxmağa yox, sanki sovet keçmişindən ayrılmamağa səsləyirdi. Prezident İlham Əliyev məqsədyönlü şəkildə “postsovet ölkələri” deyimindən imtina etdi, əvəzində “müstəqil ölkə”, “suveren dövlət” anlayışlarını dil düşüncəmizin üst qatına çıxardı. Məram aydındır: ictimai-siyasi təfəkkürdən “postsovet” qalıqları təmizlənməli idi ki, insanlar keçmişdən asılılığa son verib sovet nostalgiyasından birdəfəlik qurtulsunlar və müstəqillik, suverenlik ideyalarına və davranışlarına köklənsinlər.

İlham Əliyev 2009-cu ildə iqtisadi sahədə keçid dövrünün başa çatdığını bəyan etdi. Prezidentin bu bəyanatı yeni inkişaf dövrünə başlamağın anonsu idi. Həmin illərdə İlham Əliyevin rəhbərliyi ilə regional inkişaf proqramlarının və infrastruktur layihələrinin uğurla həyata keçirilməsi sayəsində ölkənin iqtisadi tərəqqisi üçün güclü zəmin yaradıldı.

Keçid dövründən sonrakı inkişaf yolumuzun trayektoriyasını da məhz İlham Əliyev müəyyənləşdirdi. Prezident İlham Əliyev dayanıqlı inkişaf, iqtisadi artım və davamlı modernləşmə dövrünün başlandığını və ölkənin çoxşaxəli, dinamik, müasir innovasiyalara əsaslanan iqtisadi inkişaf mərhələsinə qədəm qoyduğunu elan etdi.

İlk dəfə Prezident İlham Əliyev Azərbaycanın Dördüncü Sənaye İnqilabı proseslərinə qoşulması zərurətini elan etdi və dünyanın bu aparıcı tendensiyasında ölkəmizin lider dövlət olmaq məramını bəyan etdi. İlk süni peykimizi də məhz Prezident İlham Əliyev fəzaya göndərdi və Azərbaycanın adını dünyanın kosmik ölkələri sırasına yazdırdı.

Dünyanın hər yerində milyonlarla azərbaycanlının qəlbində işıq yandıran, Azərbaycan Ordusunun şüarına, marşına və zəfər andına çevrilən “Qarabağ Azərbaycandır!” ifadəsi də ilk dəfə İlham Əliyevin dilindən eşidildi. Əlbəttə, bu ifadə ondan əvvəl bəlkə də milyon dəfə səsləndirilmişdi. Amma heç kimin deyimi Qarabağı bu qədər Azərbaycanlaşdıra bilməmişdi. Prezident İlham Əliyev Qarabağın Azərbaycan olduğunu sadəcə demədi, həm də əməli şəkildə sözün əsil mənasında Qarabağı Azərbaycana qaytardı. İlk dəfə o, “Biz – qalib xalqıq!” bəyanatı ilə millətimizin özgüvənini dəfələrlə artırdı.

Hər cümləsi xalqın yaddaşında iz buraxan, hər bəyanatı xalqın taleyində böyük dəyişikliklər yaradan prezident sözün əsl mənasında yeni bir Azərbaycan qurdu: Yenilməz, məğlubedilməz, davamlı olaraq güclənən və çiçəklənən, vətəndaşlarına qürur və fəxarət yaşadan bir Azərbaycan!

Türk dünyasının bütövləşməsi əsrlər boyu çoxsaylı nəzəriyyəçilərin, siyasətçilərin, sərkərdələrin və adları tarixə yazılmış dövlət xadimlərinin ən müqəddəs arzusu olub. Lakin tariximizin bütün dövrlərində türk dünyasını vahid bir ideya ətrafında birləşdirmək heç kimə müyəssər olmayıb. İlham Əliyevin “Ailəmiz türk dünyasıdır” deyimi isə 300 milyonluq türk dünyasını riqqətə gətirdi və türk dünyası çərçivəsində inteqrasiya proseslərinə güclü təkan verdi. Türk xalqlarının min illərlə ürəklərində gəzdirdiyi Turan ideyası nəzəriyyədən praktikaya, şüardan əməli fəaliyyətə çevrildi.

