Bazar ertəsi, Sentyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Zərifə xanımın humanist siması onun kimsəsiz uşaqlara olan münasibətində özünü qabarıq göstərirdi” — Zaur Şükürov YAZIR

15/04/2026 12:12
CƏMİYYƏT, Manşet
830 26
“Zərifə xanımın humanist siması onun kimsəsiz uşaqlara olan münasibətində özünü qabarıq göstərirdi” — Zaur Şükürov YAZIR
708
Paylaşım sayı
984
Baxış sayı

Milli Məclisin deputatı Zaur Şükürov YAZIR:

15 aprel – Azərbaycan elminin və səhiyyəsinin böyük siması görkəmli alim-oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anım günüdür. Zərifə xanımın fəaliyyəti təkcə onun peşə nailiyyətləri ilə deyil, həmçinin daşıdığı yüksək mənəvi dəyərlər, xalqına olan sonsuz sevgisi və yüksək humanizm prinsipləri ilə ölçülür və onun ömür yolu fədakarlığın, elmi titullardan öncə gələn insanlığın və vətənpərvərliyin ali nümunəsidir.

1942-ci ildə orta məktəbi bitirən Zərifə xanım Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirərək, həkimlik fəaliyyətinə və elmi axtarışlarına başlayır.

XX əsrin ortalarında Azərbaycanda göz xəstəlikləri, xüsusilə də ağır nəticələrə, hətta tam korluğa səbəb olan traxoma infeksiyası ciddi bir bəlaya çevrilmişdi. Bu, təkcə tibbi deyil, həm də böyük bir sosial problem idi. Zərifə xanım məhz bu çətin dövrdə oftalmologiyanı seçərək xalqının köməyinə tələsdi. 1960-1967-ci illərdə Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı vermişdir.

Traxoma ilə yanaşı Zərifə Əliyeva qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı bir sıra tədqiqat işləri aparır. Həmin tədqiqatların nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə kömək etdi. Zərifə xanım Əliyevanın müalicə metodu bütün respublikada tətbiq edilirdi. Uğurlu tədqiqatların nəticələri Z.Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur.

Zərifə xanım Əliyevanın elmi maraqları çoxşaxəli idi. O, Azərbaycanda ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdırmağa başladı. Xüsusilə kimya və elektronika sənayesinin inkişafı fonunda işçilərin göz sağlamlığının qorunması aktual bir məsələyə çevrilmişdi.

1977-ci ildə Moskvada, nüfuzlu Helmqolts adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etdiyi doktorluq dissertasiyası oftalmologiya aləmində böyük əks-səda doğurdu. O, dünyada ilk dəfə olaraq kimya sənayesində çalışan insanların görmə orqanına zərərli maddələrin təsirini elmi şəkildə əsaslandırdı.

1981-ci ildə Zərifə xanım Əliyevan oftolmologiya sahəsində misilsiz xidmətlərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüş ilk azərbaycanlı qadın alim oldu. Həmçinin 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilən Zərifə xanım, oftalmologiya sahəsində bu titulu alan ilk qadın idi. O, həm də mükəmməl bir müəllim idi. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kafedra müdiri kimi minlərlə gənc həkimin yetişməsində əvəzsiz rol oynamışdır.

 

Zərifə xanımın humanist siması onun kimsəsiz uşaqlara olan münasibətində özünü qabarıq göstərirdi. O, uşaq evlərində tərbiyə alan, valideyn himayəsindən məhrum körpələrin gözlərindəki işığı qorumaq üçün gecəsini gündüzünə qatırdı. Traxoma xəstəliyinin bu həssas qrup arasında yayılmasının qarşısını almaq üçün o, həm həkim, həm də bir ana şəfqəti ilə onlara yaxınlaşır, hər bir uşağın taleyi ilə yaxından maraqlanırdı.

Zərifə xanımın yazdığı “Yüksək etimad” kitabı bu gün də həkimlərin stolüstü kitabıdır. O, bu əsərində həkim etikası, xəstə ilə ünsiyyət və həkimin cəmiyyətdəki mənəvi obrazı haqqında dərin fəlsəfi fikirlər irəli sürmüşdür. Onun məşhur aforizmi bu gün də aktuallığını qoruyur: “Həkim insanın ən doğma adamıdır. O, insanlardan özünü ayırmamalı, özünü sevən, laqeyd insan olmamalıdır”.

Zərifə xanım Əliyevanın irsi – yazdığı 150-yə yaxın elmi əsər, 12 monoqrafiya, yetişdirdiyi şagirdlər və şəfa verdiyi minlərlə insan onu əbədiyaşar etdi. Zərifə xanım yorulmaz fəaliyyəti ilə nəinki insanlara nur bəxş edirdi, həmçinin yüksək humanist missiyası ilə cəmiyyətə işıq saçırdı.

Böyük alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır.

Allah rəhmət eləsin, ruhu şad olsun!

Oxşarxəbərlər

Araqçi Nyu-Yorka gedir
Manşet

Araqçi Nyu-Yorka gedir

21/09/2026 02:28
954
Fransa və Kanada enerji cəbhəsində birləşir
Manşet

Fransa və Kanada enerji cəbhəsində birləşir

21/09/2026 02:26
957
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Manşet

“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi

21/09/2026 02:24
961
Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”
Manşet

Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”

21/09/2026 00:31
957
İndicə Trampla danışdım: çox vacib söhbət oldu – Zelenski
Manşet

İndicə Trampla danışdım: çox vacib söhbət oldu – Zelenski

21/09/2026 00:29
955
Cahangir Əsgərovun qızları Londonda 6 milyona mənzil aldı-FOTO
Manşet

Cahangir Əsgərovun qızları Londonda 6 milyona mənzil aldı-FOTO

21/09/2026 00:27
957

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Araqçi Nyu-Yorka gedir

Araqçi Nyu-Yorka gedir

21/09/2026 02:28
954
Fransa və Kanada enerji cəbhəsində birləşir

Fransa və Kanada enerji cəbhəsində birləşir

21/09/2026 02:26
957
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi

“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi

21/09/2026 02:24
961
Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”

Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”

21/09/2026 00:31
957

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
960

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
962

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

16/09/2026 07:29
963

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.