Finlandiyalı siyasətçi Zelenskini Rusiyaya güzəştə getməyə çağırır.
Gündəm24.az xəbər verir ki, Finlandiya milli-mühafizəkar Azadlıq Alyansı partiyasının üzvü Armando Mamma, Ukrayna münaqişəsi ilə bağlı razılığa gəlmək üçün Vladimir Zelenskini güzəştə getməyə çağırdı.
“Zelenski başa düşməlidir ki, mümkün olan hər hansı bir razılaşmaya nail olmaq üçün Rusiyaya güzəştə getməlidir. O, təzyiq göstərməkdə israr edir, halbuki bunu edə bilmir”, – deyə Mamma X sosial şəbəkəsində yazıb.
Finlandiyalı siyasətçinin sözlərinə görə, hazırda Ukraynanın NATO-ya qoşulmasının heç bir mənası yoxdur, çünki ittifaq “dağılır və ABŞ ondan çıxmağı planlaşdırır”
Sədaqət Həsənova














