Çərşənbə axşamı, İyun 23, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

İrana qarşı əməliyyat sabitliyi gücləndirəcək?

06/03/2026 14:06
Siyasət
61 1
İrana qarşı əməliyyat sabitliyi gücləndirəcək?
79
Baxış sayı

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, İrana qarşı Amerika-İsrail hərbi əməliyyatı uzunmüddətli perspektivdə Yaxın Şərqdə sabitliyin əhəmiyyətli dərəcədə möhkəmlənməsinə gətirib çıxara bilər.

 

Onun fikrincə, belə bir addım regionda təhlükəsizlik balansını dəyişdirə və bəzi təhlükələrin qarşısını ala bilər.

 

Maraqlıdır, ABŞ və İsrailin İrana qarşı mümkün hərbi əməliyyatı həqiqətən də uzunmüddətli perspektivdə Yaxın Şərqdə sabitliyi gücləndirə bilərmi? Yoxsa region yeni münaqişələrin şahidi olmağa davam edəcək?

Politoloq Rəşad BayramovSfera.az-a açıqlamasında bildirib ki, Trampın İrana qarşı ABŞ və İsrailin birgə hərbi əməliyyatını Yaxın Şərqdə sabitliyin möhkəmlənməsinə səbəb olacaq kimi qiymətləndirməsi, çox mübahisəli bir mövzudur. Onun sözlərinə görə, Trampın yanaşması, onun xarici siyasətdəki daha sərt mövqeyini və regionda təhlükəsizlik məsələlərinə dair strateji baxışını əks etdirir:

 

 

“Lakin bu yanaşma, bir çox faktoru nəzərə almadığı üçün, əslində, çox da uzunmüddətli sabitlik yaratmaqdan daha çox yeni münaqişələrə yol açmağa səbəb ola bilər. Əvvəla onu qeyd edək ki, İranın Yaxın Şərqdəki regional siyasətdəki təsiri böyükdür. Suriyada, Livanda, Yəməndə və İraqda fəaliyyət göstərən müttəfiqləri, proksi qüvvələri vasitəsilə, İran öz gücünü nümayiş etdirir. ABŞ və İsrailin birgə hərbi əməliyyatı, bu gücü məhv etməyi hədəfləyir. Lakin bu cür bir müdaxilə, çox güman ki, regional münaqişələri daha da dərinləşdirər. İranın cavab reaksiyası, yalnız öz sərhədlərində deyil, bütün Yaxın Şərqdə hiss ediləcəkdir və artıq hiss edilir. Suriyada və Livandakı Hizbullah kimi müttəfiqlər, həmçinin Yəməndəki Husilər, bu hərəkətə qarşılıq verə bilərlər. Bu, bölgədə yeni münaqişələrin yaranmasına səbəb olar və sabitlik əvəzinə daha çox gərginlik yaradılardı”.

Politoloq əlavə edib ki, Yaxın Şərqdəki digər dövlətlərin reaksiyasını da nəzərə almaq lazımdır:

“Səudiyyə Ərəbistanı, BƏƏ və digər Körfəz ölkələri zərbələr altında qaldıqları üçün İrana qarşı mövqelərini sərtləşdiriblər. Bu da o deməkdir ki, münaqişə bölgədəki güclər arasında daha çox qarşıdurmalara səbəb ola bilər və regional sabitlikdən çox, gərginliyi artırar. Beynəlxalq səviyyədə olan reaksiyaları da nəzərdən qaçırmaq olmaz. Rusiya və Çin, İranın müttəfiqləri olaraq, ABŞ və İsrailin hərbi əməliyyatına qarşı sərt mövqedən çıxış edirlər. Onların öz məqsədləri naminə İrana dolayısıyla da olsa dəstək vermələri mümkündür və bu, Yaxın Şərqdə yalnız hərbi münaqişəyə deyil, həm də beynəlxalq aləmdə yeni gərginliklərə səbəb ola bilər. Mən hələ İran daxilində vətəndaş müharibəsi ehtimalından, ayrı-ayrı qruplaşmalar arasında mübarizədən, ABŞ və İsrasilin dəstəklədiyi kürd qruplaşmalarının fəaliyyətindən danışmıram. Bütün bunlar sabitliyə yox, uzunmüddətli xaosa gətitib çıxara bilər”.

