Suriyanın böyük bir şəhərində bir neçə gündür genişmiqyaslı toqquşmalar davam edir.
Gündəm24.az xəbər verir ki, Suriya Müdafiə Nazirliyinin Telegram kanalı xəbər verir ki, bir neçə gündür davam edən döyüşlərdən sonra Hələbdə atəşkəs qüvvəyə minib. Yerli vaxtla saat 03:00-da tətbiq olunan qərar, şəhərdəki gərginliyi yumşaltmaq məqsədilə verilib.
Hələbdə Suriya Ərəb Respublikası keçid hökuməti qüvvələri ilə kürd qüvvələri arasında Şeyx Məqsud və Əşrəfiyyə rayonları hərbi əməliyyat zonası elan edilməklə döyüşlər bir neçə gündür davam edir; itkilərin sayı isə hələ məlum deyil.
Sədaqət Həsənova














