Şənbə, Mart 7, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Azərbaycan tək deyil” – Deputat İlham Əliyevin mesajlarını şərh ETDİ

06/03/2026 18:08
Siyasət
49 2
“Azərbaycan tək deyil” – Deputat İlham Əliyevin mesajlarını şərh ETDİ
64
Baxış sayı

“Prezident İlham Əliyev tərəfindən Təhlükəsizlik Şurasının iclasında səsləndirilən fikirlər təkcə cari hərbi-siyasi vəziyyətə verilən reaksiya deyil, həm də Azərbaycanın dövlət mövqeyinin və milli iradəsinin nümayişi kimi qiymətləndirilməlidir. İran tərəfindən Naxçıvan istiqamətində baş verən hücum cəhdi regionda onsuz da həssas olan təhlükəsizlik balansına ciddi təhdid yaratdı. Belə bir şəraitdə dövlət başçısının sərt və prinsipial mövqeyi həm ölkə daxilində cəmiyyətə, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan aydın mesaj idi: Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün bütün imkanlarını səfərbər etməyə qadirdir”.

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva səsləndirdi.

Onun sözlərinə görə, prezidentin çıxışında diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın təhlükəsizlik məsələlərinə yanaşmasında qətiyyət və soyuqqanlı strateji düşüncənin birləşməsi idi:

“Dövlət başçısı emosional ritorikadan çox, siyasi məsuliyyət və dövlətçilik mövqeyi nümayiş etdirərək göstərdi ki, Azərbaycan regionda sabitliyin tərəfdarı olsa da, heç bir təhdidə qarşı laqeyd qalmayacaq. Bu mesaj həm də regionda yeni geosiyasi reallıqların formalaşdığı bir dövrdə Azərbaycanın qətiyyətli aktor kimi çıxış etdiyini bir daha təsdiqlədi”.

Miüsahibimiz əlavə etdi ki, bu hadisələr fonunda qardaş Türkiyənin mövqeyi xüsusi qeyd olunmalıdır:

“Türkiyə tərəfindən Azərbaycana verilən siyasi və mənəvi dəstək bir daha göstərdi ki, iki dövlət arasındakı münasibətlər sadəcə diplomatik tərəfdaşlıq deyil, strateji müttəfiqlik və qardaşlıq üzərində qurulub. Bu münasibətlərin ideoloji və siyasi əsasını isə uzun illərdir səsləndirilən “bir millət, iki dövlət” prinsipi təşkil edir ki, bu fikir ilk dəfə olaraq Heydər Əliyev tərəfindən ifadə olunaraq Azərbaycan–Türkiyə münasibətlərinin fəlsəfi əsasına çevrilib. Türkiyənin bu çətin məqamda Azərbaycanın yanında olduğunu açıq şəkildə bəyan etməsi regionda güc balansına da mühüm təsir göstərən faktordur. Bu dəstək yalnız siyasi bəyanatlarla məhdudlaşmır, o, həm də türk dünyasının strateji həmrəyliyinin real ifadəsidir”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın təhlükəsizliyi məsələsi artıq yalnız milli məsələ deyil, eyni zamanda türk dünyasının təhlükəsizlik gündəliyinin bir hissəsinə çevrilib:

“Baş verən hadisələr bir həqiqəti də aydın şəkildə ortaya qoyur: Azərbaycan tək deyil. Bu gün ölkəmizin arxasında güclü dövlətçilik iradəsi, müasir və peşəkar ordu, milli birlik və ən əsası qardaş Türkiyənin sarsılmaz dəstəyi dayanır. Məhz buna görə də İlham Əliyevin Təhlükəsizlik Şurasında səsləndirdiyi mesajlar yalnız bir hadisəyə münasibət deyil, həm də Azərbaycanın gələcək təhlükəsizlik strategiyasının, regional mövqeyinin və milli qürurunun ifadəsi kimi qiymətləndirilməlidir. Bu çıxış Azərbaycan dövlətinin ən çətin anlarda belə  qətiyyətli və prinsipial mövqedən çıxış etdiyini göstərən mühüm siyasi mesaj kimi artıq tarixin slinnməz səhifəsinə çevrilib”.

Oxşarxəbərlər

Prezident göstərdiyi həmrəyliyə görə ona minnətdarlığını bildirdi
Manşet

Prezident göstərdiyi həmrəyliyə görə ona minnətdarlığını bildirdi

06/03/2026 22:29
60
Avropa Şurasının Prezidenti Azərbaycana gəlir
Dünya

Avropa Şurasının Prezidenti Azərbaycana gəlir

06/03/2026 19:22
67
XİN Azərbaycanın yanında olan ölkə və təşkilatlara təşəkkür etdi
Siyasət

XİN Azərbaycanın yanında olan ölkə və təşkilatlara təşəkkür etdi

06/03/2026 16:59
73
Baş nazir qərar İMZALADI
Siyasət

Baş nazir qərar İMZALADI

06/03/2026 16:45
66
İlham Əliyevə nə zəng etdi, nə də… — Pezeşkiana kim imkan vermir?
Manşet

İlham Əliyevə nə zəng etdi, nə də… — Pezeşkiana kim imkan vermir?

06/03/2026 15:01
63
İrana qarşı əməliyyat sabitliyi gücləndirəcək?
Siyasət

İrana qarşı əməliyyat sabitliyi gücləndirəcək?

06/03/2026 14:06
61

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Ermənilərin qorxduğu ölkələr: Görün ilk “üçlük”də hansılardır

Ermənilərin qorxduğu ölkələr: Görün ilk “üçlük”də hansılardır

06/03/2026 23:35
59
Onminlərlə döyüşçü İrana yeridildi

Onminlərlə döyüşçü İrana yeridildi

06/03/2026 23:21
62
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı

Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı

06/03/2026 23:18
59
Sabiq deputat hakimiyyəti zorla ələ keçirməkdə ittiham olundu

Sabiq deputat hakimiyyəti zorla ələ keçirməkdə ittiham olundu

06/03/2026 23:01
59

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

06/03/2026 09:24
76

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

06/03/2026 06:39
59

BƏƏ-dən İrana SƏRT ZƏRBƏ: Aktivlərin dondurulması gündəmdədir

BƏƏ-dən İrana SƏRT ZƏRBƏ: Aktivlərin dondurulması gündəmdədir

06/03/2026 06:19
72

Sançez Livana yardım çağırışı etdi – humanitar dəstək artırılacaq

Sançez Livana yardım çağırışı etdi – humanitar dəstək artırılacaq

06/03/2026 05:29
62

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.