Çərşənbə axşamı, May 26, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Səhər yeməyi psixoloji tarazlıq üçün vacibdir” – EKSPERT AÇIQLADI

16/10/2025 09:46
CƏMİYYƏT, Manşet, Müsahibə
46 2
“Səhər yeməyi psixoloji tarazlıq üçün vacibdir” – EKSPERT AÇIQLADI
61
Baxış sayı

“İnsanlar artıq yetkinlik yaşını keçmiş, müəyyən bir yaşdadırlar — 20-30 və ya 35-40 yaş arası. Bu insanlar həmin yaşa qədər hər zaman səhər yeməyi qəbul ediblər. Səhər yeməyini qəbul etdikdən sonra işlərinin arxasınca gediblər. Yəni, illərlə formalaşmış bir vərdişdən söhbət gedir. Əgər insanlar bu yaşdan sonra səhər yeməyini tərgidərlərsə, bədən artıq öyrəşdiyi bu qidanı qəbul etmədiyi üçün müəyyən dəyişikliklər baş verəcək”. Bu sözləri SİA-ya açıqlamasında qida eksperti İlkin Şirinov bildirib.

Onun sözlərinə görə, təbii ki, bu həm psixoloji, həm də fizioloji baxımdan özünü göstərəcək: “İnsanda yorğunluq hissi yaranacaq, insulin səviyyəsində və bədəndəki şəkər balansında dəyişiklik müşahidə ediləcək. Qlükozanın səviyyəsi də bu prosesdən təsirlənəcək. Bu məsələni daha ətraflı, təbii ki, həkimlər izah edə bilərlər.

Səhər yeməyi həm gün ərzində insanların enerjisini qorumağa, həm də iş saatlarında balanslı fəaliyyət göstərməyə kömək edir. Əgər səhər yeməyi qəbul edilməzsə, qan şəkərinin düşməsi müşahidə oluna bilər. Bu hal uşaqlarda daha qabarıq şəkildə özünü göstərir. Bildiyimiz kimi, uşaqlar səhər yeməyindən sonra məktəbə gedirlər, aktiv fəaliyyət göstərirlər. Əgər səhər yeməyi qəbul edilməzsə, bədəndə olan xolesterin balansı da poza bilər. Yaxşı və zərərli xolesterin səviyyələri arasında tarazlıq pozulduqda, bu da orqanizm üçün mənfi nəticələrə gətirib çıxarır.

Bəzən müşahidə olunur ki, insanlar yuxudan durur, lakin səhər yeməyi yemədən birbaşa siqaret çəkirlər. Təbii ki, bu zaman bədənin balansı pozulur, əsəbilik artır, psixoloji gərginlik yaranır. Bu, həm də insanın ümumi əhval-ruhiyyəsinə mənfi təsir göstərir. Deməli, səhər yeməyi təkcə yemək faktoru kimi deyil, həm də psixoloji tarazlıq üçün vacib amildir. Səhər yeməyi insanın gün ərzində gərginlik keçirməməsi, daha rahat və enerjili olması baxımından böyük əhəmiyyət daşıyır.

Məsələyə təkcə qidalanma aspektindən baxmaq düzgün olmaz. Səhər yeməyi həm bədənin, həm də beynin fəaliyyətinə birbaşa təsir edir. Bəzi tədqiqatlarda qeyd olunur ki, səhər yeməyi yeyən insanlarda ürək xəstəlikləri və qəfil ölüm riski daha az olur. Bu, tam elmi şəkildə sübut edilməsə də, müşahidə olunan bir tendensiyadır. Eyni zamanda, səhər yeməyi yeməyən insanların gün ərzində daha çox kalori qəbul etmək ehtiyacı yaranır. Yəni, gün ərzində artıq yemək halları baş verir. Əgər yorğunluq, əsəbilik və diqqət dağınıqlığı kimi hallardan qaçmaq istəyiriksə, mütləq normal şəkildə səhər yeməyi qəbul edib sonra günə başlamalıyıq. Bu, həm sağlamlıq, həm də gün ərzində səmərəli fəaliyyət baxımından vacibdir”.

Oxşarxəbərlər

İtkin düşən 36 yaşlı qadın axtarılır – Foto
CƏMİYYƏT

İtkin düşən 36 yaşlı qadın axtarılır – Foto

26/05/2026 17:36
50
Bakı səmasında yağışdan sonra QORXUNC MƏNZƏRƏ – FOTO
CƏMİYYƏT

Bakı səmasında yağışdan sonra QORXUNC MƏNZƏRƏ – FOTO

26/05/2026 17:25
52
Buraxılış imtahanının nəticələri açıqlandı – 4 nəfər 300 bal TOPLADI – ADLAR
CƏMİYYƏT

Buraxılış imtahanının nəticələri açıqlandı – 4 nəfər 300 bal TOPLADI – ADLAR

26/05/2026 17:24
52
Prezidentdən yeni TƏYİNATLAR – SİYAHI
Manşet

Prezidentdən yeni TƏYİNATLAR – SİYAHI

26/05/2026 17:04
53
Prezident sərəncam İMZALADI
Manşet

Prezident sərəncam İMZALADI

26/05/2026 17:00
52
SON DƏQİQƏ: Bu deputatların mandatı ləğv edilə bilər
CƏMİYYƏT

SON DƏQİQƏ: Bu deputatların mandatı ləğv edilə bilər

26/05/2026 16:10
52

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bu əraziyə giriş QADAĞAN EDİLDİ – İyunun 1-dən…

Bu əraziyə giriş QADAĞAN EDİLDİ – İyunun 1-dən…

26/05/2026 18:41
50
İsrail bu ölkəni BOMBALADI

İsrail bu ölkəni BOMBALADI

26/05/2026 18:25
50
İtkin düşən 36 yaşlı qadın axtarılır – Foto

İtkin düşən 36 yaşlı qadın axtarılır – Foto

26/05/2026 17:36
50
Bakı səmasında yağışdan sonra QORXUNC MƏNZƏRƏ – FOTO

Bakı səmasında yağışdan sonra QORXUNC MƏNZƏRƏ – FOTO

26/05/2026 17:25
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
ŞOK RƏQƏMLƏR: Rusiyalı diplomat son bir həftədə 50-dən çox mülki şəxsin öldüyünü açıqladı

ŞOK RƏQƏMLƏR: Rusiyalı diplomat son bir həftədə 50-dən çox mülki şəxsin öldüyünü açıqladı

26/05/2026 09:44
54

Rusiyada ailə faciəsi — Körpə də daxil olmaqla 4 uşaq yanğında həlak oldu

Rusiyada ailə faciəsi — Körpə də daxil olmaqla 4 uşaq yanğında həlak oldu

26/05/2026 09:04
60

NATO ölkəsindən sensasion açıqlama: Ukraynaya silah tədarükü “böyük səhv” adlandırıldı

NATO ölkəsindən sensasion açıqlama: Ukraynaya silah tədarükü “böyük səhv” adlandırıldı

26/05/2026 04:45
54

Moskva Tehrana dəstək verdi — Lavrovdan diqqətçəkən açıqlama

Moskva Tehrana dəstək verdi — Lavrovdan diqqətçəkən açıqlama

22/05/2026 16:45
66

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In