Kiyev dekabrın 29-na keçən gecə Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətindəki dövlət iqamətgahına 91 pilotsuz uçuş aparatı ilə hücum cəhdi edib.
Gündəm24.az xəbər verir ki, bütün PUA-lar məhv edilib və zərər qeydə alınmayıb. Xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva bu hücumu cavabsız qoymayacaq və cavab zərbəsinin hədəf və vaxtı artıq müəyyənləşdirilib. Rusiya eyni zamanda danışıqlardan imtina etmədiyini vurğulasa da, Kiyevin bu addımının danışıqlar mövqeyinə təsir göstərəcəyini açıqlayıb.
Sədaqət Həsənova













