Cümə axşamı, İyun 11, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Türk dünyasının 8 lideri Azərbaycanda toplaşır – FOTOLAR

06/10/2025 14:09
Manşet, Siyasət
45 2
Türk dünyasının 8 lideri Azərbaycanda toplaşır – FOTOLAR
59
Baxış sayı

Bu gün və sabah Azərbaycan Türk Dövlətləri Təşkilatının (TDT) növbəti Zirvə Toplantısına ev sahibliyi edəcək.

Gündəm24.az xəbər verir ki, sayca 12-ci Zirvə Toplantısı regional sülh və təhlükəsizliyə həsr olunub.

Qeyd edək ki, liderlərin sonuncu rəsmi Zirvə Toplantısı ötən il Bişkekdə keçirilib, bu il isə liderlər Macarıstanda bir araya gəlib. Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşü zamanı birgə bəyannamə imzalanıb.

Prezident İlham Əliyevin dəvəti ilə liderlər bu dəfə Qəbələ şəhərində toplaşacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tezliklə Azərbaycanda olacağı gözlənilir. O, bu il Azərbaycana iki dəfə səfər edib. İlk səfər may ayında baş tutub və liderlər Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak ediblər. Daha sonra Pakistan Baş naziri Şahbaz Şərifin də iştirakı ilə üçtərəfli görüş baş tutub.
Ərdoğan növbəti dəfə iyul ayında İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak edib.

Bunlardan başqa Azərbaycan və Türkiyə liderləri 2025-ci ildə Ankarada, Antalyada, Kahramanmaraşda və Budapeştdə bir araya gəliblər.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə bu il ikinci dəfə Azərbaycana gələcək. O, iyul ayında Bakıda və Xankəndidə səfərdə olub. Həmin vaxt Bakıda Özbəkistan parkının təməli qoyulub, səfirliyin açılış mərasimi keçriilib. Mirziyoyev, həmçinin Xankəndidə ECO sammitinə qatılıb.

Qırğızıstan Prezidenti Sadır Japarov da bu il ECO sammitində iştirak etmək üçün Xankəndidə səfərdə olub. Səfər çərçivəsində Japarov Prezident İlham Əliyevlə birlikdə Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak ediblər.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin isə il ərzində Azərbaycana ilk səfəri baş tutacaq.

Türk Dövlətləri Təşkilatına (TDT) müşahidə üzv olan Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov il ərzində Azərbaycana ikinci dəfə səfər edəcək liderlər sırasındadır. O, iyul ayında Şuşada olub və bir sıra rəsmi tədbirlərə qatılıb.

Macarıstan Baş naziri Viktor Orban sonuncu dəfə keçən il Azərbaycanda səfərdə olub. Bu ilin may ayında isə Budapeştdə Azərbaycan və Macarıstan liderləri görüşlər keçiriblər.

Şimali Kipr Prezidenti Ersin Tatar iki həftə sonra ölkəsində keçirilən seçkilərdə namizəd kimi iştirak etsə də, onun da toplantıya qatılacağı təsdiqlənib.

Beləliklə, 8 ölkənin lideri Qəbələdə toplaşaraq regional mövzuları və Türk Dövlətləri Təşkilatının (TDT) gücləndirilməsini müzakirə edəcəklər.

1467219

Oxşarxəbərlər

Qırxbulaq mahalı – Qərbi Azərbaycanın tarixi və zəngin yurdlarından biri
Manşet

Qırxbulaq mahalı – Qərbi Azərbaycanın tarixi və zəngin yurdlarından biri

11/06/2026 11:30
64
Prezident İMZALADI – Bu institut LƏĞV EDİLİR
Manşet

Prezident İMZALADI – Bu institut LƏĞV EDİLİR

10/06/2026 20:31
58
İlham Əliyev bu qurumla bağlı FƏRMAN İMZALADI
Manşet

İlham Əliyev bu qurumla bağlı FƏRMAN İMZALADI

10/06/2026 20:28
57
TƏCİLİ! Prezidentdən ÖNƏMLİ FƏRMAN
Manşet

TƏCİLİ! Prezidentdən ÖNƏMLİ FƏRMAN

10/06/2026 20:01
56
Tarixin yaddaşında yaşayan mahal: Sürməlinin əsrlərə uzanan hekayəsi
Manşet

Tarixin yaddaşında yaşayan mahal: Sürməlinin əsrlərə uzanan hekayəsi

10/06/2026 11:42
70
Prezident mühüm Fərman İMZALADI: Sentyabrın 1-dən qüvvəyə minir
Manşet

Prezident mühüm Fərman İMZALADI: Sentyabrın 1-dən qüvvəyə minir

09/06/2026 19:56
54

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Azərbaycan və İran Araz çayı ilə bağlı razılaşdı

Azərbaycan və İran Araz çayı ilə bağlı razılaşdı

11/06/2026 13:15
50
Bakıda 25 mərtəbəli binada lift “özəlləşdirildi”: 2-3 nəfər evinə çıxa bilir – VİDEO

Bakıda 25 mərtəbəli binada lift “özəlləşdirildi”: 2-3 nəfər evinə çıxa bilir – VİDEO

11/06/2026 12:57
50
Aparıcı Şəbnəm anasından danışıb ağladı – VİDEO

Aparıcı Şəbnəm anasından danışıb ağladı – VİDEO

11/06/2026 12:37
53
“Arzum”un vəsatəti təmin edilmədi

“Arzum”un vəsatəti təmin edilmədi

11/06/2026 12:25
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qırxbulaq mahalı – Qərbi Azərbaycanın tarixi və zəngin yurdlarından biri

Qırxbulaq mahalı – Qərbi Azərbaycanın tarixi və zəngin yurdlarından biri

11/06/2026 11:30
64

Tarixin yaddaşında yaşayan mahal: Sürməlinin əsrlərə uzanan hekayəsi

Tarixin yaddaşında yaşayan mahal: Sürməlinin əsrlərə uzanan hekayəsi

10/06/2026 11:42
70

Əsrlərin Ardınca Gələn Həqiqət: Qərbi Azərbaycanın Tarixi Yenidən Gündəmdə

Əsrlərin Ardınca Gələn Həqiqət: Qərbi Azərbaycanın Tarixi Yenidən Gündəmdə

09/06/2026 15:19
57

İrəvanın Unudulan Keçmişi: Arxivlərdən Çıxan Maraqlı Faktlar

İrəvanın Unudulan Keçmişi: Arxivlərdən Çıxan Maraqlı Faktlar

08/06/2026 12:02
54

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In