Cümə, Oktyabr 9, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Toyunda Əri Öldürüldü, özü dağlara qaçdı – Reyhana həsr olunduğu düşünülən mahnı haqqında bilinməyənlər

07/08/2026 20:18
Maraqlı
824 16
Toyunda Əri Öldürüldü, özü dağlara qaçdı – Reyhana həsr olunduğu düşünülən mahnı haqqında bilinməyənlər
696
Paylaşım sayı
966
Baxış sayı

Azərbaycan musiqisində elə əsərlər var ki, illər keçsə də, dəyərini itirmir. Onlar nəinki bir dövrün simvoluna çevrilir, hətta nəsildən-nəslə ötürülərək xalqın yaddaşında yaşayır.

 

Gündəm24.az bildirir ki, Lent.az-ın yeni “Mahnıların tarixçəsi” rubrikasında bu dəfə haqqında bəhs edəcəyi “Dağlar qızı Reyhan” da məhz belə mahnılardandır.

 

Tələt Eyyubovun şeiri, Fikrət Əmirovun bəstəsi

 

Mahnının tarixçəsinə nəzər saldıqda məlum olur ki, bu əsərin yaranması bir neçə mərhələdən keçib. 1950-ci illərin sonlarında şair Tələt Eyyubov “Dağlar qızı Reyhan” şeirini yazıb. Dağ qızının saflığını, gözəlliyini, məğrurluğunu və Azərbaycan təbiətinin gözəlliklərini tərənnüm edən bu şeir qısa müddətdə ədəbi mühitdə maraq doğurub.

 

Şeirin yazılmasından çox keçmir ki, o, görkəmli bəstəkar Fikrət Əmirovun diqqətini çəkir. O, 1959-cu ildə şeirə musiqi bəstələyir. Həmin dövrdə Azərbaycan musiqisində milli ruhu müasir üslubla birləşdirən əsərlər az idi və “Dağlar qızı Reyhan” qısa zamanda bu boşluğu dolduran mahnılardan birinə çevrilir.

 

Ancaq maraqlıdır ki, Fikrət Əmirovun əsərləri ilə bağlı bəzi kataloqlarda və sonrakı araşdırmalarda söz müəllifi “bir versiyaya görə Tələt Eyyubov” kimi qeyd olunur. Yəni musiqinin müəllifi barədə heç bir mübahisə olmasa da, sözlərin müəllifliyi ilə bağlı illərdir müxtəlif fikirlər mövcuddur.

 

Rəşid Behbudovla başlayan tarixçə

 

Mahnını 1960-cı ildə ilk dəfə böyük səhnədə Rəşid Behbudov ifa edir. Onun gur və özünəməxsus səsi mahnıya xüsusi rəng qatır. Radio dalğalarında tez-tez səslənən nəğmə qısa müddətdə dinləyicilərin sevimlisinə çevrilir və Azərbaycanın hüdudlarını aşaraq keçmiş Sovet İttifaqının müxtəlif respublikalarında da tanınmağa başlayır.

 

Bir neçə il sonra Flora Kərimova bu əsəri repertuarına daxil edən ilk qadın ifaçı olur. Ardınca Zeynəb Xanlarova mahnını özünəməxsus üslubda təqdim edir və bu ifa illər keçsə də, ən çox dinlənilən versiyalardan biri kimi yadda qalır. Sonralar onlarca müğənni bu mahnını oxusa da, dinləyicilər üçün ən yaddaqalan ifalar məhz bu sənətçilərə məxsus olur.

 

Toyu yasa çevirilən Reyhan

 

Mahnının yaranması ilə bağlı ən məşhur rəvayət bizi 1918-ci ilin qanlı hadisələrinə aparır. Deyilənə görə, Quba bölgəsində keçirilən toy məclislərindən birinə silahlı daşnak dəstələri hücum edir. Hücum zamanı bəy öldürülür, gəlin Reyhan isə dağlara qaçaraq canını qurtara bilir. Lakin o, bununla kifayətlənmir.

 

Rəvayətə görə, Reyhan ətrafına silahlı insanlar toplayır, öz dəstəsini yaradır və bölgədə daşnaklara qarşı mübarizə aparmağa başlayır. Onun cəsarəti haqqında söz-söhbətlər qısa müddətdə bütün ətrafa yayılır. Lakin Reyhan sonradan sovet hakimiyyəti tərəfindən həbs olunur. Hətta güllələnməli olduğu deyilsə də, son anda xilas edilir və başqa ad altında ömrünün sonunadək gizli yaşayır.

 

Dağlar qızı Reyhandan Ronald Reyqana

 

1989-cu ildə Zeynəb Xanlarova ABŞ-da konsert proqramı ilə çıxış edərkən “Dağlar qızı Reyhan”ı da ifa edib. Maraqlısı odur ki, tamaşaçıların bir hissəsi mahnıda təkrarlanan “Reyhan” sözünü o dövrün ABŞ prezidenti Ronald Reyqanın soyadı – “Reagan” kimi eşidib. Hətta mahnının ona həsr olunduğunu düşünənlər də olub. Sonradan əsərin Azərbaycan mahnısı olduğu izah edilib.

