İranın BMT-nin Cenevrə ofisindəki daimi nümayəndəsi Əli Bəhreyninin sözlərinə görə, iki ölkə yalnız qeyri-rəsmi əlaqələr saxlayır və İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ prezidentinin nümayəndəsi Stiv Vitkov müxtəlif məsələlərlə bağlı mesajlar mübadiləsi aparırlar.
Gündəm24.az xəbər verir ki, İranın hazırda ABŞ ilə sabit əlaqə xətti yoxdur. Bu barədə TASS-a İranın BMT-nin Cenevrə ofisindəki daimi nümayəndəsi Əli Bəhreyni bildirib.
İranlı diplomatın sözlərinə görə, iki ölkə yalnız qeyri-rəsmi əlaqələr saxlayır və İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ prezidentinin nümayəndəsi Stiv Vitkov müxtəlif məsələlərlə bağlı mesajlar mübadiləsi aparırlar. Lakin onun sözlərinə görə, bu, substantiv dialoqa bərabər deyil.
O, bir sıra ölkələrin İran və ABŞ arasında bəzi məsələlər üzrə dialoqu təşviq etməyə çalışdığını və iki ölkə arasında danışıqların təşkili imkanlarını araşdırdığını xatırladıb. Lakin bu cəhdlər hələlik tərəflər arasında heç bir mənalı danışıqlarla nəticələnməyib.
Cenevrədə jurnalistlərlə söhbətində o, iki ölkə arasında dialoqun olmamasında günahkar Vaşinqtonun olduğunu qeyd etdi, çünki o, İsrailin İrana hücum etməsinə icazə verdi və sonradan bunu özü etdi.
Sədaqət Həsənova














