ABŞ prezidenti həmçinin bildirib ki, Zelenski ilə bəzi razılaşmaları əvvəllər bir neçə dəfə pozulub.
Gündəm24.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bildirib ki, Vladimir Zelenski Ukraynadakı münaqişənin həlli üçün razılığa gəlməyə çalışmalıdır, çünki Ukrayna xalqı çox çətin vəziyyətdədir. Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Zelenski ilə görüşünü şərh edən Tramp, Ukrayna liderinin razılaşma istədiyini desə də, əvvəlki razılaşmaların bir neçə dəfə pozulduğunu və təhlükəsizlik sazişinin baş tutmaya biləcəyini vurğulayıb. O, həmçinin ABŞ-ın Ukrayna münaqişəsindən mənfəət əldə etməsini istəmədiyini, baxmayaraq ki, hazırda ölkəsinin bu prosesdən qazanc götürdüyünü qeyd edib.
Sədaqət Həsənova














