Dezinformasiya ilə Mübarizə Mərkəzi “ABŞ İrana hücum edərsə, Türkiyə İrana hücum etməyi planlaşdırır” iddiaları ilə bağlı xəbərdarlıq edib.
Gündəm24.az Sputnik Türkiye-ye istinadən xəbər verir ki, Türkiyənin Prezident Aparatının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) bəzi media orqanlarında yayılan “ABŞ İrana hücum edərsə, Türkiyə təhlükəsizlik səbəbləri ilə İran ərazisinə hücum edəcək” iddialarını dezinformasiya adlandırıb.
DMM-in NSosyal hesabında yayımlanan açıqlamada qeyd olunub ki, qonşu ölkələrin ərazi bütövlüyünə və suverenliyinə həmişə hörmətlə yanaşan dövlətimiz sərhəd təhlükəsizliyini 24/7 təmin etmək üçün lazımi tədbirləri görür. İctimaiyyətin təsdiqlənməmiş iddialara inanmaması və rəsmi qurumların açıqlamalarını nəzərə alması vacibdir.
Sədaqət Həsənova
© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.