Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynanın Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına dron hücumundan sonra sərt açıqlama verərək, Vladimir Zelenskinin ömrünün sonuna qədər gizlənməli olacağını bildirib.
Gündəm24.az xəbər verir ki, Sergey Lavrov hücum zamanı 91 pilotsuz uçuş aparatının məhv edildiyini, itki və ziyanın olmadığını açıqlayarkən, Kreml Putinin ABŞ lideri Donald Trampla telefon danışığında bu hadisənin ABŞ–Ukrayna danışıqlarından dərhal sonra baş verdiyini vurğuladığını bildirib. Donald Tramp isə hücumdan “qəzəbli” olduğunu deyərək, bu cür addımların sülh danışıqlarına xidmət etmədiyini qeyd edib.
Sədaqət Həsənova













