Çərşənbə, Oktyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Xəstəni qəbul etmək üçün 3696 manat istədilər” – Şabran sakini şikayətçidir

01/09/2026 21:00
Hadisə, Manşet
827 8
“Xəstəni qəbul etmək üçün 3696 manat istədilər” – Şabran sakini şikayətçidir
691
Paylaşım sayı
960
Baxış sayı

Şabran rayon sakini Əfqan Bəhmən oğlu Süleymanzadə həyat yoldaşı, iki uşaq anası Anastasiya Vasilyevna Zaxaryukun ölümünün hərtərəfli araşdırılmasını tələb edir.

Şikayətçi bildirir ki, həyat yoldaşının ölümündə Şabranın mərkəzi xəstəxanasının rəhbər şəxsləri məsuliyyət daşıyır. Əfqan Süleymanzadənin sözlərinə görə, ötən ilin aprelində həyat yoldaşı Anastasiya Zaxaryuk rayonun mərkəzi xəstəxanasına aparılıb. Lakin ona vaxtında və lazımi tibbi yardım göstərilməyib, reanimasiya şöbəsinə qəbul edilməyib. Daha sonra xəstə Bakı istiqamətində aparılarkən təcili yardım avtomobilində həyatını itirib.

Şikayətçi bildirir ki, 2025-ci ilin aprelindən indiyədək hadisənin məsul şəxslərinin kimliyi rəsmi şəkildə müəyyən edilməyib.

Məsələ ilə bağlı baş prokurora da müraciət etdiyini bildirən Ə.Süleymanzadə hüquq-mühafizə orqanlarından hadisənin obyektiv araşdırılmasını və təqsirli şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edir.

Şikayətçi həmçinin ölüm vaxtı ilə bağlı müxtəlif rəsmi sənədlərdə ziddiyyətlərin olduğunu bildirir və ölüm faktı üzrə cinayət işinin başlanılmasını istəyir. O, hadisənin hərtərəfli araşdırılması üçün dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etdiyini qeyd edir. Əfqan Süleymanzadənin sözlərinə görə, həyat yoldaşı Anastasiya Zaxaryuk 18 aprel 2025-ci ildə səhhətində yaranan problemlə əlaqədar əvvəlcə özəl klinikaya, daha sonra isə rayonun mərkəzi xəstəxanasına aparılıb.

Müayinələrdən sonra həkim xəstənin ağciyərlərində maye toplandığını bildirib və onun təcili şəkildə reanimasiya şöbəsinə yerləşdirilərək süni tənəffüs aparatına qoşulmasını tövsiyə edib.
Buna baxmayaraq, həyat yoldaşının reanimasiya şöbəsinə qəbulunda problemlər yaranıb.

Şikayətçi qeyd edir ki, xəstənin reanimasiya şöbəsinə qəbul olunması üçün gündəlik 176 manat, 21 gün üçün isə ümumilikdə 3696 manat ödənilməli olduğu bildirilib.

Əfqan Süleymanzadənin sözlərinə görə, həmin anda əlində lazımi məbləğ olmayıb. O, əvvəlcə altı günlük müalicə haqqını – 1080 manatı ödəməyi, qalan məbləği isə sonradan verməyi təklif edib. Lakin iddiasına görə, bu təklif qəbul olunmayıb.

Əfqan Süleymanzadə ölkə rəhbərliyinə ünvanladığı məktubunda yazır: “Çarəsiz vəziyyətdə qalaraq xəstəmin Bakı şəhərinə göndərilməsini və bunun üçün göndəriş verilməsini tələb etdim. Xəstənin təxliyyəsi üçün məndən 157 manat aldılar”.

Əfqan Süleymanzadə qeyd edir ki, Giləzi istiqamətinə çatarkən təcili yardım əməkdaşlarından birindən xəstənin öldüyü baarədə eşidib.

Şikayətçi daha sonra göstərilən tibbi müdaxilələrin nəticəsiz qaldığını və həyat yoldaşının Sumqayıta aparıldığını bildirir.

