Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer (1997–2007) İsrailin hərbi əməliyyatı başa çatdıqdan sonra Qəzza zolağına rəhbərlik edəcək beynəlxalq keçid orqanına rəhbərlik etməyi düşünür.
Gündəm24.az xəbər verir ki, “The Economist”in məlumatına görə, belə bir qurumun yaradılması ABŞ-ın dəstəyi ilə “Tony Blair Institute” (TBI) tərəfindən hazırlanan sülh planında nəzərdə tutulub. Planın detallarına əsasən, yeni beynəlxalq keçid orqanı Qəzza zolağında siyasi və inzibati idarəetməni təmin etməli, bölgədə sabitliyi və sülhü qorumaq üçün fəaliyyət göstərməlidir.
Qurumun ali siyasi və qanuni orqan kimi fəaliyyət göstərə bilməsi üçün isə BMT-nin 5 illik mandatı tələb olunur.
Əli Səfərli,
Gundem24.az













