Britaniya Baş naziri Starmer bu gün Parlamentdə etdiyi çıxışında Britaniya mətbuatının Trampa qarşı “ən sərt ifadəsi” adlandırdığı ifadədən istifadə edib. Trampın dünənki şərhinə cavab olaraq Keir Starmer bildirib ki, Dieqo Qarsiya adasının Mavrikiyə verilməsi qərarı “böyük bir axmaqlıq”dır.
Gündəm24.az xəbər verir ki, Britaniyanın baş naziri Keir Starmer parlamentdə çıxış edərək Qrenlandiyanın gələcəyinə yalnız Danimarka və Qrenlandiya xalqının qərar verə biləcəyini vurğuladı və ABŞ prezidenti Donald Trampın mövqeyinə qarşı geri çəkilməyəcəyini açıq şəkildə bildirdi. O, müttəfiqlərə tarif təhdidləri ilə təzyiq göstərilməsini “tamamilə yanlış” adlandıraraq, Britaniyanın prinsiplərindən və dəyərlərindən imtina etməyəcəyini dedi. Bu açıqlamalar Trampın Böyük Britaniyanın Dieqo Qarsiya adası ilə bağlı qərarını “böyük axmaqlıq” adlandırması və Qrenlandiyanı milli təhlükəsizlik arqumentləri ilə gündəmə gətirməsi fonunda daha da diqqət çəkdi.
Sədaqət Həsənova