Prezident İlham Əliyev şüarlarla deyil, xalqın etimadı ilə hakimiyyətə gəldi. Prezidentlik vəzifəsinin icrasına başladığı zaman müqəddəs bayrağımızı öpərək Azərbaycanın dövlət müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağına, xalqa ləyaqətlə xidmət edəcəyinə and içmiş Prezident öz andına sədaqətini əməlləri ilə sübut etdi. O, nəyi necə etməli olduğumuzu nəzəri ideyalarla yox, şəxsi nümunələri ilə göstərdi. Dövlət atributlarımızın təbliği, üçrəngli bayrağımıza ümummilli ehtiram əxlaqının formalaşdırılması, dövlətçiliyimizin, milli, mənəvi, əxlaqi dəyərlərimizin qorunması Prezident İlham Əliyev tərəfindən yürüdülən milli siyasətin ən qabarıq istiqamətləri oldu.
Azərbaycanın yeni iqtisadi tərəqqi yoluna çıxması, bölgənin ən yüksək iqtisadi potensialına malik olan ölkəsi kimi tanınması, etibarlı tərəfdaş kimi qəbul olunması və sözün əsl mənasında, müstəqil dövlət kimi dünya birliyinə uğurlu inteqrasiyası məhz İlham Əliyevin prezidentliyi dövründə və onun apardığı uğurlu daxili və xarici siyasət nəticəsində reallığa çevrildi.

2003-2025-ci illərin qaynar ictimai, iqtisadi, siyasi, mədəni həyatı, hər ilin gətirdiyi çoxsaylı yeniliklər, günbəgün dəyişən və güclənən Azərbaycanın müasirləşmə tempi siyasi praqmatizmin, rasional idarəetmənin və məqsədyönlü səmərəli fəaliyyətin qanunauyğun nəticəsidir. Prezident Əliyevin yürütdüyü çoxvektorlu və çoxqatlı siyasət bir sıra fenomenal xüsusiyyətlərin sonda vəhdətə gələn bənzərsiz uzlaşmasını təşkil edir. Böhranların, ziddiyyətlərin, münaqişə və müharibələrin tüğyan etdiyi dünyada gənc milli dövləti xarici təsirlərdən qorumaq, ölkəni tərəqqiyə qovuşdurmaq, iqtisadi potensialı hərəkətə gətirərək inkişafın davamlılığını təmin etmək, ümumdaxili məhsulun həcmini qat-qat artırmaq Prezident İlham Əliyevin ayrı-ayrı istiqamətlərdə apardığı düşünülmüş siyasətin ortaq simbioz nəticəsidir.

Ulu öndər Heydər Əliyevin milli dövlətçilik kursuna, Azərbaycançılıq ideologiyasına, türk dünyası ilə bütövləşmə strategiyasına sadiq qalmaqla bərabər, onları yeni keyfiyyətlərlə zənginləşdirən İlham Əliyev bu siyasi kursu heç kimin proqnozlaşdıra bilmədiyi novatorluqla davam etdirdi. O müasir dünyanın siyasi mədəniyyətində öz dəst-xəttini, özünəməxsus “İlham Əliyev üslubunu” yaratdı.

“Sözümüz imzamızdır” kimi məzmunca qısa, mahiyyəti ilə dərin inam və etibar doğuran ifadəni də ilk dəfə siyasi leksikaya gətirən Prezident İlham Əliyev oldu. Beynəlxalq siyasi münasibətlərdə ədalət və konstruktivlik, iqtisadi əməkdaşlıqda rasionallıq və qarşılıqlı fayda, mədəni-humanitar əlaqələrdə səmimiyyət, açıqlıq və bəşərilik prinsiplərinə həmişə sadiq qalan Azərbaycan İlham Əliyevin şəxsində dünya birliyinin etibarlı tərəfdaşına çevrildi.