Onun sözlərinə görə, Sumqayıtda ona həyat yoldaşının artıq bir neçə saat əvvəl öldüyü bildirilib.

Əfqan Süleymanzadə bildirir ki, həyat yoldaşının ölümündən təxminən 40 gün sonra Şabran Rayon Prokurorluğuna müraciət edib.

Onun sözlərinə görə, prokurorluqda ölüm faktı ilə əlaqədar cinayət işinin başlanılıb-başlanılmaması barədə məlumat almaq istəyib.

Şikayətçi deyir ki, həmin görüşdə ona hadisə barədə prokurorluğa məlumat daxil olmadığı bildirilib. Bundan sonra isə özü yazılı ərizə təqdim edib.

Şikayətçi hesab edir ki, həyat yoldaşının ölüm səbəbi kimi “kəskin respirator çatışmazlığı” göstərilsə də, onun reanimasiya şöbəsinə qəbul edilməməsi ilə ölüm arasında səbəb-nəticə əlaqəsinin olub-olmaması araşdırılmalıdır.

Ağır vəziyyətdə olan xəstə hansı əsaslarla reanimasiya şöbəsinə qəbul edilməyib? Buna səbəb nə olub və həmin gecikmənin xəstənin ölümünə təsiri olubmu?

Bu və digər suallara yalnız hərtərəfli istintaq, tibbi sənədlərin ekspertizası və müvafiq mütəxəs sis rəyləri əsasında cavab verilə bilər./musavat.com

Oxşarxəbərlər

Qızıl saxlayanlara PİS XƏBƏR
İqtisadiyyat

Qızıl saxlayanlara PİS XƏBƏR

21/10/2026 09:39
951
Sabah üç rayon və bir şəhərdə qaz olmayacaq
CƏMİYYƏT

Sabah üç rayon və bir şəhərdə qaz olmayacaq

21/10/2026 09:30
951
Hava kəskin DƏYİŞİR – Leysan, dolu, qar…
CƏMİYYƏT

Hava kəskin DƏYİŞİR – Leysan, dolu, qar…

21/10/2026 08:43
954
Şans qapıları 4 bürc üçün açılır
Manşet

Şans qapıları 4 bürc üçün açılır

21/10/2026 08:27
952
Göyçənin qədim yurdu Abdalağalı: Tarixin yaddaşında yaşayan kənd
Manşet

Göyçənin qədim yurdu Abdalağalı: Tarixin yaddaşında yaşayan kənd

21/10/2026 08:10
953
“Onlara ağsaqqal, ağbirçək demək olmur“
Manşet

“Onlara ağsaqqal, ağbirçək demək olmur“

21/10/2026 08:08
954

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Qızıl saxlayanlara PİS XƏBƏR

Qızıl saxlayanlara PİS XƏBƏR

21/10/2026 09:39
951
Sabah üç rayon və bir şəhərdə qaz olmayacaq

Sabah üç rayon və bir şəhərdə qaz olmayacaq

21/10/2026 09:30
951
Hava kəskin DƏYİŞİR – Leysan, dolu, qar…

Hava kəskin DƏYİŞİR – Leysan, dolu, qar…

21/10/2026 08:43
954
Şans qapıları 4 bürc üçün açılır

Şans qapıları 4 bürc üçün açılır

21/10/2026 08:27
952

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Göyçənin qədim yurdu Abdalağalı: Tarixin yaddaşında yaşayan kənd

Göyçənin qədim yurdu Abdalağalı: Tarixin yaddaşında yaşayan kənd

21/10/2026 08:10
953

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

20/10/2026 18:58
964

Qərbi Azərbaycanın Başköy kəndi – tarixin izlərini yaşadan yurd

Qərbi Azərbaycanın Başköy kəndi – tarixin izlərini yaşadan yurd

20/10/2026 08:20
963

QAİ Sumqayıt nümayəndəliyində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

QAİ Sumqayıt nümayəndəliyində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

19/10/2026 18:06
992

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.