Ağ Evin mətbuat katibi Karolin Livit bildirib ki, bu, kiçik bir problemdir və təyyarə ehtiyat tədbiri olaraq geri qayıdır.
Gündəm24.az xəbər verir ki, Ağ Evin mətbuat xidmətinin məlumatına görə, ABŞ prezidenti Donald Trampı İsveçrənin Davos şəhərinə aparan təyyarə elektrik avadanlıqlarında yaranan nasazlıq səbəbindən Endryus Hərbi Hava Qüvvələri Bazasına qayıtmalı olub.
Ağ Evin mətbuat katibi Karolin Livit jurnalistlərə bildirib ki, bu, kiçik bir problemdir və təyyarə ehtiyat tədbiri olaraq geri qayıdır.
ABŞ lideri İsveçrəyə fərqli bir təyyarə ilə uçacaq.
Ağ Evin mətbuat xidmətinin məlumatına görə, təyyarənin jurnalistlər bölməsində işıqlar qısa müddətə sönüb, lakin heyət heç bir izahat verməyib.
Reuters agentliyinin verdiyi məlumata görə, təyyarə artıq Endryus Hərbi Hava Qüvvələri bazasına təhlükəsiz şəkildə eniş edib.
Sədaqət Həsənova














