Tatar, Qaraqoyunlu və Qiyaslı İcması adından Azərbaycan dövlətinə, xalqımıza, doğma kəndimizə və el-obaya sədaqətlə xidmət edən dəyərli şəxsiyyət Rəfael Piriyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirik.
Rəfael Piriyev bütün fəaliyyəti boyunca dövlətçilik dəyərlərinə sadiq, xalqın birliyini və həmrəyliyini üstün tutan, el-obanın ağrısını öz ağrısı bilən nümunəvi bir şəxsiyyət kimi tanınır. Onun əsas məqsədi hər zaman insanları bir amal ətrafında birləşdirmək, milli yaddaşı qorumaq, kəndimizin, el-obamızın adını yaşatmaq olmuşdur.
Məhz bu ali niyyətin nəticəsi olaraq, Tatar, Qaraqoyunlu və Qiyaslı İcması yaradılmış, uzun illər bir-birindən ayrı düşmüş insanlar yenidən bir araya gətirilmiş, kəndimizin tarixi, adət-ənənələri və mənəvi dəyərləri qorunaraq gələcək nəsillərə ötürülmək yoluna çıxmışdır. Bu, sadəcə bir icmanın yaranması deyil, el-obanın dirçəlişi, yaddaşın bərpası və birliyin möhkəmlənməsi deməkdir.
Onun fəaliyyəti dövlət–xalq birliyinə xidmət, sosial həmrəyliyin möhkəmləndirilməsi baxımından da yüksək qiymətə layiqdir.
Rəfael Piriyev bu gün yalnız bir icma fəalı deyil, el-obanın dayağı, ağsaqqalı, söz sahibi, gənclər üçün nümunə olan əsl türk oğludur.
Bu əlamətdar gündə Rəfael Piriyevə möhkəm cansağlığı, uzun və mənalı ömür, ailə səadəti, dövlətimizə, xalqımıza və el-obaya xidmət yolunda yeni uğurlar arzulayırıq. Uca Allah onu qorusun, yolunu açıq, niyyətini xeyirli etsin.
Doğum gününüz mübarək olsun, Rəfael müəllim!
El-obamız sizinlə qürur duyur.
Hörmətlə,
Tatar, Qaraqoyunlu və Qiyaslı İcması














