Bazar ertəsi, Oktyabr 12, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Türkiyənin Sabiq Səfirindən Şok Xəbərdarlıq: “Səsinizi Kəsib Oturun!”

04/10/2026 18:49
Manşet
840 8
Türkiyənin Sabiq Səfirindən Şok Xəbərdarlıq: “Səsinizi Kəsib Oturun!”
702
Paylaşım sayı
975
Baxış sayı

Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç son günlər Azərbaycana və Prezident İlham Əliyevə qarşı səsləndirilən fikirlərə sərt münasibət bildirib.

Gündəm24.az xəbər verir ki, keçmiş səfir bu barədə sosial şəbəkə hesabında geniş paylaşım edib.

“KİMƏ XİDMƏT EDİRSİNİZ?” başlığı ilə paylaşım edən H.Kılıç Azərbaycana və Prezident İlham Əliyevə qarşı “məsuliyyətsiz, haqsız və şüursuz hücumları” qətiyyətlə pislədiyini bildirib.

O qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında soyuqluq yaratmağa çalışanların əslində kimə xidmət etdikləri barədə düşünmək lazımdır:

“Əvvəlcə bunu unutmayın: Azərbaycan müstəqil və suveren dövlətdir. Azərbaycanın daxili işlərinə və xarici siyasətinə qarışmaq heç kimin haqqı deyil və həddinə də deyil. Bəyənərsiniz, bəyənməzsiniz, səsinizi kəsib oturun. Biz bir ailəyik. Azərbaycana edilən hücum ailəyə edilən hücumdur”.

Keçmiş səfir Azərbaycanın Türkiyəyə verdiyi dəstəyi də xatırladıb. Onun sözlərinə görə, Azərbaycanın Türkiyədəki böyük investisiyaları milyonlarla Türkiyə vətəndaşı üçün məşğulluq imkanları yaradıb. O, həmçinin Türkiyədə baş verən yanğın və təbii fəlakətlər zamanı Azərbaycanın ilk köməyə gələn və son gedən ölkələrdən biri olduğunu vurğulayıb.

H.Kılıç 6 fevral zəlzələlərindən sonra Azərbaycanın Türkiyəyə göstərdiyi yardımı xüsusi qeyd edib, Kahramanmaraşda yüzlərlə mənzil və iş yerinin tikildiyini xatırladıb.

Diplomat Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının inkişafı və güclənməsi istiqamətində fəaliyyətinə də toxunub. Bildirib ki, 3 oktyabr 2009-cu ildə keçirilən Naxçıvan Zirvə görüşünə ev sahibliyi edən Azərbaycan Türk Şurasının yaradılmasında mühüm rol oynayıb:

“Həmin dövrdə Bakıda səfir olduğum üçün cənab Əliyevin xidmətlərini və səylərini şəxsən görmüşəm”.

Hulusi Kılıç Şimali Kipr Türk Respublikası ilə bağlı Azərbaycanın mövqeyini də xatırladıb. Onun sözlərinə görə, Prezident İlham Əliyev ŞKTR-in beynəlxalq mövqeyinin gücləndirilməsi üçün mühüm addımlar atıb, sabiq ŞKTR Prezidenti Ersin Tatar Azərbaycana səfəri zamanı prezident protokolu ilə qarşılanıb. Azərbaycan və ŞKTR parlamentləri arasında dostluq qrupu yaradılıb.

Keçmiş səfir Azərbaycanın İsraillə münasibətlərinə yönələn tənqidlərə də münasibət bildirib. O qeyd edib ki, Azərbaycan–İsrail əlaqələri siyasi və strateji əməkdaşlığa əsaslanır. H.Kılıç İsrailin İkinci Qarabağ müharibəsi dövründə Azərbaycana müasir silahlar verdiyini, ABŞ və Avropada Azərbaycana dəstək göstərdiyini bildirib.

Bununla yanaşı, diplomat Azərbaycanın Fələstin məsələsində mövqeyini də xatırladıb. O bildirib ki, Azərbaycan 1992-ci ildə Fələstin dövlətini tanıyıb, 2011-ci ildə Mahmud Abbasın iştirakı ilə Bakıda Fələstin səfirliyi açılıb və səfirliyin xərcləri Azərbaycan hökuməti tərəfindən qarşılanır.

H.Kılıç qeyd edib ki, Azərbaycan paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləyir. 2023-cü ildə Ramallahda Azərbaycanın nümayəndəliyi açılıb. Azərbaycan Qəzza ilə bağlı BMT-də keçirilən səsvermələrdə Fələstinin lehinə səs verib, Qəzzaya humanitar yardım göstərib və 14 qəzzalı tələbənin təhsil almaq üçün Azərbaycana gətirilməsinə şərait yaradıb.

