Türkiyə teatrının mahir aktyoru Koray Ergün 68 yaşında vəfat edib.
Gündəm24.az xəbər verir ki, Türkiyə kinosu və teatrının ustad simalarından biri olan Koray Ergün 68 yaşında dünyasını dəyişib. Ötən il ona beyin şişi diaqnozu qoyulmuş, fevral ayında 5 saatlıq mikrocərrahi əməliyyatla şiş çıxarılsa da, sənətçinin həyatını xilas etmək mümkün olmayıb. Ailəsi və övladları kədərli xəbəri sosial şəbəkələrdə paylaşaraq “Atamızın itkisinə görə dərin kədər içindəyik, rahat yatsın” sözləri ilə elan ediblər.
Koray Ergün ötən ilin fevralında sağ əlində yaranan zəiflikdən sonra xəstəxanaya müraciət etmiş, MRT və KT müayinələri nəticəsində beynində 3 santimetrlik şiş aşkarlanmışdı. Ankara İncəsənət Teatrı və Ekin Teatrı da daxil olmaqla bir çox məşhur səhnələrdə çıxış edən sənətçi xəstəliyi səbəbindən “Vətənin taleyi” tamaşasından uzaqlaşmışdı. Əməliyyatdan sonra bir müddət yaxşılaşsa da, səhhəti sonradan yenidən ağırlaşıb.
Sədaqət Həsənova