 

Rəvayətdən filmə

 

Mahnının populyarlığı təkcə Azərbaycanla məhdudlaşmayıb. 1960-cı illərin sonlarında Türkiyədə “Reyhan – Dağlar Kızı” adlı film çəkilib və mahnı filmdə də səsləndirilib. Bu ekran işi sayəsində mahnı Türkiyədə də tanınıb. Mənbələrdə filmin çəkildiyi il kimi həm 1968, həm də 1969 göstərilir.

 

Mahnı ilə başlayan ömürlər

 

“Dağlar qızı Reyhan” haqqında danışılan maraqlı məqamlardan biri də bu əsərin bir insanın taleyinə təsir göstərməsi ilə bağlıdır. Geoloq Reyhan Reynaldi öz xatirələrində maraqlı bir faktı bölüşür. Onun sözlərinə görə, ailəsi əvvəlcə ona başqa ad verməyi planlaşdırsa da, atası Tələt Eyyubovun “Dağlar qızı Reyhan” şeirini çox sevdiyi üçün fikrini dəyişir və qızına Reyhan adını qoyur. Beləliklə, o, adını məşhur şeirdən alan uşaqlardan birinə çevrilir.

 

Reyhan Reynaldi yazır ki, böyüdükcə adı ilə mahnı arasında əlaqə daha da güclənib. Harada özünü təqdim edirdisə, insanlar ilk olaraq “Dağlar qızı Reyhan” mahnısını xatırlayırdılar. Onun sözlərinə görə, bu əsər uşaqlıqdan həyatının ayrılmaz hissəsinə çevrilmişdi. Hətta o dönəmlərdə çoxu övladına məhz Reyna adı verirmiş.

 

Mahnı bu gün də sevilərək dinlənilir və bir çox müğənni oxuyur.

Oxşarxəbərlər

Uzun müddətdir gözlənilən FÜRSƏT: Bu şəxslərin qazancı ARTA BİLƏR
Manşet

Uzun müddətdir gözlənilən FÜRSƏT: Bu şəxslərin qazancı ARTA BİLƏR

09/10/2026 15:00
956
Qarşıdakı aylarda həyatı dəyişəcək 4 bürc
Manşet

Qarşıdakı aylarda həyatı dəyişəcək 4 bürc

09/10/2026 00:20
961
Günün qoroskopu: 8 Oktyabr — Qeyri-adi addımlar atın
Gündəm

Günün qoroskopu: 8 Oktyabr — Qeyri-adi addımlar atın

08/10/2026 01:59
996
Evdən çıxarkən hər dəfə nələri etmək lazımdır?
Manşet

Evdən çıxarkən hər dəfə nələri etmək lazımdır?

08/10/2026 00:12
957
Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək
Manşet

Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək

07/10/2026 20:22
955
Keçmiş sevgilisini heç vaxt unutmayan 5 bürc
Manşet

Keçmiş sevgilisini heç vaxt unutmayan 5 bürc

07/10/2026 18:30
954

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Məktəblərdə MÜƏLLİM VƏ ŞAGİRD GEYİMİNƏ XÜSUSİ NƏZARƏT — Yoxlamalar başladı

Məktəblərdə MÜƏLLİM VƏ ŞAGİRD GEYİMİNƏ XÜSUSİ NƏZARƏT — Yoxlamalar başladı

09/10/2026 16:48
966
Mina qurbanlarına xüsusi status və yardım verilə bilər

Mina qurbanlarına xüsusi status və yardım verilə bilər

09/10/2026 15:29
953
Uzun müddətdir gözlənilən FÜRSƏT: Bu şəxslərin qazancı ARTA BİLƏR

Uzun müddətdir gözlənilən FÜRSƏT: Bu şəxslərin qazancı ARTA BİLƏR

09/10/2026 15:00
956
Bu şayiə erməniləri təşvişə saldı

Bu şayiə erməniləri təşvişə saldı

09/10/2026 14:51
964

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycan: Xoşkotan kəndi

Qərbi Azərbaycan: Xoşkotan kəndi

09/10/2026 08:25
961

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

08/10/2026 15:25
961

Kiyev və Moskva danışıqlar masasına oturur? — Politoloqdan XƏBƏRDARLIQ

Kiyev və Moskva danışıqlar masasına oturur? — Politoloqdan XƏBƏRDARLIQ

08/10/2026 14:58
980

Xarkovda ŞOK əməliyyat: Kolumbiyalı muzdlular hədəfə alındı

Xarkovda ŞOK əməliyyat: Kolumbiyalı muzdlular hədəfə alındı

08/10/2026 09:25
961

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.