Tehranın iki Fransa səfirliyi işçisinin İrana qayıtmasına qoyduğu qadağaya cavab olaraq Fransa iki İran diplomatını ölkədən çıxarmaq qərarına gəlib.
Gündəm24.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barron bildirib.
Baron özünün X səhifəsində yazıb: “Fransadakı iki İran diplomatı yaxın günlərdə ölkədən çıxarılacaq”.
Onun sözlərinə görə, bu, iyul ayında İran təhlükəsizlik qüvvələri tərəfindən bir neçə saat saxlanılıb dindirilən fransız diplomatlarına qarşı qəbuledilməz rəftara cavabdır.














