Mariya Zaxarova bildirib ki, zərbələr məhz mülki əhaliyə və sosial obyektlərə qarşı həyata keçirilir.
Mariya Zaxarova bildirib ki, zərbələr məhz mülki əhaliyə və sosial obyektlərə qarşı həyata keçirilir.
Gündəm24.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenski mülki əhaliyə qarşı hücumlarla sülh danışıqlarını bilərəkdən pozmağa çalışır. Zaxarova Sputnik radiosuna açıqlamasında vurğulayıb ki, bu hücumlar hərbi ehtiyacdan irəli gəlmir və sosial obyektlərə yönəlmişdir, yəni sadəcə zərbə deyil, terror aktıdır. Diplomat əlavə edib ki, bu davranışın məqsədi sülh prosesində irəliləyişi dayandırmaqdır və danışıqlarda hər hansı bir təşəbbüs belə cavab tədbirini doğurur.
Sədaqət Həsənova
© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.