Gündəm24.az xəbər verir ki, AFP xəbər agentliyinin verdiyi məlumata görə, ABŞ prezidenti Donald Trampı daşıyan təyyarə Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri bazasına eniş etdikdən sonra Sürixə yola düşüb.
Ağ Evin mətbuat xidmətinin məlumatına görə, ABŞ lideri daha kiçik bir təyyarəyə keçib. Endryus Hərbi Hava Qüvvələri Bazasına qayıtmaq qərarı təyyarənin göyərtəsindəki elektrik sistemlərində nasazlıqlar aşkar edildikdən sonra verilib.
Tramp Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etməyə hazırlaşır.
Sədaqət Həsənova














