Cümə axşamı, May 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Sumqayıtda şair, dramaturq Əvəz Mahmud Lələdağın “Düşmənə inanan özünə düşməndir” kitabının təqdimat mərasimi keçirilib-FOTOLAR

21/05/2026 17:10
CƏMİYYƏT, Manşet, Qərbi Azərbaycan
45 2
Sumqayıtda şair, dramaturq Əvəz Mahmud Lələdağın “Düşmənə inanan özünə düşməndir” kitabının təqdimat mərasimi keçirilib-FOTOLAR
60
Baxış sayı

Sumqayıtda pedaqoq, şair, publisist və dramaturq, şəhərin fəxri vətəndaşı Əvəz Mahmud Lələdağın “Düşmənə inanan özünə düşməndir” kitabının təqdimat mərasimi keçirilib.

Gündəm24.az xəbər verir ki, tədbir Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin təşkilatçılığı və  Yazıçılar Birliyinin Sumqayıt bölməsinin təşəbbüsü ilə baş tutmuşdur. Təqdimat mərasimində şəhərin ziyalıları, elm və mədəniyyət nümayəndələri, ictimaiyyət üzvləri, media təmsilçiləri və gənclər iştirak ediblər.

Tədbiri tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü İbrahim İlyaslı aparıb. O, çıxışında Əvəz Mahmud Lələdağın çoxşaxəli yaradıcılığından, Azərbaycan ədəbiyyatına və maarifçiliyinə verdiyi töhfələrdən danışıb.

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin sədri Ramiz İsmayılov çıxışında Əvəz Mahmud Lələdağın yaradıcılığının milli düşüncənin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, müəllifin əsərlərində vətənpərvərlik, milli birlik və mənəvi dəyərlər xüsusi yer tutur. Çıxışında qeyd edib ki, Əvəz Mahmud Lələdağın əsərlərində hər zaman Qərbi Azərbaycan həqiqətlərinin təbliği, tarixi yaddaşın qorunması və gələcək nəsillərə çatdırılması mühüm yer tutub.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxış edərək, Əvəz Mahmud Lələdağın həyat və yaradıcılığı barədə geniş məlumat verib. onun Azərbaycan ədəbiyyatına, təhsilinə və ictimai həyatına verdiyi töhfələri yüksək qiymətləndirib. Bildirib ki, Əvəz müəllim həm pedaqoq, həm də ziyalı kimi Sumqayıt şəhərinin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb, şəhərin adını daim ucaldıb. Teymur Səmədov dövlət tərəfindən elm, ədəbiyyat və incəsənət xadimlərinə göstərilən diqqət və qayğının Əvəz Mahmud Lələdağın həyat yolunda da öz əksini tapdığını vurğulayıb.

Çıxışlarda yazıçının müxtəlif illərdə “Ən yaxşı müəllim” və “Ən yaxşı məktəb” müsabiqələrinin qalibi olduğu, Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı, “Tərəqqi” medalı, Prezidentin fəxri diplomu və “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edildiyini diqqətə çatdırılıb.

Qeyd olunub ki, Əvəz Mahmud Lələdağ uzun illər müəllim kimi minlərlə şagirdin yetişməsində mühüm rol oynayıb, Azərbaycan maarifçiliyinə dəyərli töhfələr verib. onun 560-dan çox elmi-publisistik və metodik məqaləsi, eləcə də çoxsaylı kitabları ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
müəllifin əsərləri oxuculara düşündürücü mesajlar verir və cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır.

Əvəz Mahmud Lələdağ ömrünü Azərbaycan təhsilinə və milli-mənəvi dəyərlərin təbliğinə həsr edib. Müəllifin əsərləri milli düşüncə, tarix və vətən sevgisini özündə əks etdirən mühüm nümunələrdəndir. Əvəz Mahmud Lələdağ şəhərin inkişafı, mədəni-mənəvi dəyərlərinin qorunması və təbliği istiqamətində mühüm fəaliyyət göstərib. Milli birlik, vətən sevgisi və Azərbaycançılıq ideyaları geniş şəkildə təbliğ olunur.

Tədbir çərçivəsində şairin poeziyasına həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim edilib. Əvəz Mahmud Lələdağın sevilən şeirlərindən parçalar səsləndirilib, onun həyat və yaradıcılıq yolundan bəhs edən film nümayiş olunub.

