Cümə, Aprel 10, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Opera və Balet Teatrının təmiri nə yerdədir?

26/11/2025 12:32
Mədəniyyət
47 1
Opera və Balet Teatrının təmiri nə yerdədir?

DCIM100GOPROGOPR0151.

61
Baxış sayı

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təmir ilə bağlı yerli və xarici mütəxəssislərin cəlb olunması istiqamətində iş aparılır.

Gündəm24.az  xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova deyib.

O bildirib ki, ümumi bərpa işlərinin yüksək keyfiyyətlə həyata keçirilməsi üçün həm yerli, həm də xarici aparıcı mütəxəssislərin cəlb olunması üzrə genişmiqyaslı hazırlıq görülür.

“Hazırda səhnə və arxa səhnə hissəsində demontaj işləri mərhələli şəkildə və texniki nəzarət altında icra olunur. Bu, əsaslı yenidənqurma prosesinin ən məsuliyyətli mərhələlərindən biridir. Mütəxəssislərin rəyləri, texniki ekspertizalar və beynəlxalq teatr standartlarına uyğun tələblər nəzərə alınmaqla icraçı təşkilat artıq müəyyən edilib. Bu qərar yenilənmə prosesinin növbəti mərhələyə daha operativ və peşəkar keçidini təmin edir”, – deyə o qeyd edib.

Aynur Kərimova onu da bildirib ki, hazırkı işlərin bütün istiqamətləri teatrın tarixiliyinə xələl gətirmədən, onun funksionallığını, səhnə imkanlarını və texniki infrastrukturunu müasir dünya teatrlarının səviyyəsinə yüksəltməyə xidmət edir: “Bu layihə həm ölkənin mədəni potensialının gücləndirilməsi, həm də Opera və Balet Teatrının uzunmüddətli inkişafı baxımından strateji əhəmiyyət daşıyır”.

Xatırladaq ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasının əsası XX əsrin əvvəllərində qoyulub. Belə ki, 1910-cu ildə Bakı milyonçuları olan Mayılov qardaşlarının təşəbbüsü ilə binanın tikintisinə başlanılıb. Cəmi 10 ay ərzində memar N.Q.Bayevin layihələşdirdiyi binanın tikintisi yekunlaşıb.

Qeyd edək ki, teatr binası sonuncu dəfə 1987-ci ildə əsaslı təmir olunub. 2022-cü ildə isə teatrda yenidən təmir işlərinə başlanılıb. Bu səbəbdən teatrın tamaşaları əsasən, Bakı Musiqi Akademiyası nəzdində fəaliyyət göstərən Opera Studiyasında, Heydər Əliyev Sarayı və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında nümayiş etdirilir.

Oxşarxəbərlər

Nicat Kazımova yeni vəzifə verildi
Mədəniyyət

Nicat Kazımova yeni vəzifə verildi

05/03/2026 11:15
85
Elgizlə Tolikin verilişi bağlanır?
Mədəniyyət

Elgizlə Tolikin verilişi bağlanır?

25/02/2026 00:30
55
Prezident Səməd Vurğunla bağlı sərəncam imzaladı
Manşet

Prezident Səməd Vurğunla bağlı sərəncam imzaladı

23/02/2026 11:32
72
Anar Ələkbərov Nəriman Həsənzadəni evində ziyarət etdi – FOTOLAR
Mədəniyyət

Anar Ələkbərov Nəriman Həsənzadəni evində ziyarət etdi – FOTOLAR

18/02/2026 14:18
57
Brilliant Dadaşovanın həyat yoldaşı işdən çıxarıldı – Yeni təyinat
Mədəniyyət

Brilliant Dadaşovanın həyat yoldaşı işdən çıxarıldı – Yeni təyinat

14/02/2026 10:56
59
Üzvlük haqqını belə ödəməlisiniz – AYB-dən xəbərdarlıq
Mədəniyyət

Üzvlük haqqını belə ödəməlisiniz – AYB-dən xəbərdarlıq

06/02/2026 17:36
60

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Xamenei ortaya çıxdı: Xalqa görün nələr deyəcək…

Xamenei ortaya çıxdı: Xalqa görün nələr deyəcək…

10/04/2026 15:54
53
SƏRT TƏPKİ: Tramp onun üstünə elə bağırdı ki…

SƏRT TƏPKİ: Tramp onun üstünə elə bağırdı ki…

10/04/2026 15:53
53
Tokayev HİDDƏTLƏNDİ: “Sərt tədbir görəcəyik”

Tokayev HİDDƏTLƏNDİ: “Sərt tədbir görəcəyik”

10/04/2026 15:53
51
Azərbaycandan raket buraxılıb? – RƏSMİ AÇIQLAMA

Azərbaycandan raket buraxılıb? – RƏSMİ AÇIQLAMA

10/04/2026 15:51
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

08/04/2026 11:04
149

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00
64

115

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində görüş keçirilib-FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində görüş keçirilib-FOTOLAR

02/04/2026 17:25
132

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In