Nəhayət, müstəqilliyimizin 30-cu ildönümü ərəfəsində etibarlı beynəlxalq dəstəyə, sarsılmaz xalq-iqtidar birliyinə, güclü iqtisadiyyata, vətənpərvər gəncliyə, yenilməz orduya və hərbi qüdrətə, bir sözlə, Vətəni işğaldan azad etməyin bütün resurslarına sahib olan Azərbaycan müstəqillik dövrünün ən böyük sınağına girdi və bu sınaqdan möhtəşəm qələbə ilə çıxdı. Prezident İlham Əliyev öz qətiyyəti və cəsarəti ilə uzun illər ərzində beynəlxalq güc mərkəzləri tərəfindən Azərbaycana qarşı aparılan məkrli planları pozdu, qətiyyətli siyasi iradə, qələbəyə sarsılmaz inam və yenilməz hərbi güclə beynəlxalq ədaləti bərpa etməyin mümkün olduğunu bütün dünyaya sübut etdi və bununla da qlobal siyasətdə yeni reallıqlar yaratdı. 2020-ci ilin Vətən müharibəsindəki Qələbə məğrur Azərbaycan xalqının ikili standartlara əsaslanan ədalətsiz qlobal siyasət üzərində tarixi Qələbəsi oldu. Bu Qələbə xalqımızı bir yumruq kimi birləşdirməyə və monolit gücə çevirməyə nail olmuş İlham Əliyev siyasətinin ən böyük təntənəsi oldu. Öz xalqının ən müqəddəs arzusunu – Qarabağın işğaldan azad olunmasını həyata keçirən və ölkəmizin ərazi bütövlüyünü təmin edən Prezident İlham Əliyevin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Xalq bu misilsiz qəhrəmanlığı və təmənnasız xidməti heç vaxt unutmayacaq.

Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlər, xalqımıza qazandırdığı əfsanəvi nailiyyətlər, on milyonlarla soydaşımıza yaşatdığı Zəfər qüruru və milli şərəf onu bütün dünya Azərbaycanlılarının sevimlisinə çevirib.

Bu günlərdə Prezident İlham Əliyev yeni yaşını müdrik dövlət başçısı, bütün dünya azərbaycanlılarının Lideri və Vətənimizin ərazi bütövlüyünü təmin etmiş qalib sərkərdə kimi qeyd edir. Milyonlarla Azərbaycanlı İlham Əliyevə minnətdarlıq hissi ilə onu təbrik edir və onunla fəxr edir. Ümumxalq məhəbbətinin doğurduğu bu səmimi təbriklərə qoşularaq dövlət başçımızı doğum günü münasibətilə təbrik edir, ona öz doğmaları ilə birlikdə möhkəm can sağlığı və Qüdrətli Azərbaycan naminə apardığı yorulmaz fəaliyyətlərində davamlı uğurlar arzulayıram.

Cavanşir Feyziyev
Milli Məclisin deputatı

Oxşarxəbərlər

İlham Əliyevdən Türkiyə səfəri ilə bağlı- Paylaşım
Manşet

İlham Əliyevdən Türkiyə səfəri ilə bağlı- Paylaşım

18/04/2026 12:42
56
Liderlərin səmimi görüşündən- FOTOLAR
Siyasət

Liderlərin səmimi görüşündən- FOTOLAR

17/04/2026 16:59
55
İlham Əliyev Antalyada Diplomatiya Forumunun açılışında
Manşet

İlham Əliyev Antalyada Diplomatiya Forumunun açılışında

17/04/2026 16:10
55
Qərbi Azərbaycan İcması Hikmət Babaoğlunu təbrik etdi
Manşet

Qərbi Azərbaycan İcması Hikmət Babaoğlunu təbrik etdi

17/04/2026 16:05
59
Azərbaycan XİN Suriyanı təbrik etdi
Siyasət

Azərbaycan XİN Suriyanı təbrik etdi

17/04/2026 10:59
72
Əli Əsədov SƏRƏNCAM İMZALADI
Siyasət

Əli Əsədov SƏRƏNCAM İMZALADI

17/04/2026 10:42
60

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bədbəxt hadisə: 25 yaşlı gənc öldü

Bədbəxt hadisə: 25 yaşlı gənc öldü

18/04/2026 20:59
50
Ağır qəza: 9 yaşlı uşaq həyatını itirdi

Ağır qəza: 9 yaşlı uşaq həyatını itirdi

18/04/2026 20:44
50
ATIŞMA: Beş nəfər HƏLAK OLDU – bu ölkədə

ATIŞMA: Beş nəfər HƏLAK OLDU – bu ölkədə

18/04/2026 19:59
71
Uşaq pulu ilə bağlı ŞAD XƏBƏR gəldi – Bərpa edilə bilər!

Uşaq pulu ilə bağlı ŞAD XƏBƏR gəldi – Bərpa edilə bilər!

18/04/2026 19:52
59

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycan İcması Hikmət Babaoğlunu təbrik etdi

Qərbi Azərbaycan İcması Hikmət Babaoğlunu təbrik etdi

17/04/2026 16:05
59

Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyində İdarə Heyətinin iclası keçirilib-FOTOLAR

Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyində İdarə Heyətinin iclası keçirilib-FOTOLAR

13/04/2026 16:21
79

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

08/04/2026 11:04
156

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00
72

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.