 

Müsahibimiz vurğulayıb ki, Yaxın Şərqdə sabitliyin bərpası, yalnız hərbi müdaxilə ilə mümkün deyil:

“Əslində, hərbi əməliyyatlar yalnız mövcud gərginlikləri artırır və yeni münaqişələrə yol açır. Regionda sabitliyin təmin olunması üçün diplomatik həll yolları, iqtisadi inkişaf və sosial islahatlar vacibdir. İranın nüvə proqramı və regional təcavüzkar siyasəti ilə bağlı məsələlərin diplomatik yolla həlli, hərbi əməliyyatlardan daha önəmli olmalıdır. ABŞ və İsrailin hərbi müdaxiləsi, İranın nüvə silahı üzərindəki araşdırmalarını sürətləndirə bilər və bu da daha böyük bir müharibəyə səbəb olar. Beləliklə, hərbi əməliyyatlar, sadəcə qısa müddətdə təsir göstərə bilər, amma uzunmüddətli sabitlik üçün kifayət etməz. Yaxın Şərqdəki sabitlik yalnız dövlətlərarası münasibətlərdən deyil, həm də yerli xalqların sosial və iqtisadi vəziyyətlərindən asılıdır. Bölgədəki ölkələrin daxilindəki sosial böhranlar, iqtisadi çətinliklər və siyasətçilərin qeyri-sabit yanaşmaları, hərbi əməliyyatlardan daha böyük problemlərə yol aça bilər. Odur ki, İranın daxilindəki sosial dəyişikliklər, gənc nəsilin islahat istəyini və xalqın daha demokratik bir gələcək arzularını nəzərə almaq vacibdir”./Sfera.az

Oxşarxəbərlər

İlham Əliyev dövlət qulluqçularını təltif etdi – SİYAHI
Manşet

İlham Əliyev dövlət qulluqçularını təltif etdi – SİYAHI

23/06/2026 17:29
61
Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar
Manşet

Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar

23/06/2026 16:20
57
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar
Manşet

İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar

23/06/2026 15:04
62
Prezidentlər Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş büstlərinə baxıblar
Manşet

Prezidentlər Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş büstlərinə baxıblar

23/06/2026 14:14
62
Prezident ÇAĞIRIŞ ETDİ —Ekspert atılacaq addımları AÇIQLADI
Manşet

Prezident ÇAĞIRIŞ ETDİ —Ekspert atılacaq addımları AÇIQLADI

23/06/2026 13:40
56
Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış oldular – FOTO
Manşet

Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış oldular – FOTO

23/06/2026 13:32
62

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Hakan Fidan Azərbaycanın Türkiyədəki səfiri ilə görüşdü

Hakan Fidan Azərbaycanın Türkiyədəki səfiri ilə görüşdü

23/06/2026 18:48
53
“Space” televiziyasında YENİ TƏYİNAT

“Space” televiziyasında YENİ TƏYİNAT

23/06/2026 18:35
54
Bu şəxslərə kompensasiya ödəniləcək – ŞAD XƏBƏR

Bu şəxslərə kompensasiya ödəniləcək – ŞAD XƏBƏR

23/06/2026 18:17
54
Prezidentdən İsa Həbibbəylinin oğlu ilə bağlı SƏRƏNCAM

Prezidentdən İsa Həbibbəylinin oğlu ilə bağlı SƏRƏNCAM

23/06/2026 18:07
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Ramiz İsmayılov: “Qərbi Azərbaycana qayıdış hüququ tarixi ədalətin bərpası məsələsidir”

Ramiz İsmayılov: “Qərbi Azərbaycana qayıdış hüququ tarixi ədalətin bərpası məsələsidir”

23/06/2026 13:17
85

Tarixin izlərini qoruyan mahal – Loru haqqında bilmədikləriniz

Tarixin izlərini qoruyan mahal – Loru haqqında bilmədikləriniz

23/06/2026 11:14
78

Pəmbək kəndi: Göyçənin dağlar qoynunda qalan qədim yurdu

Pəmbək kəndi: Göyçənin dağlar qoynunda qalan qədim yurdu

22/06/2026 11:17
61

Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

19/06/2026 14:52
55

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.