Prezident Administrasiyasının Kommunikasiya direktoru Burhanəddin Duran, Nusaybin-Kamışlı sərhəd xəttinin Suriya tərəfində YPG tərəfdarlarının Türkiyə bayrağına hücumunu şiddətlə qınadı.
Gündəm24.az xəbər verir ki, Prezidentin Kommunikasiya Direktoru Burhanəddin Duran Nusaybin–Kamışlı sərhəd xəttində Türkiyə bayrağına edilən hücuma sərt reaksiya verib. Duran bildirib ki, bu hücumla “terrorsuz bir Türkiyə” məqsədinə sabotaj etməyə çalışan qaranlıq qüvvələrin yenidən aktivləşdiyi açıq şəkildə görünür. Onun sözlərinə görə, bu xain cəhdin günahkarları və onların arxasında dayanan strukturlar qanunun aliliyi çərçivəsində müəyyən ediləcək, bütün məhkəmə və inzibati prosedurlar gecikmədən həyata keçiriləcək və heç bir hücum və ya təxribat cəzasız qalmayacaq.
Duran sosial media hesabında paylaşdığı açıqlamada qeyd edib ki, Nusaybin–Kamışlı sərhəd xəttinin Suriya tərəfində YPG tərəfdarlarının şanlı Türkiyə bayrağına qarşı xaincəsinə hücumu millətin dincliyini pozmağa və terrorla mübarizə çərçivəsində atılan addımları hədəf almağa yönəlmiş açıq-aşkar təxribatdır. O vurğulayıb ki, bu cür hərəkətləri planlaşdıran və həyata keçirənlər bilməlidirlər: Türkiyə Respublikasının təhlükəsizliyinə qarşı hər bir təhdidə və müqəddəs dəyərlərə qarşı hər bir alçaqlığa ən qətiyyətli cavab veriləcək.
Kommunikasiya Direktoru əlavə edib ki, bu hücum terrorsuz Türkiyə məqsədinə qarşı yönəlmiş sabotaj cəhdlərinin yenidən gündəmə gətirildiyini göstərir. Onun sözlərinə görə, bu cəhdlər nə dövlətin əzmini zəiflədəcək, nə də millətin birlik və həmrəyliyinə zərər verəcək. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən dərhal araşdırma başlanılıb və bu xain cəhdin arxasında duran bütün şəxslər və strukturlar hüquq çərçivəsində cavab verəcək.
Sədaqət Həsənova