Keçmiş səfir diqqəti daha bir məqama çəkib:

“Hər kəs bunu bilməlidir: Azərbaycan torpaqlarının işğal altında olduğu 30 illik dövrdə Fələstin dövləti hər zaman Ermənistanın yanında olub”.

Hulusi Kılıç paylaşımının sonunda Türkiyə ictimaiyyətinə çağırış edib:

“Hər kəs ağlını başına toplasın və məsuliyyətini bilsin. Ağaca baxarkən meşəni görməməzliyə vurmasın. Heç kim bizi sevməyənlərin dəyirmanına su tökməsin. Müstəqil və suveren can Azərbaycanın daxili işlərinə və başqa ölkələrlə qurduğu münasibətlərə qarışmaq heç kimin haqqı və həddi deyil”.

O, azərbaycanlılara da müraciət edərək Türkiyə–Azərbaycan qardaşlığına zərər vurmağa çalışan şəxslərin fikirlərinə görə münasibətləri bütövlükdə qiymətləndirməməyə çağırıb.\bakupost

Oxşarxəbərlər

Bu Avtomobilləri İdarə Edənlərə ŞAD XƏBƏR: Bəxtiniz Gətirdi!
Manşet

Bu Avtomobilləri İdarə Edənlərə ŞAD XƏBƏR: Bəxtiniz Gətirdi!

11/10/2026 15:42
975
Putin Təzyiq Altındadır: Ən Güclü KOZİRİNİ İşə Saldı — Yakovina
Manşet

Putin Təzyiq Altındadır: Ən Güclü KOZİRİNİ İşə Saldı — Yakovina

11/10/2026 12:29
982
Beyləqanda İNANILMAZ FACİƏ: Qəzadan Sağ Çıxdı, TOK VURUB ÖLDÜRDÜ
Manşet

Beyləqanda İNANILMAZ FACİƏ: Qəzadan Sağ Çıxdı, TOK VURUB ÖLDÜRDÜ

11/10/2026 11:45
974
Pensiya, Təqaüd və Sosial Yardımlar BU TARİXDƏ Ödəniləcək
Manşet

Pensiya, Təqaüd və Sosial Yardımlar BU TARİXDƏ Ödəniləcək

11/10/2026 11:30
979
Azərbaycanda  Müğənni Əməliyyatdan Sonra VƏFAT ETDİ-FOTO
Manşet

Azərbaycanda Müğənni Əməliyyatdan Sonra VƏFAT ETDİ-FOTO

11/10/2026 10:40
990
Deputatdan hicab AÇIQLAMASI:”Sənəddə konkret qadağa nəzərdə tutulmayıb”
Manşet

Deputatdan hicab AÇIQLAMASI:”Sənəddə konkret qadağa nəzərdə tutulmayıb”

11/10/2026 09:10
996

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bu Avtomobilləri İdarə Edənlərə ŞAD XƏBƏR: Bəxtiniz Gətirdi!

Bu Avtomobilləri İdarə Edənlərə ŞAD XƏBƏR: Bəxtiniz Gətirdi!

11/10/2026 15:42
975
Paltaryuyanın Qapağını Açıq Saxlayanlara XƏBƏRDARLIQ

Paltaryuyanın Qapağını Açıq Saxlayanlara XƏBƏRDARLIQ

11/10/2026 15:03
970
Putin Təzyiq Altındadır: Ən Güclü KOZİRİNİ İşə Saldı — Yakovina

Putin Təzyiq Altındadır: Ən Güclü KOZİRİNİ İşə Saldı — Yakovina

11/10/2026 12:29
982
Beyləqanda İNANILMAZ FACİƏ: Qəzadan Sağ Çıxdı, TOK VURUB ÖLDÜRDÜ

Beyləqanda İNANILMAZ FACİƏ: Qəzadan Sağ Çıxdı, TOK VURUB ÖLDÜRDÜ

11/10/2026 11:45
974

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Cənubi Koreya Ukraynadakı səfirini geri çağırdı

Cənubi Koreya Ukraynadakı səfirini geri çağırdı

10/10/2026 08:47
988

PAŞİNYAN BAKIYA GƏLƏCƏK?-politoloqdan SON DƏQİQƏ açıqlaması

PAŞİNYAN BAKIYA GƏLƏCƏK?-politoloqdan SON DƏQİQƏ açıqlaması

09/10/2026 17:35
991

Qərbi Azərbaycan: Xoşkotan kəndi

Qərbi Azərbaycan: Xoşkotan kəndi

09/10/2026 08:25
982

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

08/10/2026 15:25
974

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.