ABŞ prezidenti Donald Tramp telefon müsahibəsində Qrenlandiyanın alınması ilə bağlı razılaşma əldə olunana qədər səkkiz Avropa ölkəsinə tarif tətbiq edib-etməyəcəyi ilə bağlı suala “Mən bunu 100 faiz edəcəyəm” cavabı ilə cavab verib.
Gündəm24.az xəbər verir ki, NBC News-a qısa telefon müsahibəsində ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanı ələ keçirmək üçün hərbi gücdən istifadə edib-etməyəcəyi ilə bağlı suala “Şərh yoxdur” cavabını verib. O həmçinin elan edib ki, ABŞ-ın Qrenlandiyanı satın alması ilə bağlı razılığa gəlinənə qədər Danimaka və yeddi Avropa ölkəsinə 10 faiz əlavə tarif tətbiq edəcək və bu qərarını 100 faiz həyata keçirəcəyini bildirib.
Tramp həmçinin Nobel Sülh Mükafatını qazana bilməməsi ilə bağlı Norveç Baş naziri Jonas Gar Store-a yazdığı məktubda fikirlərini açıqlayıb, mesajın Norveç ictimaiyyətinə açıqlandığı bildirilib. O, məktubunda ABŞ-ın sülh və milli maraqlarını nəzərə alaraq qərar verdiyini qeyd edib. Trampın yeni tarif təhdidindən təsirlənən ölkələr arasında Norveç də var və tariflərin 1 fevralda qüvvəyə minəcəyi sosial mediada paylaşılıb.
Sədaqət Həsənova














