Stiv Vitkov qeyd edib ki, Moskvadakı görüşdən sonra Ukraynadakı vəziyyətin tənzimlənməsi ilə bağlı Əbu-Dabidə işçi qrupu səviyyəsində təmaslar baş tutacaq.
Gündəm24.az xəbər verir ki, TASS agentliyinin məlumatına görə, ABŞ liderinin xüsusi nümayəndəsi Vitkov nikbinliyini nümayiş etdirib, əldə olunan irəliləyişlər və qarşıdan gələn səfərlər barədə açıqlama verib.ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Vitkov Davosda Ukrayna münaqişəsinin həlli üzrə nikbin olduğunu bildirib və tərəflərin artıq böyük irəliləyiş əldə etdiyini qeyd edib. Hazırda müzakirələr yalnız bir məsələ ətrafında fokuslanıb və Vitkov prosesin yaxın zamanda həll oluna biləcəyini vurğulayıb.
O əlavə edib ki, Ukraynada tarifsiz zonanın yaradılması ölkə iqtisadiyyatına mühüm dəstək verə bilər və sənayenin bu sahəyə keçidi izlənəcək.
Moskvadakı görüşdən sonra ABŞ nümayəndə heyəti Əbu-Dabiyə səfər edərək işçi qrupları səviyyəsində hərbi və iqtisadi məsələləri müzakirə edəcək.
Sədaqət Həsənova