Sonda çıxış edən Əvəz Mahmud Lələdağ tədbirin təşkilatçılarına, iştirakçılara və onun yaradıcılığına göstərilən diqqətə görə minnətdarlığını bildirib. O qeyd edib ki, ömrü boyu Azərbaycan təhsilinə, ədəbiyyatına və milli-mənəvi dəyərlərin təbliğinə xidmət etməyə çalışıb. Müəllif gənclərin vətənpərvərlik ruhunda yetişməsinin vacibliyini vurğulayaraq, bundan sonra da yaradıcılıq fəaliyyətini davam etdirəcəyini bildirib. Tədbir iştirakçıları yazıçıya yeni yaradıcılıq uğurları arzulayıblar.

Oxşarxəbərlər

Yaşı 65 olanların NƏZƏRİNƏ – 2030-cu ilə qədər…
CƏMİYYƏT

Yaşı 65 olanların NƏZƏRİNƏ – 2030-cu ilə qədər…

21/05/2026 20:41
53
“Putin apar-topar Çinə getdi ki…” – AÇIQLAMA
CƏMİYYƏT

“Putin apar-topar Çinə getdi ki…” – AÇIQLAMA

21/05/2026 19:54
52
Daha bir ölkəyə quru yolla gedə biləcəyik: ucuz qiymətə!
CƏMİYYƏT

Daha bir ölkəyə quru yolla gedə biləcəyik: ucuz qiymətə!

21/05/2026 19:20
54
Bu şəxslərə hər ay 100 manat veriləcək – Baş nazirdən QƏRAR
CƏMİYYƏT

Bu şəxslərə hər ay 100 manat veriləcək – Baş nazirdən QƏRAR

21/05/2026 17:59
52
Sumqayıtın bu ərazisində hərəkətə məhdudiyyət qoyulub
CƏMİYYƏT

Sumqayıtın bu ərazisində hərəkətə məhdudiyyət qoyulub

21/05/2026 17:23
52
Dünya liderləri İlham Əliyevi təbrik edir
Manşet

Dünya liderləri İlham Əliyevi təbrik edir

21/05/2026 16:46
52

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Seda Sayandan Xoşqədəmə ŞOK SÖZLƏR: “Doğuşu sənə belə vermişdik, sən isə…”

Seda Sayandan Xoşqədəmə ŞOK SÖZLƏR: “Doğuşu sənə belə vermişdik, sən isə…”

21/05/2026 21:08
51
Ankara və Tel-Əviv arasında sonuncu bağ da qırılır – ŞOK QƏRAR VERİLDİ

Ankara və Tel-Əviv arasında sonuncu bağ da qırılır – ŞOK QƏRAR VERİLDİ

21/05/2026 20:41
51
Yaşı 65 olanların NƏZƏRİNƏ – 2030-cu ilə qədər…

Yaşı 65 olanların NƏZƏRİNƏ – 2030-cu ilə qədər…

21/05/2026 20:41
53
Baş nazirliyə namizədin ailəsinin altı üzvü fəraridir – Papikyan

Baş nazirliyə namizədin ailəsinin altı üzvü fəraridir – Papikyan

21/05/2026 20:14
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycan həqiqətləri Stokholm gündəmində

Qərbi Azərbaycan həqiqətləri Stokholm gündəmində

13/05/2026 19:12
80

Rusiya geri çəkilmir: Moskva Hindistana enerji təminatına zəmanət verdi

Rusiya geri çəkilmir: Moskva Hindistana enerji təminatına zəmanət verdi

13/05/2026 11:31
62

Deportasiya planı genişlənir: ABŞ-dan göndərilən miqrantlar Dominikan Respublikasına aparılacaq

Deportasiya planı genişlənir: ABŞ-dan göndərilən miqrantlar Dominikan Respublikasına aparılacaq

13/05/2026 10:55
59

Şou-biznesdə qalmaqal məhkəməyə daşındı: Burcu Güneşdən İrem Dericiyə şok iddia

Şou-biznesdə qalmaqal məhkəməyə daşındı: Burcu Güneşdən İrem Dericiyə şok iddia

13/05/2026 10:51
63

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In