Bazar, Fevral 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Güneydən Bakıya 183 nəfərlik etiraz – Sayman Aruz iddialara cavab verdi

05/12/2025 11:30
Mədəniyyət
79 6
Güneydən Bakıya 183 nəfərlik etiraz – Sayman Aruz iddialara cavab verdi
107
Baxış sayı

Güney Azərbaycan ədəbiyyatı adından 183 nəfərin imza toplayaraq Azərbaycan Yazıçılar Birliyinin (AYB) Güney Azərbaycan şöbəsinin müdiri, yazıçı Sayman Aruzun onları təmsil etməməli olduğunu deməsi böyük müzakirələr yaradıb.

Bəyanatda qeyd olunur ki, Sayman Aruzun “Güney Azərbaycan şöbəsi” adı ilə həyata keçirdiyi fəaliyyət ədəbi birliyin inkişafına xidmət etmir, əksinə, qurumu şəxsi təsir dairəsinə yönəlmiş məhdudlaşdırıcı struktura çevirir.

Gündəm24.az   Globalinfo.az-a istinadən bildirir ki, bununla bağlı Sayman Aruzla əlaqə yaradıb.

O bildirib ki, bəyanatda yer alan “Güney Azərbaycanın tanınmış yazarları” ifadəsi düzgün deyil:

“Güney Azərbaycanın tanınmış yazarları tamam başqa insanlardır. Orada göstərilən 183 imzanın 160-170 nəfəri cəmiyyətə tanış deyil. Onların kimliyi bilinmir. Aralarında 5-6 nəfərin fəaliyyəti cəmiyyət tərəfindən tanınır. Həmin şəxslər dəfələrlə İranın dini liderinə (Ayətullah Əli Xamenei) şeirlər yazaraq mükafat alan, zaman-zaman öndə gedən ədəbi xadimlərimizə hücumlar təşkil edən adamlardır. Təəssüf ki, İranda 3 şair bir yerə toplaşanda ETELLAAT (İranın Kəşfiyyat Nazirliyi) onları hədəfə alır. Orada ana dilimiz, milli-mədəni fəaliyyətlərimiz, ümumilikdə Azərbaycanla bağlı hər şey qadağandır. Amma 183 şair kiminsə dəstəyi ilə bir araya gələrək Azərbaycan daxilində təxribat törədir. Kampaniyanın arxasında hansı qüvvələrin dayanması ciddi sual yaradır. Bu, mənə qarşı hücum deyil, ümumilikdə Azərbaycan dövlətinə və mədəniyyətinə qarşı yönəlmiş addımdır”.

S.Aruz fəaliyyətinin hər zaman ümummilli birliyimizə xidmət etdiyini vurğulayıb:

“Cənubi Azərbaycan və dünya azərbaycanlıları ilə bağlı dövlət siyasətinin təbliğinə töhfələr vermişik. Bundan əlavə, 35-dən çox kitab çap etmişik, müxtəlif qurultaylarda Cənubi Azərbaycanla bağlı məruzələr hazırlamışıq. Orada imza atanların çoxu şəxsən mənim qonağım olub, onların yaradıcılığının inkişafında böyük xidmətim var. Evimdə qonaq olan, çörəyimi kəsən insanlar bu gün anti-Azərbaycan qüvvələrinin təsiri altına düşüblər”.

Yazıçı bildirib ki, Cənubi Azərbaycan anlayışı daha genişdir:

“Orada 45 milyon azərbaycanlı yaşayır, bu qədər insan içində 183 şair sanki dənizdə bir damladır. Biz orada ən azı 18-20 min imza toplayarıq və bu, yalnız ikitirəliyə yol açar. Amma intriqaların yaranmasının qarşısını alırıq. Ədəbiyyat yaradıcılıq meydanıdır, qoy, şeir, kitab yazsınlar, milli-mədəni dəyərlərimizi müdafiə etsinlər. Bacarırlarsa, İran dövlətindən Azərbaycan dilinin tanınmasını tələb etsinlər, həbsdə aclıq edən milli fəallarımız üçün kampaniya təşkil etsinlər, Urmiya gölünün xilası üçün ictimai çağırışlar olsun. Azərbaycanda Cənubi Azərbaycan naminə çalışan yeganə təmsilçini hədəfə almaq kimə sərf edir? Təkrar edirəm, bu, mənə yox, Azərbaycan dövlətinə və milli həmrəyliyimizə qarşı yönəlmiş kampaniyadır. Diqqətli olmaq lazımdır”.

Oxşarxəbərlər

Anar Ələkbərov Nəriman Həsənzadəni evində ziyarət etdi – FOTOLAR
Mədəniyyət

Anar Ələkbərov Nəriman Həsənzadəni evində ziyarət etdi – FOTOLAR

18/02/2026 14:18
52
Brilliant Dadaşovanın həyat yoldaşı işdən çıxarıldı – Yeni təyinat
Mədəniyyət

Brilliant Dadaşovanın həyat yoldaşı işdən çıxarıldı – Yeni təyinat

14/02/2026 10:56
54
Üzvlük haqqını belə ödəməlisiniz – AYB-dən xəbərdarlıq
Mədəniyyət

Üzvlük haqqını belə ödəməlisiniz – AYB-dən xəbərdarlıq

06/02/2026 17:36
56
Rasim Balayevə nə olub? – Açıqlama
Mədəniyyət

Rasim Balayevə nə olub? – Açıqlama

30/01/2026 13:05
77
Alim Qasımovdan nəvəsinin toyda dediklərinə reaksiya
Mədəniyyət

Alim Qasımovdan nəvəsinin toyda dediklərinə reaksiya

23/01/2026 15:25
63
Rasim Balayevin səhhətində problem yaranıb? – Oğlu açıqladı
Mədəniyyət

Rasim Balayevin səhhətində problem yaranıb? – Oğlu açıqladı

16/01/2026 14:37
72

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

21/02/2026 13:02
57
Bakıda 18 yaşlı gənc faciəvi şəkildə öldü

Bakıda 18 yaşlı gənc faciəvi şəkildə öldü

21/02/2026 12:41
60
Əjdər Cəfərova yüksək vəzifə verildi

Əjdər Cəfərova yüksək vəzifə verildi

21/02/2026 12:30
52
Prezident Naxçıvanla bağlı sərəncam imzaladı

Prezident Naxçıvanla bağlı sərəncam imzaladı

21/02/2026 12:07
68

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qəza nəticəsində turistlərin həyatını itirməsi yerli xilasediciləri səfərbər edib

Qəza nəticəsində turistlərin həyatını itirməsi yerli xilasediciləri səfərbər edib

20/02/2026 16:51
56

Polşa və ABŞ strateji addımlarını qiymətləndirir: nüvə silahları mövzusu

Polşa və ABŞ strateji addımlarını qiymətləndirir: nüvə silahları mövzusu

20/02/2026 16:38
55

Epşteyn işi və Zelenski: Ukraynalı siyasətçi şok açıqlama verib

Epşteyn işi və Zelenski: Ukraynalı siyasətçi şok açıqlama verib

20/02/2026 16:32
54

Ərdoğan gələcəkdə planetin vəziyyətinə görə insanların düşüncələrinin dəyişəcəyini bildirib

Ərdoğan gələcəkdə planetin vəziyyətinə görə insanların düşüncələrinin dəyişəcəyini bildirib

20/02/2026 15:52
55

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.