Cümə, May 1, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

ABŞ–İran arasında atəşkəs Azərbaycana bu cür TƏSİR EDƏCƏK

08/04/2026 16:13
Siyasət
52 1
ABŞ–İran arasında atəşkəs Azərbaycana bu cür TƏSİR EDƏCƏK
67
Baxış sayı
ABŞ ilə İran arasında baş vermiş hərbi toqquşmaların ardından iki həftəlik atəşkəsin elan olunması regionda gərginliyin müvəqqəti azalmasına səbəb olub.

Milli Məclisin deputatları məsəli ilə bağlı Ajans.az–a danışıblar.

Milli Məclisin deputatı, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Tural Gəncəliyev hesab edir ki, atəşkəs həm region, həm də Azərbaycan üçün müsbət hadisədir. Onun sözlərinə görə, müharibənin genişlənməsi Xəzər hövzəsi üçün ciddi təhlükə yaradırdı:

“Mən hesab edirəm ki, müharibədə eskalasiyanın böyüməsi, davam etməsi bizim regionumuz üçün çox ciddi problem yaradırdı. İsrail qüvvələrinin İranın Xəzər sahilində yerləşən şəhərlərinə zərbələr endirməsi müharibənin Xəzər hövzəsinə yayılması riskini artırırdı ki, bu da Azərbaycanı ciddi narahat edən məsələ idi.”

Deputat vurğulayıb ki, Azərbaycanın xarici siyasəti praqmatik və balanslıdır:

“Azərbaycanın istər ABŞ-lə, istər İranla, istərsə də digər qonşu ölkələrlə münasibətləri praqmatik və konstruktiv əsaslar üzərində qurulub. Bu münasibətlər müharibələrdən asılı deyil.”

Tural Gəncəliyev həmçinin qeyd edib ki, Azərbaycan böyük güclərin qarşıdurmasından kənarda qalmağı bacarıb:

“Azərbaycan bu böyük müharibə fonunda ağıllı dövlət siyasəti yürüdərək bütün risklərdən kənarda qalmağı bacardı. Bu, ölkəmizin gücünün və strateji baxışının göstəricisidir.”

Deputatın fikrincə, atəşkəs ABŞ üçün tam uğurlu nəticə sayılmaya bilər:

“Müharibəyə başlayan tərəfin əsas hədəfləri – İranın raket və nüvə potensialının məhv edilməsi, rejim dəyişikliyi – reallaşmadı. Bu baxımdan atəşkəs Amerikanın hədəflərinə çatmaması fonunda əldə olunub.”

 

Milli Məclisin deputatı, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hikmət Babaoğlu isə atəşkəsi daha çox humanitar və sabitlik baxımından qiymətləndirir. O bildirib ki, müharibənin dayanması region üçün vacibdir:

“İran və ABŞ arasında 40 gün davam edən hərbi əməliyyatlardan sonra atəşkəsin əldə olunması region üçün yaxşı xəbərdir. Bu savaş təkcə regional deyil, həm də qlobal iqtisadi-siyasi münasibətlərə və təhlükəsizliyə ciddi təhdid yaradırdı.”

Deputatın sözlərinə görə, əsas gözlənti uzunmüddətli sülhdür:

“Əlbəttə, atəşkəsin əldə olunması mühüm məsələdir. Ancaq əsas məqsəd davamlı sülhə nail olunmasıdır.”

Hikmət Babaoğlu İranla münasibətlərin Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını da qeyd edib:

“İran bizə dost ölkədir. Orada soydaşlarımız yaşayır və onların təhlükəsizliyi, Azərbaycan üçün hər zaman prioritet olub.”

O əlavə edib ki, müasir müharibələrdə qalib anlayışı şərtidir:

“Bu gün müharibələrin xarakteri elədir ki, əsas məsələ kimin qalib gəlməsi deyil, müharibənin dayandırılmasıdır. Çünki müharibədə hamı uduzur, sülhdə isə hamı qazanır.”

Oxşarxəbərlər

Baş nazir yeni qərar imzaladı
Siyasət

Baş nazir yeni qərar imzaladı

01/05/2026 19:49
53
Mehriban Əliyeva paylaşım etdi
Manşet

Mehriban Əliyeva paylaşım etdi

01/05/2026 19:38
50
Prezidentin oğlu və gəlini açılışda – FOTO
Manşet

Prezidentin oğlu və gəlini açılışda – FOTO

01/05/2026 17:14
73
İlham Əliyevin bu görüntüsü diqqət çəkdi – Foto
Manşet

İlham Əliyevin bu görüntüsü diqqət çəkdi – Foto

01/05/2026 17:08
67
Prezident İslam Səfərli küçəsinin açılışında iştirak etdi – FOTO
Manşet

Prezident İslam Səfərli küçəsinin açılışında iştirak etdi – FOTO

01/05/2026 16:54
58
Cərimə ilə yanaşı, alternativ cəza da tətbiq oluna bilər
Manşet

Cərimə ilə yanaşı, alternativ cəza da tətbiq oluna bilər

01/05/2026 13:13
66

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Zəhərlənən şagirdlərin valideynləri MƏKTƏBƏ BURAXILMADI

Zəhərlənən şagirdlərin valideynləri MƏKTƏBƏ BURAXILMADI

01/05/2026 21:43
51
İsrail bu ölkəni vurdu: Ölənlərin sayı 2600-ü keçdi

İsrail bu ölkəni vurdu: Ölənlərin sayı 2600-ü keçdi

01/05/2026 21:26
50
“Qarabağ”da barışıq: Qurbanov Elvini geri qaytardı – Gözlənilməz ZƏNG

“Qarabağ”da barışıq: Qurbanov Elvini geri qaytardı – Gözlənilməz ZƏNG

01/05/2026 21:21
50
Bakıda yaşayanlara XƏBƏRDARLIQ! Mayın 4-dək…

Bakıda yaşayanlara XƏBƏRDARLIQ! Mayın 4-dək…

01/05/2026 21:10
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
ABŞ müharibədə uduzub? – İran səfirindən sensasion iddia

ABŞ müharibədə uduzub? – İran səfirindən sensasion iddia

30/04/2026 08:33
58

SON DƏQİQƏ: İsraildə gərginlik artır – ordu Netanyahunun qərarlarına qəzəbli

SON DƏQİQƏ: İsraildə gərginlik artır – ordu Netanyahunun qərarlarına qəzəbli

27/04/2026 09:37
62

TƏCİLİ: İran Hörmüz boğazı ilə bağlı ABŞ-a kritik təklif verdi!

TƏCİLİ: İran Hörmüz boğazı ilə bağlı ABŞ-a kritik təklif verdi!

27/04/2026 08:38
65

TƏCİLİ: ABŞ narkotik gəmisini vurdu – ölənlər var!

TƏCİLİ: ABŞ narkotik gəmisini vurdu – ölənlər var!

27/04/2026 08:17
67

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.